Notcoin Community
Notcoin Community
Whale Chanel
Whale Chanel
Proxy MTProto | پروکسی
Proxy MTProto | پروکسی
Whale Chanel
Whale Chanel
Proxy MTProto | پروکسی
Proxy MTProto | پروکسی
iRo Proxy | پروکسی
iRo Proxy | پروکسی
Mirağa Dadaş avatar

Mirağa Dadaş

TGlist 评分
0
0
类型公开
验证
未验证
可信度
不可靠
位置
语言其他
频道创建日期Mar 08, 2024
添加到 TGlist 的日期
Jul 04, 2024

Mirağa Dadaş 热门帖子

29.01.202515:59
Həzrəti Rəsuli-Əkrəm (s) buyurur;

Muhəmmədin (s) canı əlində olana and olsun ki, əgər bir bəndə qiyamət günü yetmiş peyğəmbərin əməlinin savabı ilə gəlsə, mənim və Əhli-Beytimin vilayətində olmasa, Allah onu qəbul etməz.

«پیامبرگرامی اسلام صلی‌الله علیه و آله و سلم»:

وَالذّی نَفسُ مُحمدٍ بیَدهِ لَو أنّ عَبداً جاءَ یومَ القیامةِ بِعَملِ سَبعَینَ نَبیّاً ما قَبِلَ ‌اللهُ ذلِکَ مِنهُ حَتّی یَلقاهُ بِوِلایَتی وَ وِلایةِ أهلِ بَیتی.

سوگند به آن کس که جان محمد در دست او است. اگر بنده‌ای روز قیامت عمل هفتاد پیغمبر را داشته باشد تا ولایت من و اهل بیت مرا نداشته باشد خداوند از او قبول نخواهد کرد. (بحار، ج ٢٧، ص ١٧٢)
03.02.202519:51
İmam Rza (ə) buyurur;

Allah buyurdu; "Əli ibn Əbu Talibin vilayəti mənim qalamdır. Hər kəs bu qalaya daxil olarsa, mənim əzabımdan amanda qalar".

«امام علی‌ بن موسی‌الرضا علیه‌السلام»

قال‌اللهُ عزَّوجلَّ: وِلایةُ علیِّ بنِ أبی طالبٍ حِصنی فَمَن دَخَل حِصنیِ أَمِنَ مِنْ عَذابی.

خداوند متعال می‌فرماید: ولایت علی بن ابیطالب دِژ و حصار من است. هر کس در این حصار جای گرفت از کیفر من در امان خواهد بود. (سفینه، ج ٢، ص ٦٩٢)
22.02.202511:18
Əgər Allah bizi bu işə layiq bilsə və tofiqat versə Azərbaycan Araşdırma Mərkəzi adından bəlkə də dünyada bir ilkə imza atacağıq.

İş nədən ibarətdir? Biz düşündük və belə qənaətə gəldik ki, Azərbaycan xalqının ən böyük zərbə yediyi yer məktəb vaxtından və xüsusən tarix dərsindən başlanır. Məhz tarix dərsi ilə xalqa başqa kimlik biçirlər və bu batil fikirlərlə böyümüş şəxsləri sonradan nə din ilə, nə başqa şeylə düzəltmək olmur. Çünki adətən insanlar atalarının dinində, etiqadında olur və bir insana atalarının dinini tərk etdirmək çətin məsələdir. Amma tarix islah olunsa, xalqa həqiqi kimliyini verə bilsək çox böyük dəyişiklik olar.

Bəs biz 5-ci sinifdən 11-ci sinifə qədər olan tarix dərsliklərini yenidən yazsaq, daha sonra ümumi tarix dərsliklərini də yenidən islah eləsək, hətta universitetlərdə tədris olunan 7-ci cildik akademik səviyyədə olan kitabı da islah eləsək, bunu Azərbaycan gəncinə necə oxutduracağıq? Aha. Bax işin maraqlı nöqtəsi də burdadır. Bizim əlimizdə təhsil nazirliyi olmadığı üçün məcburuq ki, elə bir şey təqdim edək ki, bunun Azərbaycanda və bəlkədə dünyada analoqu olmasın. Ona görə də bu qərara gəldik ki, hər bir dərsə aid tarixi film çəkək ki, uşaqlara və hətta böyüklərə də maraqlı gəlsin. Bunun üçün də təbii ki, böyük məbləğdə pullar lazımdır. Bunun üçün fikirləşdik ki, ən son çıxan süni intellekt proqramlarını təlim görək və tarix dərsliklərini bütünlükdə süni intellekt ilə səhnələşdirək. Qeyd edək ki, maraqlandıq və öyrəndik ki, bu, nə Avropada nə də Amerikada təcrübə olunub. Siz təsəvvür edin ki, tarix dərsidir və səhnədə möhtəşəm tarixi görüntülərdir, fonda da biri dərsi danışır. Uşaqlar buna necə baxmaya bilər? Üstəlik həmin uşaq dərsi oxumasa belə görüntülər ömürlük beyninə həkk olur...
05.02.202516:51
Qərblilərin kölələşdirmə siyasəti

https://youtube.com/shorts/TgEev4onklQ?si=aiPgus_uKAhRaxdB
قَالَ لَوْ اَنَّ ل۪ي بِكُمْ قُوَّةً اَوْ اٰو۪ٓي اِلٰى رُكْنٍ شَد۪يدٍ

Lut peyğəmbər qəbiləsinin əxlaqsızlarına "dedi: Kaş sizə qarşı qüvvəm olardı və ya möhkəm bir dayağa söykənəydim..."
)
Zaman göstərəcək ki, inşallah, onların heç biri bu hədəflərə çatmayacaqdır. Suriyanın tutulmuş əraziləri Suriyanın qeyrətli gəncləri tərəfindən azad olunacaqdır. Bunun baş verəcəyinə şəkkiniz olmasın. Amerika da öz yerini burada möhkəmləndirə bilməyəcək və Allahın tövfiqi, qüdrət və qüvvəti ilə o da müqavimət cəbhəsinin əli ilə regiondan çıxardılacaqdır.

İMAM XAMENEİ 🌹
31.01.202520:14
İmam Sadiq (ə):

"Kim Hüseynin (ə) barəsində bir beyt şe'r yazıb özü ağlasa və on nəfəri də ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar."
Səvabul-Ə'mal, səh.110, hədis 3
İsgəndər Hüseynzadə və Əflatun Şükürovun yazdırdığı hər söyüşə görə onlara fəqət bir xatırlatma edəcəyimi yazmışdım. Onlar söyüş kompaniyalarını saxlamadıqları müddətdə bu iş davam edəcək.

Deməli İranda bir ara liberallar ölkənin inqilabçı kəsimini sıxışdırmışdı ki, əhalinin sayı çoxaldıqca iqtisadi problemlər yaranır və məcburuq ki, əhalinin sayını azaldaraq bu prosesi nəzarətdə saxlayaq. İnqilabçılar da məcbur qalaraq susmuşdular. Çünki əks təqdirdə əhalinin sürətli artımı ilə yanaşı artan iqtisadi problemlər ölkədə çevrilişə səbəb ola bilərdi. İnqilabçılar da baş verəcək iğtişaşlarda günahkar sayılmamaq üçün bir müddət susdular və liberallar hətta hövzələrə nüfuz edərək azuşaqlılığı təbliğ eləməyə başladılar. Müxtəlif şüarlar da seçmişdilər. İndi artıq bu təbliğat dayanıb və rəhbər də insanları çoxuşaqlılığa dəvət edir. Həmin vaxt azərbaycanlı dindarlar arasında İsgəndər Hüseynzadənin Məhsa Əmini hadisələrində başını açaraq İrandakı iğtişaşları qızışdırmağa çalışan qızının əri, bu şəxs eyni zamanda İsgəndər Hüseynzadənin qardaşı oğludur, özünü axtalatdırdı ki, 1 uşaqdan sonrası məsləhət deyil.

Bu şəxs eyni zamanda əziz rəhbərə dəfələrlə yalançı nisbətlər vermişdir. Onunla şəxsən mənim ilk münaqişəm rəhbərin Qarabağ barədə çıxışını təhrif etməsi vaxtı oldu. O, ağanın çıxışını "Azərbaycana cihadda yaşıl işıq" şəklində tərcümə eləmişdi. Bu şəxsin rəhbərin kitablarını tərcümə edərkən istifadə etdiyi digər hiyləgərliklərdən biri də mərdomsalari kimi ibarələri demokratiya şəklində tərcümə edərək İmam Xamenei liberal təfəkkürlü biri kimi təqdim eləməsi idi. Hətta dəfələrlə rəhbərə və İmama iftira ataraq bu 2 pak şəxsin idarəçilikdə demokratiyanı təyid etdiklərini yayırdı. Mərhum İmamın və rəhbərin "nə demokratiya, nə İslami demokratiya, fəqət İslam cümhuriyyəti" kimi ona yaxın çıxışlarını tapıb tərcümə etdikdən sonra yoxa çıxdı. Bir daha internetdə görünmədi.

Keçən dəfə bir rəqqas ağsaqqal telefonda danışarkən günahkar bir gənci müdafiə edirdi. Dedilər ki, axı bu gənc çox böyük bir səhv edib. Birdən ağsaqqal dedi ki, əşi toy günü gəlinin lüt şəkli telefonuna gələn cavanlar var bizim qohumlarımız içində. Toyu geri qaytarıblar. Allaha şükr belə şey baş verməyib ki...

Növbəti söyüşdə inşallah müfəssəl yazacam.
Deməli Hasancan adlı şəxsə Azərbaycanda gözəl qadınlar var, gərək ora gedim sözünə görə yazılan rəylərin hamısının altında bu iki yazı var.

Burdan belə bir qayda çıxır;
Azərbaycanın qeyrətli xalqına fars, İran casusu kimi adlar qoyanlar həqiqətdə Azərbaycan qadınlarının Türkiyəyə peşkəş çəkilməsinə razı olanlardır.

Əziz bir dostumuzun gözəl bir cümləsi var idi;

YALTAQLIQ, BİLİNƏNİN ƏKSİNƏ ÖLÇÜLÜB BİÇİLMİŞ RASİONAL ADDIM VƏ SEÇİM DEYİL, RUHUN HALI VƏ NAKİŞİLİYİN TƏNTƏNƏSİDİR...
İsrailin bağladığı sülh, növbəti təcavüzünə hazırlaşmaq üçün götürdüyü fasilədir

İmam Xameneinin Fələstin kitabından

Kitabın linki ⬇️
https://t.me/pdf_dini_kitablar/56
05.02.202516:51
21.02.202506:31
Məsələn bu fəhlə insanın tikintilərdə, iş yerində mikrofonsuz, heç bir səs təmizləyən vəsait olmadan oxuduğu mahnılara 2 cür reaksiya verə bilər dindar olan şəxs;

1) Ləhvi-ləib mahnılar oxumaq dinimizdə haram buyurulub. Bunu dinləmək də haramdır. İnsan gərək dəyərli, müqəddəs şeylərə aid mədhiyyə oxusun və s.

2) Əgər hakimiyyət mənim əlimdə olsaydı, bu insanı önə çəkərdim, Əhli-beyt məddahı edərdim. Ərdəbilin gözəl səsli məddahlarından heç də geri qalmır. Elə insanlar bu adam İmam Hüseynin adını çəkəndə ağlayardılar səsinin qəmli tonundan və məlahətindən. Özü də zəhmətkeş adamdır. Zəhmətkeş adamlar tez gəlirlər haqqa tərəf. Günah bizdədir ki, belə həmvətənlərimizin istedadları itir-batır. Bəlkə də araşdırsaq görərik ki, heç İranda bu cür təmiz səsi olan məddah yoxdur. Bəlkə də bu insan nəinki Azərbaycanda, hətta bütün şiə dünyasında ən gözəl səsli məddah ola bilər...

Məsuliyyətsizliyimizi və fəaliyyətsizliyimi zəif kütlələrin əksəriyyətinin məsiyyət əhli olması bəhanəsi ilə ört-basdır etməyək!

#muğam
01.02.202512:18
İmam Əli (ə):

"Əgər insanlar öz dünyəvi xeyirləri üçün dini işlərindən birini tərk edərlərsə, Allah-təala ziyanı həmin xeyirdən daha çox olan bir işi onların qarşısına çıxarar."
Nəhcül-Bəlağə, hikmət 106
登录以解锁更多功能。