Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝 avatar

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝

Elmi-Mədəni və ictimai-siyasi xəbərlər, təhlil və tənqid
TGlist рейтингі
0
0
ТүріҚоғамдық
Растау
Расталмаған
Сенімділік
Сенімсіз
Орналасқан жері
ТілБасқа
Канал құрылған күніБер 04, 2023
TGlist-ке қосылған күні
Черв 07, 2024
Қосылған топ

Рекордтар

21.02.202512:15
11.2KЖазылушылар
06.02.202505:46
1900Дәйексөз индексі
24.02.202505:29
1.2K1 жазбаның қамтуы
24.02.202523:59
1.2KЖарнамалық жазбаның қамтуы
26.10.202423:59
40.00%ER
25.02.202505:51
10.69%ERR
Жазылушылар
Цитата индексі
1 хабарламаның қаралымы
Жарнамалық хабарлама қаралымы
ER
ERR
ЛИП '24ЖОВТ '24СІЧ '25КВІТ '25

𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝 танымал жазбалары

🔥‼️🇮🇷 İranın paytaxtı Tehranda İmam Xomeyni adına Hüseyniyyədə izdihamlı dindarlar “İsrailə ölüm” şüarları səsləndirirlər.

Bir neçə dəqiqədən sonra Ali Məqamlı Rəhbərin imaməti ilə Fitr bayramının namazı qılınacaq.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
❤️❗️Salam, sabahınız xeyirli və bərəkətli olsun hörmətli izləyicilərimiz. Uca Allah İslam ümmətinə yar olsun!

Əmirəl-möminin Əli (ə) buyurub:


عِندَ كَمالِ القُدرَةِ تَظهَرُ فَضيلَةُ العَفوِ

"Qüdrət tam olduğu zaman əfv etmənin fəziləti üzə çıxar".

🔖Ğürərul-hikəm,c.1,səh.455

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
🔥‼️🇷🇺 Rusiya Xarici İşlər Nazirliyi “New York Times” qəzetinin ABŞ-ın İrana hücum edəcəyi təqdirdə İranın yanında olmayacağı ilə bağlı iddiasını təkzib edərək bildirib ki, İran yüksək müdafiə qabiliyyətinə malikdir və Tehranla münasibətlər Putinin şəxsi nəzarəti altındadır.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
❗️Düşmənə xəbərdarlıq üçün ifşa

SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı televiziya ekranına çıxıb, ölkə boyu yüzdən çox raket bazasının mövcudluğunu elan etdiyi gün, bəlkə də çox az adam inanardı ki, İran fərqli siniflərə aid on minlərlə raketi var və onları min kilometrlikdən çox məsafədəki müxtəlif hədəflərə atmaq imkanına sahibdir. Əgər on il əvvəl raket şəhəri nümayiş olunsaydı, yəqin ki, 500 kilometrdən çox olmayan taktiki raketlər və az sayda Şahab və Sejil sinfindən olan uzaqmənzilli raketlər göstəriləcəkdi. 

Lakin son zamanlarda mediada yayımlanan raket şəhərlərinin təqdimatları göstərir ki, SEPAH-ın bu bazaları əsasən 1000 kilometrdən çox mənzilə malik raketlərdən ibarətdir və burada 1000 kilometrdən az mənzilli taktiki raketlər mövcud deyil. Sonuncu təqdimatda biz tam hazır və istifadəyə yararlı, çox böyük bir raket şəhərinin şahidi olduq. Burada yüzlərlə raket buraxıcı qurğu, müxtəlif növ ballistik, taktiki və qanadlı raketlər yerləşdirilib ki, bu da İranın öz ərazi bütövlüyü və müstəqilliyini qorumaq gücünün yalnız kiçik bir hissəsidir. 

Xeyli sayda "Xeybərşiken-2", "Hac Qasim", "Sejil" və qanadlı raketlərin buraxıcı qurğular üzərində sıralanması, həmçinin tunellərdə ehtiyat kimi saxlanılan minlərlə raket – düşmənə sadə, lakin ciddi bir xəbərdarlıqdır. O düşmən ki, hələ də İranın hava hücumundan müdafiə sistemlərini məhv etmək və yeni avantüralar həyata keçirmək xülyasında yaşayır. Ancaq bu raketlərin iti ucu düşmənin bu xülyasını puç edəcək və onlara xatırladacaq ki, İranın raketləri 3000 kilometr və daha uzaq məsafələrdəki hədəfləri vura bilər. 

Sionist rejim, ABŞ və digər Qərb düşmənləri ötən payızda iddia edirdilər ki, İranın raket istehsal imkanlarını raket yanacağı hazırlayan mikserləri məhv etməklə sıradan çıxarıblar. Təəssüf ki, bəzi cahil və düşmənə xidmət edən kanallar bu iddiaya inanır və onun təbliğatını aparırdılar. Lakin onların anlamalı olduğu bir həqiqət var: İranın raket gücü elə səviyyədədir ki, ABŞ-ın regiondakı bütün bazalarını və işğal olunmuş ərazilərin hamısını bir neçə dəfə tamamilə məhv edə bilər. 

İndi bu raket şəhərinin təqdimatı ilə İran xalqı ölkəmizin müdafiə və hücum gücü barədə daha yaxşı məlumat əldə etməli və bilməlidir ki, düşmənin İran torpaqlarına hücum etməyə cəsarəti yoxdur... Bu, düşmənə sadəcə kiçik və məhdud bir xatırlatmadır. Təsəvvür edin ki, İranın yüz raket şəhəri var və hər birində cəmi 2000 raket yerləşir. Sadə bir hesabla belə, SEPAH-ın Hava-Kosmik Qüvvələrinin düşmənə hansı qorxunc zərbəni endirməyə hazır olduğunu anlaya bilərsiniz. 

- İranlı analitik
- Tərcümə etdi: T.T.Tv

➡️T.T.Tv -yə abunə olun
🔥‼️🇮🇷 General Səlami: Biz müharibəyə başlamayacağıq, lakin istənilən müharibəyə hazırıq

"T.T.Tv" İRNA-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı deyib: “Biz müharibəni başlayan tərəf olmayacağıq, lakin istənilən müharibəyə hazırıq. Bu düşmənə qalib gəlməyin düsturlarını öyrənmişik. Düşmən qarşısında bir addım da geri çəkilməyəcəyik.”

General-mayor Hüseyn Səlami bugün SEPAH Baş Komandanlığı Qərargahının komandirləri və rəhbərlərinin toplantısında deyib: “Düşmən bütün gücü ilə meydana girmişdir ki, izzət, ləyaqət, kimlik, İslam və vilayəti özünə təslim və məhv etsin, lakin bacarmır.”

SEPAH baş komandanı Qəzzə hadisəsini tarixin ən heyrətamiz hekayəsi olduğunu bildirərək əlavə edib: “Tamamilə mühasirəyə alınmış, yeməksiz, susuz, amansız düşmən atəşi altında qalmış insanlar Quran oxuyur, İslama əməl edir, şəhadəteyn deyir, möhkəm dayanmışdır və düşmənə qalib gəlməyə imkan vermir. Bu, dünyanın bütün müasir silah və texnikasına qarşı əsl iman döyüşüdür.”

General Səlami digər müqavimət cəbhələrinin müqavimətinə toxunaraq deyib: “Yəmənlilər, Livan Hizbullahı və İraq müqaviməti də eyni keyfiyyətlə dayanır. Bu geniş və şər cəbhənin qarşısında nə hərəkata, nə Fələstinə, nə də bizə zərər gəlməməli olduğunu təsəvvür etmək müharibə məntiqinə uyğun gəlmir.”

General Səlami sionist rejimlə son qarşıdurmaya və “Doğru Vəd” əməliyyatına toxunaraq, bu qarşıdurmanı “əsl müharibə” və iki varlıq arasında sağ qalmaq və qarşıdurma mübarizəsi kimi qiymətləndirib.

SEPAH baş Komandanı “Doğru vəd” əməliyyatının İslamın əzəmətini nümayiş etdirdiyini bildirərək əlavə edib ki, iftixar o idi ki, müsəlmanlar təslim olmadılar.

SEPAH baş komandanı çıxışının başqa bir hissəsində müqavimət cəbhəsindəki vəziyyətə toxunaraq deyib: “Əgər biz və müqavimət cəbhəsi zəifləmişdirsə, niyə düşmən Livanda dayandı? Nə üçün Qəzzədə atəşkəsə razı oldu? Niyə Hizbullah hələ də güclüdür və Fələstin hələ də döyüşür? Yəmən dəfələrlə bombardmanlara baxmayaraq, nərə çəkir, hətta amerikalılar da bombardmanların səmərəsiz olduğunu etiraf ediblər. Bu, düşmən üçün çıxılmaz vəziyyətdir.”

O, qeyd edib ki, düşmən İranın çəkindirici gücünün zəifləməsi ilə bağlı yanlış fərziyyələrlə bizi iki seçim arasında qoymağa çalışır: düşmənlə qarşılaşmaq və ya onun şərtlərini qəbul etmək. Biz İslam İnqilabı Keşikçiləri Korpusuyuq. Bizim vətənimiz, doğulduğumuz yer cihaddır. Biz böyük döyüşlər və böyük düşmənləri məğlub etmək üçün qurulmuşuq. Biz Aşuradan dərs almışıq və o məktəbin şagirdləriyik, baxmayaraq ki, Aşura təkrarlanmayacaq.

SEPAH baş komandanı düşmənin genişliyinə və zəifliyinə toxunaraq deyib: “Düşmənimiz bütün yer üzünə yayılmışdır və hər yerdə ona əlimiz çatır. Sionist rejim qarşımızda geniş bir süfrə kimidir. Biz bu düşmənə qalib gəlməyin düsturlarını öyrənmişik, onları silah və texnikamızın bütün elementlərinə daxil etmişik. Amerikanın mütləq dəstəyinə baxmayaraq, rejimi məğlub etmək üçün proqram və avadanlıqlarımız var.”

General-mayor Səlami deyib: “Biz müharibədən qətiyyən narahat deyilik. Biz müharibəni başlayan tərəf olmayacağıq, amma istənilən müharibəyə hazırıq. Öz ölkəsini, kimliyini və varlığını müdafiə etmək üçün cihad susuzluğu silahlı qüvvələrdə və xalqda bir reallıqdır. Biz hər iki vəziyyətə: həm psixoloji əməliyyatlara, həm də düşmənin hərbi əməliyyatına hazırıq, amma düşmən qarşısında bir addım belə geri çəkilməyəcəyik.”

Düşmənimizə əlimizin çatdığını bəyan edən SEPAH komandanı bildirib ki, böyük güc toplanmışdır, əgər düşmən bizim gücümüzün reallığını görmək üçün bağlı əllərimizi açmaq istəyirsə, biz hazırıq.

General Səlami müqavimət cəbhəsinin vəziyyətini böyüyən və yaxşılaşan kimi qiymətləndirərək deyib: “Düşmən bunun öhdəsindən gələ bilmir. Müqavimət cəbhəsi hələ tam istedadını meydana çıxarmayıb və döyüşün miqyasına nəzarət etməyi düşünür. Amma əllər açılsa, müharibənin miqyası və şiddəti düşmənin təsəvvüründən kənarda olacaq.”

➡️T.T.Tv -yə abunə olun
🔥‼️🇸🇾 Nablus və Cenində atışmalar, İsrail işğalçı əsgərləri arasında ölən və yaralananlar var.

https://t.me/Tehlil_Tenqid_tv
29.03.202521:55
⭐️‼️🇺🇸🇾🇪 ABŞ-ın Yəmənin şimalındakı Səada əyalətinə aviazərbələri yenidən başlayıb.

ABŞ təyyarələri 12-dən çox reyd keçirib.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
🔥‼️🇨🇳 Çin Müdafiə Nazirliyi:

Pekin Tehran və Moskva ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Қайта жіберілді:
MBH Media avatar
MBH Media
🆘‼️🇷🇺🇺🇦 SON DƏQİQƏ

Rusiya hərbçiləri çoxlu sayda kamikadze PUA ilə Ukraynanın Dnepr bölgəsinə intensiv zərbələr endirir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
🔥‼️🇮🇱🇸🇾 İsrail hava qüvvələri Həma hərbi hava limanına güclü zərbələr endirib.

Əl-Colani nə vaxt hərəkətə keçəcək və Təl-Əvivi bombalayaraq cavab verəcək?



➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
06.04.202510:24
❗️Yersiz gəldi yerli qaç! Azərbaycanda divara sıxışdırılan Şiəlik - TƏHLİL

Uzun zaman multikulturalizm təbliği sonunda özümüzə tuşlanan silah kimi bu günün çox acı mənzərəsini ortaya qoyub. Ölkədə bütün dinlərə geniş şərait yaradıldığı halda şiəlik ögey ananın yanında yetim uşaq kimi elə hey sıxışdırılır.

Məsələnin siyasi yönü bu oyunu gizlətmək üçün nə qədər əlverişli vasitə sayılsa da sonunda məlum olur ki, bütün bu şoular ölkədə şiəlik, xalqın əsas əqidəsi, milli mənsubiyyətinə çevrilən inanc əzilməkdə davam edir.

Hakimiyyətin bu yöndə apardığı çoxsahəli siyasəti bu gün 60-dan artıq şiə ruhanisinin həbsi, yüzlərlə inanclının narkotik ittihamı ilə şərlənməsi, məscidlərdən xalqın sevdiyi ruhanilərin uzaqlaşdırılması, dini mətbu orqanlarının qapadılması, dini tədbirlərin keçirilməsinə sərt qadağa, bütün din və məzhəb nümayəndələrinə icazə verdikləri halda şiə uşaqlarına 16 yaşına qədər məscidə getməyə qoyulan məhdudiyyət sadalananlar sırasında yer almaqdadır.

Əlavə olaraq, ölkədə dəfələrlə silahlı münaqişə, insan ölümü və silahlı dəstələr halında xilafət yaratmaq üçün birləşən sələfilərə yaradılan münbit şərait, şiə dindarının məscidin həyətində ibadətinə qadağalar qoyulduğu halda sələfilərin küçə boyunca namazlarını polislərin onları qoruma qanadı altında icra etməsi də şəliyin hədəfə alınmasına bariz nümunədir.

İbadət ocaqları, ziyarətgahların öz məzhəbində belə qəbul olunmayanlar tərəfindən xalqın şüuruna şübhə toxumları əkilmək üçün efir məkanına növbəli kanalların dəvət edilməsi, Əhli-beyt (ə) və şiəlikdən danışılması verlişlərə yasaqlanmaq, efirdə əhalisinin böyük əksəriyyətinin şiə olmasına baxmayaraq azandan belə şiə atributlarının çıxarılması bu siyasətin hakimiyyət tərəfindən ciddi göstəriş əsasında icra edilməsinə əyani sübutdur.

Tənqidlərə Milli Məclis səviyyəsində deputatların ölkədə şiə əqidəsinə qarşı heç hansı təzyiq olmadığı söylənildiyi halda fakt fakt olaraq qalır. Artıq illərdir ki, sələfilər üçün Ramazan bayramında məscidlər açıq olduğu halda şiələr məscidlərdə bayram namazları qıla bilmir.

Baxmayaraq ki, hakimiyyətin bayramı 2 gün elan edərək, rəsmən təsdiqlədiyi bu tarixin sələfi əqidəsi üçün keçərli olduğu halda cəfərilər üçün qadağalar qoyulmaqdadır.

Məsələnin aktuallığı Amerika Departamentinin illik hesabatında da əksini taparaq ölkədə şiə inanclılarına qarşı diskriminasiya olduğu qeyd edilib. Beynəlxalq müstəqil hüquq müdafiə təşkilatları belə Azərbaycanda şiə inaclılarına qarşı təzyiqin ən yüksək həddə çatdığını bəyan edən çoxsaylı bəyanatları da ölkədə şiəliyin necə böyük təpki altında olduğunu göstərir.

Azərbaycan hakimiyyəti bütün görünən və görünməyən güclərlə ölkədə şiə əqidəsini təzyiq altında saxlamaqla onu sələfi əqidəsi ilə əvəzləməyə çalışır. Bunun üçün çoxsaylı internet kanalları və sələfi ruhanilərinin geniş çıxışlarına geniş şərait yaratması bu qorxunc planın icra edildiyini göstərir.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
01.04.202521:28
🔥‼️🇸🇾 Hələbin şimalında Əl-Bab xəttində Təhrir əş-Şam terror təşkilatı ilə ÖSO terror qrupları arasında naməlum səbəbdən qarşıdurma baş verib. Çoxlu ölü və yaralı var.

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
Қайта жіберілді:
MBH Media avatar
MBH Media
Қайта жіберілді:
MBH Media avatar
MBH Media
❗️Qardaşlarımızdan ricamız aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi xahiş etməkdir

Azərbaycanda sionizmin təsirləri artıq geniş bir məcra alaraq milli və dini dəyərləri təhdid etməyə davam edir. Zamanla yaşanan bir çox hadisələr eyni mənbədən və geniş dairəni əhatə edərək böyük dəyişikliklərə hesablanıb. Vaxtında və dəqiq addımlar bu planların bir çoxunu boşa çıxarsa da, düşmən öz məkirli addımlarında israrlıdır.

Son təhlükəsizlik orqanları ilə bağlı inanclı xanımın təhdid olunması da bu qəbil ixtişaş və parçalanmaya hesablanmış addımlardan idi. Bu prossesdə aydın çizgilər təkcə düşmənin hədəfini müəyyən etmədi, eyni halda ifşasına da səbəb oldu.

Bu nöqtədə əzmkarlıq göstərən, rəşadətli qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Onların aclıq aksiyası keçirməsi dəyərlərə sədaqətin bariz nümunəsi idi ki, bir çox məkirli planları alt-üst etdi. Ricamız aksiyanı davam etdirən qardaşlarımızdan aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi göstərməyi xahiş etməkdir.

Planlaşdırılmış oyunların iştirakçısı olaraq bizi bu məsələlərdə vasitə etmək istəyənlərə isə bildiririk ki, biz nə zaman hansı addımı atacağımız barədə qərarı özümüz rossianal olaraq vermək qüdrətindədyik.

Biz Allahın yardımı ilə bütün maneələri aşacaq və həqiqətin qələbə çalacağı bir səhərin gerçəkləşməsi üçün ümid edir, çalışır və dualar edirik. Vəd olunmuş o günün gəlişi mütləq baş verəcək.

- MBH sədri Hacı Tale Bağırzadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Көбірек мүмкіндіктерді ашу үшін кіріңіз.