Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
MBH Media avatar

MBH Media

Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı
TGlist рейтингі
0
0
ТүріҚоғамдық
Растау
Расталмаған
Сенімділік
Сенімсіз
Орналасқан жері
ТілБасқа
Канал құрылған күніЛют 25, 2023
TGlist-ке қосылған күні
Черв 08, 2024
Қосылған топ

"MBH Media" тобындағы соңғы жазбалар

❗️Rejimin qəhrəmanlara qarşı nifrəti

2-ci, sonuncu hissə

Məsələnin belə sadə görünən tərəfi arxasında gizlənən həqiqət yaradılan səs-küylü şouların arxasında gizlənməməlidir. Birmənalıdır ki, bu vəziyyət hazırkı hakimiyyətin tələb və istəkləri fonunda icra edilir. Ölkədə kişilər, qəhrəmanlar, igidlərə qısqanc yanaşım heç də təsadüf üzündən baş verə bilməz. Əlavə olaraq, rəzillərin əziz olaraq təqdimatı da birmənalı bu məslənin planlı icra olunmasına əyani sübutdur. Əks halda sovetlərin senzurasına baxmayaraq yaşadılan Azərbaycan qəhrəmanları bu gün heç bir maneə olmayan bir mühitdə küncə sıxılmasının başqa nə adı ola bilər ki?

Hakimiyyətin qəhrəmanlara qarşı davranışları onların simasında ifşaedici bir gücün olması ilə mütləq əlaqəlidir. At belində, döyüş meydanında qürurla addımlayan sərkərdənin ordu önündəki qətiyyətli duruşu onu döyüş iştirakçısından qələbə fatehinə qədər daşıyan bir uğur yaradırsa, bu, birmənalı olaraq hər bir qəhrəmana ən azından paralel olan bir vəziyyətdir. Ona görə də belə bir sərkərdə öz qəhrəmanını fəxarətlə sinəsinə sıxıb xalqın ölümsüzü edəcək. Nəticədə bu addımı ilə o, özünün də başçılıq etdiyi döyüşün qəhrəmanlıq salnaməsində nə qədər böyük rola malik olduğunun etirafını yaşayacaq.

Azərbaycan hakimiyyətində 90-cı illərdə müstəqillik aktına yox deyənlərin sonradan vəzifəyə gələrək, müstəqilliyi əldə edənləri ləkələyərək linc etməsi ssenarisi bu günün qəhrəmanlarına qarşı da eyniliklə icra edilir. Məmurların övladlarının gizləndiyi I və II Qarabağ savaşlarında döyüşən, qazi olan və nəhayət şəhadətə ucalanları bu gün unutdurmağa çalışan sistem həqiqətdə onların qəhrəmanlığı qarşısında düşdükləri vəziyyətdən narahatdırlar. Xalqın yaddaşından silinmələri üçün Azərbaycanda dəyərlərə qarşı açılan cəbhənin tək səbəbi də budur. Qəhrəmanların, xalqın varlığını, kimliyini qoruyanların ifşaedici varlıqları onların cılız kimliklərini hədəflədiyi üçün onlar unudulmağa, həbslərə və ya ölümə məhkum edilməyə hədəflənib.

Rejim qəhrəmanları sevmir və buna görə də onlara qarşı yad, xarici ünsür olaraq davranış sərgiləyir. Məlum mənzərə ölkədə tək bir qəhrəman obrazı yaratmağa hesablanıb deyə digərləri yaxşı halda unutdurulur. Pis halda təzyiq, təqib və həbslərə məruz qoyularaq xalqın beynində yanlış adlarla ləkələndirilir.

Lakin zaman bundan da sərt bir dönəm görüb və yaşayıb. Hər məhrumiyyət bir gün həqiqəti aşkarlamağa, onun kimliyini aydınlatmağa məcburdur. O məlum günün gələcəyi şübhəsiz və mütləqdir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Rejimin qəhrəmanlara qarşı nifrəti

1-ci hissə

Hər bir xalq öz qəhrəmanları, onun tarixini şanlı səhifələrə həkk edən igidləri ilə qürur duyur. Zamanla əbədiləşən bu şəxslər bir ölkənin, bir millətin hansı özəlliklər, dəyərlər müstəvisində formalaşmasını özündə ehtiva edir. Keçmişdən bu günə düşüncəmizdə yaşatdığımız qəhrəmanların həqiqəti bu gün Azərbaycan adlı dövlət, üç rəngli bayrağı ilə ölümsüzdür.

Xalq qəhrəmanlarını tanımaqla təkcə hansı tarixi dönəmin keşməkeşlərindən keçməsi deyil, eyni halda nümunəvi şəxsiyyətlərin gələcəyə işıq saçan nurani simalarını tanıyır, öz gələcəyini belə şəxslərin baxış bucaqlarına uyğunlaşdıraraq formalaşdırır.

Yaxın keçmişin Mehdi Hüseynzadələri, Mikayıl Müşfiqləri, Rəsulzadə və Cavidləri bu səhifələri öz aydın zəka və hünər özəllikləri ilə yazmışdılarsa, müasir tarix bunu Polad Həşimovlar, Ziya Bünyadovlar, Hacı Şahin Həsənovlar, Elmarlar, Xudayarların simasında gördü, tanıdı və sevdi. Onlar Azərbaycan tarixinin ölümsüzlük əsərinə imza atan əbədiyaşar məşərlərdir ki, xalqın hər zaman qəlbində yaşayacaqlar.

Sovetlər dönəmi, sosializmin dəyərlərini, “Böyük Sovet Ailəsi”ni qoruyan ideoloji cərəyan bu qəhrəmanları incəliklə seçdi və prinsipləri ilə ziddiyyət təşkil etməyən simaların əbədiləşməsində təkan verdi. Bu gün Nəsimilər, Nizamilər, Babəklərlə yanaşı Mehdi Hüseynzadələr, Nəbilər, Məmmədlər Azərbaycan tarixində hansı imzalar atılması nümayiş edilən sənət əsərlərində xalqa təqdim edildi. O dövrün çətinliyi də ideoloji baxımdan yaranan mürəkkəb vəziyyət idi ki, kommunizm burada öz prinsiplərini rəhbər tutmaqla addımlar atırdı.

Lakin müsəqillik hər şeyi Azərbaycan tarixinin bu gününə, milli məfkurəyə kökləyərək Azərbaycanın varlığı üçün mübarizə aparan hər bir Azərbaycanlıya tək ürək oldu. Burada hər hansı bir ziddiyyət və seçim söz mövzusu ola bilməzdi. Məşhur deyim olaraq hər şeyin vətən üçün olması vahid hədəfə çevrildi. Bu şəxslər Azərbaycanın müstəqilliyi üçün canını verən ilk fidanlarla başlayaraq, 44 günlük müharibədə tarix yazan sonsuz bir gözəlliyi Azərbaycan kimliyinə həkk edə bildi.

Lakin nədənsə sovetlərin senzura sisteminə tuş gələn qəhrəmanlara veriləcək açıq meydan bu günün gerçəkliyində daha da məhdud ortam nümayiş etdirdi. Müharibə dönəmi istisna olmaqla şəhidlər haqqında nəinki film, verliş və kitablar yazılmadı, hətta yolları bəzəyən bir çox şəhid şəkilləri icra başçılarının göstərişi ilə söküldü. Yüzlərcə şəhid anaları, müharibə iştirakçılarının fəryadı, bir o qədər qazilərin intiharı bu məslənin maraqlı və planlı gündəmdən qaldırılmasına nümunə idi.

Əvəzinə efir məkanları ailələri tərəfindən qabul olunmayıb yüngül həyat tərzi yaşayan aktyor və müğənnilərə qucaq açdı. 44 günlük kişilik məktəbi, əxlaqsız həyat yaşıyan qadınları ayağına düşüb ona yalvaran kişiciklərin at oylağına çevrildi. Qəhrəmanlar və qəhrəmanlıq zirvəyə yüksələcəyi gözləntisi həyat yoldaşına prinsip səbəbindən xəyanət edənləri əvəzlədi.

1-ci hissənin sonu

❗️Yaşamaq təkcə nəfəs almaq deyil

2-ci, sonuncu hissə

Hüseynin (ə) ətrafını saran sonsuz həmlələr müqabilində ümidsiz deyil, qalib bir sərkərdə timsalında döyüş nümayiş etdirməsi qırılmaz, əbədi bir mənbəyə bağlı enerji qoşulmasının bariz nümunəsidir. Bu, dirilik, həyat mənbəyi və ölümsüzlük əsəridir. Təsadüfi deyil ki, bu gün də Azərbaycan da daxil, dünyanın bir çox ölkələrində İmam Hüseyn (ə) məktəbinə qarşı qəti mövqey nümayiş etdirilərək şiəliyin hədəfə alınması, məktəbin banisi kimi Kərbəlanın insan ruhunun mübarizə əzmi olaraq onu sönməyə, çökməyə qoymamasıdır.

İmamın sonsuz enerji mənbəyi aləmlərin rəbbi olan Allaha olan sevgi və itaətidir. Hansı ki, O, ümidlərin tükəndiyi, arzuların bitdiyi və həyatın ən dərin nöqtəsində parlayaraq qəlbin zülmətinə maniədir.

Quran quyunun dibində Yusifin (ə), balığın qarnında Yunisin (ə), fırtınalar qoynunda Nuhun (ə), səmalara qalxan alovun bətnində İbrahimin (ə) və nəhayət, mağarada düşmən hədəfində olan Muhəmmədin (s) canlılıq, yaşam və ümid mənbəyindən söhbət açır ki, bu, Allahdır.

Allah ruha doğma olmaqla insana təkcə həyat vermir. Bu həyatın həqiqətini, onu ölümsüzləşdirən mübarizə ruhunu insana öyrətməklə bu hissi sönməyə qoymur. Varlığına Allah hakim olan insan artıq ölümsüzlük şərbətini dadmış və həyatın hər bir vəziyyətində əbədidir. Onun haqq çağırışı, həqiqi mücadiləsi onun həqiqətinin dəyəri qədərində ölümsüzlük qazanır. Əqidə, inam və inanc nə qədər böyük və güclüdürsə, insan da zamanların fövqündə bir o qədər böyük, dəyərli və əbədi ola bilir.

Həyat nişanəsi ayaq üstə yerimək, danışmaq və yeməkdən ibarət deyil. Həyatın həqiqəti insanın ruhuna hakim inanc və inamı, bununla yanaşı onun bu dəyərlərdən irəli gələn vəzifəsinə əməl etməsidir. Əgər kimsə Allaha sevgini varlığına hakim olaraq düşünürsə, bunun sadə nümunəsi bu sevgidən sonra ruhuna hakim olan güc və qüdrət, mübarizə və mücadilə hissini görməsidir.

Əgər sevgi düşüncəsi bir insanı hər növ məhrumiyyətlərə, zülm və sitəmə boyun qoyacaq bir itaətkarlığa gətiribsə, bu, Haqqın sevgisi deyil, öldürücü bir istəkdir ki, həyatda ikən onu cansız və ruhsuz edib. Yox, əgər bu sevgi həqiqi eşq, Allaha yönəli bir duyğudursa, mütləq insan enerji mənbəyində ölümsüzləşərək haqqın kəsici qılıncı olaraq batilin önündədir. Yalnız bu həyat real yaşamaq nurudur. Digər hisslər isə yalnız və yalnız həyatın illuziyasıdır ki, insan yaşadığını zənn etsə də həqiqətdə ölüdür.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Yaşamaq təkcə nəfəs almaq deyil

1-ci hissə

Həyati nişanələr təkcə parlaq görüntülər, rəngarənglik deyil. Biz bəzən canlı, həyatda nəfəs alıb həqiqətdə ölülərə çevrilmiş çoxsaylı insanları müşahidə etdiyimiz halda dünyada olmadan belə fikirləri, ideaları insanlığa töhfə verən diriləri görə bilərik. Quran bu barədə incə bir yanaşma sərgiləyərək bəzi insanları yaşıl, kökü torpaqdan ayrılıb nəyəsə söykənərək canlı görünən, lakin həqiqətdə heç bir perespektivi olmayan ağaclara bənzədir. Canlılıq özü ilə bərabər ətrafı, yaşadığı cəmiyyəti, bəzən əsrləri işıqlandıran, onlara faydası toxunan, insanlar və insanlıq naminə mübarizə və mücadilədir.

Şübhəsiz məhz bu canlılıq öz daxili potensialını sistemləşdirən dəyərlər müstəvisində məlum bir hədəfə doğru hərəkətdə olmalıdır. Hədəfini müəyyən edən insan bu istiqamətdə mübarizə salnaməsi yazacaq bir ömür yaşaya bilər. Müəyyən edilmiş hədəfin özünəməxsusluğu isə yaşayaraq ölü olan canlılarla ölərkən belə ölümsüzlüyünü davam etdirən şəxslər arasında fərqli bir fəza, müsbət, tükənməz və əbədi enerji mənbəyinin aşılanmasıdır.

Dünyanın bütün gücləri məhz hədəfə aldıqları məsələ də həmin enerji mənbəyidir. Həyatın yorucu, ölümlü və sonsuz qayğılar içində olması insanı bəzən tükədə, yora və bezdirə bilir. Məhz belə bir enerji bloku ümidin tükəndiyi nöqtəyə yaxınlaşan insanı bu dərin quyuya düşmək təhlükəsindən qoruyur.

Tarixi mənbələr Kərbəla hadisəsi haqqında bir çox maraqlı məqamlar qeyd edib. Onların arasında İmam Hüseynin (ə) döyüşə son dəfə hazırlaşdığı səhnə sözün həqiqi mənasında unikaldır. Hüseynin (ə) bütün ordusu öldürülüb. Qarşıda sayları on minlərlə olan düşmən qoşunu, arxada başsız qalan qadınlar və qızlar, ətrafında isə, öz övladları da daxil yaxın tərəfdarlarının cənazələri... Səhnə nə qədər ağrılı və qəlb yandırıcı səslənirsə, bu əsərin qəhrəmanı İmam Hüseynin (ə) at üstə duraraq döyüşə yollanması qəribə və qürurvericidir. Tarixi mənbələrdə əynində döyüş geyimli sərkərdənin şıq qaməti, məğrur və heybətli duruşu qeyd edilərkən onun belə bir gərgin, ağır vəziyyətdə aldığı enerji, duyduğu hiss təəccüb və heyrət doğurur.

1-ci hissənin sonu

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️İran-ABŞ danışıqlarının ikinci raundu bir neçə saatdan sonra başlayacaq

Bu və digər xəbərləri ətraflı şəkildə aşağıdakı səhifədən izləyə bilərsiniz.👇

👉https://t.me/Tehlil_Tenqid_tv/51183

➡️https://t.me/Tehlil_Tenqid_tv -yə abunə olun
❗️Bu gün İslam İnqilabının Ali Rəhbəri, mərcəyi-təqlid Ayətullah əl-uzma Seyyid Əli Xameneyinin mövlud günüdür. Bu münasibətlə Ali Məqamlı Rəhbəri səmimi qəlbdən təbrik edir, uca Allahdan bərəkətli ömrünün daha da bərəkətli olmasını diləyirik.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Azərbaycanın görkəmli din xadimi, İlahiyyatçı-alim Hacı Zülfüqar Mikayılzadə azadlığa buraxılıb.

Hacı Zülfüqar Mikayılzadə:

"Narahat olan, sevinən, dualarında bizi yad edən bütün əziz dindar bacı və qardaşlarıma təşəkkürümü bildirir və Allahdan həbsdə olan digər qardaşların azadlığını arzu edirəm. Allah hamınızdan razı olsun."

İzzətli azadlığın mübarək!

❗️Tale Bağırzadə Tofiq Yaqubluya dəstək bəyanatı yaydı

Hakimiyyət sanki yaxşıların, düzlərin, vətənpərvərlərin cəzalandırılmasında bütün güc və səyini göstərməklə bu ölkənin yaşanan ümidlərini sona qədər öldürməkdə israrlıdır. Azərbaycan müstəqillik uğrunda Azadlıq Hərəkatının fəal iştirakçısı, I Qabağ savaşının qazisi, bir ömür xalqın, millətinin rifahı, azadlığı və demokratik dəyərləri naminə bütün varlığını qurban verən, dəfələrlə şərlənərək həbs edilən Tofiq Yaqublu sonunda ölüm təhlükəsi ilə baş-başadır.

Tofiq bəyin günahsız həbsinə etirazı bu gün aclıq aksiyası ilə bir daha azadlıq sevənlərə çağırış olaraq səslənir. Biz xalqın mübariz oğlunun müdafiəsində birlik göstərməli, ona bu savaşda dəstək olmalıyıq.

Onu ölümə məhkum edən rejimdən isə xalqın ruhuna işləyən cinayətlərinə son verməyi və onu qeyd-şərtsiz azad etməyi tələb edirəm.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Қайта жіберілді:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
❗️Bəqi məzarlığının dağıdılmasından100 il ötür

Şəvval ayının əvvəlində olan Fitr bayramını günbəgün geridə qoyduqca, şəvval ayı başlanğıcda bizi bayram və sevinclə qarşıladığı kimi, ayın ortaları və yekunları çox hüznlü tarixlərlə səciyyələnir.

Şəvval ayının 8-i - vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılmasının ildönümüdür. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tarixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.

Bildiyimiz kimi, Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir.

“Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmü-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr - o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyb, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.

Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) qəbirləri yerləşir.

Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.

Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.

Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.

İkinci dəfə isə 1925-ci ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.

Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub. İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi dəfələrlə qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, qəbirlərin bərpa edilməsini tələb edir.

➡️Abunə olun
❗️Qardaşlarımızdan ricamız aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi xahiş etməkdir

Azərbaycanda sionizmin təsirləri artıq geniş bir məcra alaraq milli və dini dəyərləri təhdid etməyə davam edir. Zamanla yaşanan bir çox hadisələr eyni mənbədən və geniş dairəni əhatə edərək böyük dəyişikliklərə hesablanıb. Vaxtında və dəqiq addımlar bu planların bir çoxunu boşa çıxarsa da, düşmən öz məkirli addımlarında israrlıdır.

Son təhlükəsizlik orqanları ilə bağlı inanclı xanımın təhdid olunması da bu qəbil ixtişaş və parçalanmaya hesablanmış addımlardan idi. Bu prossesdə aydın çizgilər təkcə düşmənin hədəfini müəyyən etmədi, eyni halda ifşasına da səbəb oldu.

Bu nöqtədə əzmkarlıq göstərən, rəşadətli qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Onların aclıq aksiyası keçirməsi dəyərlərə sədaqətin bariz nümunəsi idi ki, bir çox məkirli planları alt-üst etdi. Ricamız aksiyanı davam etdirən qardaşlarımızdan aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi göstərməyi xahiş etməkdir.

Planlaşdırılmış oyunların iştirakçısı olaraq bizi bu məsələlərdə vasitə etmək istəyənlərə isə bildiririk ki, biz nə zaman hansı addımı atacağımız barədə qərarı özümüz rossianal olaraq vermək qüdrətindədyik.

Biz Allahın yardımı ilə bütün maneələri aşacaq və həqiqətin qələbə çalacağı bir səhərin gerçəkləşməsi üçün ümid edir, çalışır və dualar edirik. Vəd olunmuş o günün gəlişi mütləq baş verəcək.

- MBH sədri Hacı Tale Bağırzadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Yersiz gəldi yerli qaç! Azərbaycanda divara sıxışdırılan Şiəlik

Uzun zaman multikulturalizm təbliği sonunda özümüzə tuşlanan silah kimi bu günün çox acı mənzərəsini ortaya qoyub. Ölkədə bütün dinlərə geniş şərait yaradıldığı halda şiəlik ögey ananın yanında yetim uşaq kimi elə hey sıxışdırılır.

Məsələnin siyasi yönü bu oyunu gizlətmək üçün nə qədər əlverişli vasitə sayılsa da sonunda məlum olur ki, bütün bu şoular ölkədə şiəlik, xalqın əsas əqidəsi, milli mənsubiyyətinə çevrilən inanc əzilməkdə davam edir.

Hakimiyyətin bu yöndə apardığı çoxsahəli siyasəti bu gün 60-dan artıq şiə ruhanisinin həbsi, yüzlərlə inanclının narkotik ittihamı ilə şərlənməsi, məscidlərdən xalqın sevdiyi ruhanilərin uzaqlaşdırılması, dini mətbu orqanlarının qapadılması, dini tədbirlərin keçirilməsinə sərt qadağa, bütün din və məzhəb nümayəndələrinə icazə verdikləri halda şiə uşaqlarına 16 yaşına qədər məscidə getməyə qoyulan məhdudiyyət sadalananlar sırasında yer almaqdadır.

Əlavə olaraq, ölkədə dəfələrlə silahlı münaqişə, insan ölümü və silahlı dəstələr halında xilafət yaratmaq üçün birləşən sələfilərə yaradılan münbit şərait, şiə dindarının məscidin həyətində ibadətinə qadağalar qoyulduğu halda sələfilərin küçə boyunca namazlarını polislərin onları qoruma qanadı altında icra etməsi də şəliyin hədəfə alınmasına bariz nümunədir.

İbadət ocaqları, ziyarətgahların öz məzhəbində belə qəbul olunmayanlar tərəfindən xalqın şüuruna şübhə toxumları əkilmək üçün efir məkanına növbəli kanalların dəvət edilməsi, Əhli-beyt (ə) və şiəlikdən danışılması verlişlərə yasaqlanmaq, efirdə əhalisinin böyük əksəriyyətinin şiə olmasına baxmayaraq azandan belə şiə atributlarının çıxarılması bu siyasətin hakimiyyət tərəfindən ciddi göstəriş əsasında icra edilməsinə əyani sübutdur.

Tənqidlərə Milli Məclis səviyyəsində deputatların ölkədə şiə əqidəsinə qarşı heç hansı təzyiq olmadığı söylənildiyi halda fakt fakt olaraq qalır. Artıq illərdir ki, sələfilər üçün Ramazan bayramında məscidlər açıq olduğu halda şiələr məscidlərdə bayram namazları qıla bilmir.

Baxmayaraq ki, hakimiyyətin bayramı 2 gün elan edərək, rəsmən təsdiqlədiyi bu tarixin sələfi əqidəsi üçün keçərli olduğu halda cəfərilər üçün qadağalar qoyulmaqdadır.

Məsələnin aktuallığı Amerika Departamentinin illik hesabatında da əksini taparaq ölkədə şiə inanclılarına qarşı diskriminasiya olduğu qeyd edilib. Beynəlxalq müstəqil hüquq müdafiə təşkilatları belə Azərbaycanda şiə inaclılarına qarşı təzyiqin ən yüksək həddə çatdığını bəyan edən çoxsaylı bəyanatları da ölkədə şiəliyin necə böyük təpki altında olduğunu göstərir.

Azərbaycan hakimiyyəti bütün görünən və görünməyən güclərlə ölkədə şiə əqidəsini təzyiq altında saxlamaqla onu sələfi əqidəsi ilə əvəzləməyə çalışır. Bunun üçün çoxsaylı internet kanalları və sələfi ruhanilərinin geniş çıxışlarına geniş şərait yaratması bu qorxunc planın icra edildiyini göstərir.

❗️Polis işçiləri tərəfindən törədilən özbaşınalığa, vətəndaşın ailəsi ilə nalayiq davranışına, hicablı xanımın məcburi maşına mindirilib aparılmasına kəskin etiraz edir, bu həyasızlığa qarşı aclıq etməklə bunu edənlərin biabırçı zalımlığını elan edirem. Əziz əhalimizi də dəyərli insanlarımıza, mərd oğullarımıza ismətli xanımlarımıza yönələn çirkin fikirlərə, kobud haqsızlıqlara etinasız qalmamaga çağırıram.

MBH üzvü, siyasi məhbus Cahad Babakişizadə

❗️17 saylı cəzaçəkmə müəssisəsindən bir neçə məhbus da aclıq aksiyasına qoşuldu

14-cü polis bölməsinin işçiləri tərəfindən inanclı xanıma qarşı zorakılıq hərəkətlərə etiraz olaraq 17 saylı cəzaçəkmə müəssisəsindən daha 3 məhbus aclıq aksiyasına qoşulub. Bu barədə məlumatı məhbuslar zəng vuraraq bildirib. Əliyev Rövşən, Əhmədli Amal və Fariz Əliyev aclıq aksiyasını bu addımı atan polis işçilərinin üzr istəməyənə qədər davam etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, bir gün öncə 17 saylı müəssisədə aclıq aksiyasına Elvin Quliyev də qoşulmuşdu. Hal-hazırda aclıq aksiyasını davam etdirən Elvin qida ilə yanaşı su içməkdən də imtina edib.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Qarabağ Qazisi olaraq deyirəm:

"Mən bu xalqın qeyrətini erməni qarşısında ona görə qorudum ki, hər bir kişi başı uca gəzsin. Bu gün isə daxildə olanlar bizi qeyrət ilə təhdid etməyə çalışır. Siz erməni deyilsiniz, özünüzü azərbaycanlı kimi aparın. İnanclı xanımlar Qırmızı Xəttimizdir."

- Qarabağ Qazisi Alik Aslanov

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Рекордтар

28.11.202423:59
950Жазылушылар
06.04.202523:59
600Дәйексөз индексі
12.03.202503:50
2.3K1 жазбаның қамтуы
12.03.202503:50
2.3KЖарнамалық жазбаның қамтуы
19.10.202423:59
81.25%ER
12.03.202503:35
253.98%ERR
Жазылушылар
Цитата индексі
1 хабарламаның қаралымы
Жарнамалық хабарлама қаралымы
ER
ERR
ЛИП '24ЖОВТ '24СІЧ '25КВІТ '25

MBH Media танымал жазбалары

28.03.202522:35
قَالَ علی عليه‌السلام اِمْشِ بِدَائِكَ مَا مَشَى بِكَ (نهج‌البلاغه حكمت ۲۷)

Əli (ə) buyurdu:

"Xəstəliyin səninlə getdiyi müddətcə onunla yaşa!"

📗Nəhcül-Bəlağə, 27-ci hikmət

Şərh: Bu prinsip, İmamın (ə) dövründə aydın olmasa da, indi məlumdur ki, bədənin özünün müdafiə qüvvəsi var. Əgər xəstəlik bədənin müdafiə qüvvəsi vasitəsilə aradan qalxarsa, bu həm dərmanın zərərli təsirlərindən qoruyar, həm də bədəni gücləndirər və gələcək üçün onu sığortalayar. Əlbəttə, bədənin müdafiə qüvvəsi aciz qalarsa, həkim və dərman vasitəsilə ona kömək etmək lazımdır.

Bundan əlavə, bir çox xəstəliklərin müəyyən bir müddəti var və bu müddət bitdikdə öz-özünə yox olar. Digər tərəfdən, insan xəstəliyə qapılıb yatağa düşəndə, özünə xəstəliyi təlqin edir və bu təlqinin mənfi təsiri ola bilir. Əksinə, əgər o, gündəlik işlərini davam etdirsə, praktiki olaraq sağlamlığı özünə təlqin edər və bu onun ruhuna müsbət təsir edər.

Bu gün aydındır ki, hər dərmanın müalicəvi təsiri olsa da, müəyyən zərərli təsirləri də var.

İmam Kazım (ə)-dən nəql olunan bir hədisdə deyilir: "Heç bir dərman yoxdur ki, bir xəstəliyi oyatmasın. Bədən üçün ən faydalı şey, ona lazım olmayan şeydən çəkinməkdir."

Başqa bir hədisdə isə deyilir: "Xəstəlik sizə təzyiq göstərmədiyi müddətcə, həkimlərin müalicəsindən çəkinin."

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
29.03.202512:23
قَالَ علي عليه‌السلام أَفْضَلُ اَلزُّهْدِ إِخْفَاءُ اَلزُّهْدِ (نهج‌البلاغه حكمت ٢٨)

İmam Əli (ə) buyurmuşdur:

"Zahidliyin ən üstünü (və ya ən gözəl növü), onu gizlətməkdir."

📗Nəhcül-Bəlağə, 28-ci hikmət

Şərh: Hər şeyin bir afəti (məhv edicisi) var. İbadətin afəti isə riyakarlıqdır. Ona "gizli şirk" deyilir, çünki insan çox vaxt ona mübtəla olur. Bu kəlam, həm o dövrdə, həm də bu dövrdə riyakarlıq edən zahidlərin xalqın qəlbini qazanmaq üçün seçdikləri yanaşmaya işarədir. Onlar xalqın diqqətini cəlb etmək və özlərini "duaları qəbul olunan" kimi qəbul etdirmək üçün kobud və köhnə paltarlar, xırda evlər və çox sadə yeməklər seçər, beləliklə cəmiyyətdə mövqe qazanar və ya gizli sərvət yığardılar. Çox vaxt isə onların daxili və zahiri həyatı tamamilə fərqli idi. Onlar zahirdə zahid, lakin batində müşrik idilər və bəzən cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirdilər.
Həqiqi zahid o deyildir ki, dünyanın ardınca getsin, amma ona çata bilmədiyi üçün məcburən zahid libası geyinsin. Həqiqi zahidlik odur ki, dünya onun ayağına gəlsə də, onu qəbul etməsin və dünya nemətləri nə qarşı tərki-dünya həyatını üstün tutsun.

İmam Əli (ə) Nəhcül-Bəlağənin 32-ci xütbəsində buyurur: "Onlardan bəziləri elə kəslərdir ki, acizlikləri onları dünya mövqeyi və rütbələrindən uzaq saxlamış, əlləri hər şeydən qısaldılmışdır. Bunun üzərinə özlərini qənaət zinəti ilə bəzəyib, zahidlik libası geyinmişlər. Halbuki onlar nə gecə, nə də gündüz (yəni heç bir zaman) həqiqi zahidlər sırasında olmayıblar."

Batil məzhəblərin qurucuları da məhz bu riyakar zahidlər sırasında idilər. Başqa sözlə desək: zahid əli hər şeydən üzülmüş və boş olan yox, dünyaya bağlı və onun əsiri olmayandır.

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Қайта жіберілді:
Hacı Tale Bağırzadə avatar
Hacı Tale Bağırzadə
🇦🇿🚩Bəşəriyyət İsrail zülmünün aşkar, Fələstin xalqının isə qəhrəmanlıq tarixi yazan mübarizə salnaməsini tam çılpaqlığı ilə aydın müşahidə edəcək, haqq-batil savaşını heç zaman bu qədər dəqiq müşahidə etmədi. XXI əsrin ağlasığmaz cinayətlərinə imza atan İsrail qətliamı dünyanın baxışlarını bir daha Qüdsə yönəldərək bu simvolik azadlıq bayrağı altında birləşməklə sionizmin murdar nəfəsinin insanlıq üzərindən qaldırmanın zamanı yetdiyini sübut etdi.
 
Qüds günü bəlli məkanın bəlli tarixi olaraq çağırışdır. Bu gündə birləşmək və insanlıq məfhumu üzərində olan qara ləkəni silərək onu paklamaq Ramazanın ruha verdiyi qüdrətin özündə simvolizə etdiyi həmən həqiqətdir.

Hacı Tale Bağırzadə (2024-cü ilin Bəyanatından)

https://t.me/Tale_Bagirzade
❗️Qardaşlarımızdan ricamız aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi xahiş etməkdir

Azərbaycanda sionizmin təsirləri artıq geniş bir məcra alaraq milli və dini dəyərləri təhdid etməyə davam edir. Zamanla yaşanan bir çox hadisələr eyni mənbədən və geniş dairəni əhatə edərək böyük dəyişikliklərə hesablanıb. Vaxtında və dəqiq addımlar bu planların bir çoxunu boşa çıxarsa da, düşmən öz məkirli addımlarında israrlıdır.

Son təhlükəsizlik orqanları ilə bağlı inanclı xanımın təhdid olunması da bu qəbil ixtişaş və parçalanmaya hesablanmış addımlardan idi. Bu prossesdə aydın çizgilər təkcə düşmənin hədəfini müəyyən etmədi, eyni halda ifşasına da səbəb oldu.

Bu nöqtədə əzmkarlıq göstərən, rəşadətli qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Onların aclıq aksiyası keçirməsi dəyərlərə sədaqətin bariz nümunəsi idi ki, bir çox məkirli planları alt-üst etdi. Ricamız aksiyanı davam etdirən qardaşlarımızdan aclığı sonlandırmaq, bundan sonrakı mərhələlərdə də eyni operativliyi göstərməyi xahiş etməkdir.

Planlaşdırılmış oyunların iştirakçısı olaraq bizi bu məsələlərdə vasitə etmək istəyənlərə isə bildiririk ki, biz nə zaman hansı addımı atacağımız barədə qərarı özümüz rossianal olaraq vermək qüdrətindədyik.

Biz Allahın yardımı ilə bütün maneələri aşacaq və həqiqətin qələbə çalacağı bir səhərin gerçəkləşməsi üçün ümid edir, çalışır və dualar edirik. Vəd olunmuş o günün gəlişi mütləq baş verəcək.

- MBH sədri Hacı Tale Bağırzadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Azərbaycanın görkəmli din xadimi, İlahiyyatçı-alim Hacı Zülfüqar Mikayılzadə azadlığa buraxılıb.

Hacı Zülfüqar Mikayılzadə:

"Narahat olan, sevinən, dualarında bizi yad edən bütün əziz dindar bacı və qardaşlarıma təşəkkürümü bildirir və Allahdan həbsdə olan digər qardaşların azadlığını arzu edirəm. Allah hamınızdan razı olsun."

İzzətli azadlığın mübarək!

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
20.04.202511:49
❗️Rejimin qəhrəmanlara qarşı nifrəti

2-ci, sonuncu hissə

Məsələnin belə sadə görünən tərəfi arxasında gizlənən həqiqət yaradılan səs-küylü şouların arxasında gizlənməməlidir. Birmənalıdır ki, bu vəziyyət hazırkı hakimiyyətin tələb və istəkləri fonunda icra edilir. Ölkədə kişilər, qəhrəmanlar, igidlərə qısqanc yanaşım heç də təsadüf üzündən baş verə bilməz. Əlavə olaraq, rəzillərin əziz olaraq təqdimatı da birmənalı bu məslənin planlı icra olunmasına əyani sübutdur. Əks halda sovetlərin senzurasına baxmayaraq yaşadılan Azərbaycan qəhrəmanları bu gün heç bir maneə olmayan bir mühitdə küncə sıxılmasının başqa nə adı ola bilər ki?

Hakimiyyətin qəhrəmanlara qarşı davranışları onların simasında ifşaedici bir gücün olması ilə mütləq əlaqəlidir. At belində, döyüş meydanında qürurla addımlayan sərkərdənin ordu önündəki qətiyyətli duruşu onu döyüş iştirakçısından qələbə fatehinə qədər daşıyan bir uğur yaradırsa, bu, birmənalı olaraq hər bir qəhrəmana ən azından paralel olan bir vəziyyətdir. Ona görə də belə bir sərkərdə öz qəhrəmanını fəxarətlə sinəsinə sıxıb xalqın ölümsüzü edəcək. Nəticədə bu addımı ilə o, özünün də başçılıq etdiyi döyüşün qəhrəmanlıq salnaməsində nə qədər böyük rola malik olduğunun etirafını yaşayacaq.

Azərbaycan hakimiyyətində 90-cı illərdə müstəqillik aktına yox deyənlərin sonradan vəzifəyə gələrək, müstəqilliyi əldə edənləri ləkələyərək linc etməsi ssenarisi bu günün qəhrəmanlarına qarşı da eyniliklə icra edilir. Məmurların övladlarının gizləndiyi I və II Qarabağ savaşlarında döyüşən, qazi olan və nəhayət şəhadətə ucalanları bu gün unutdurmağa çalışan sistem həqiqətdə onların qəhrəmanlığı qarşısında düşdükləri vəziyyətdən narahatdırlar. Xalqın yaddaşından silinmələri üçün Azərbaycanda dəyərlərə qarşı açılan cəbhənin tək səbəbi də budur. Qəhrəmanların, xalqın varlığını, kimliyini qoruyanların ifşaedici varlıqları onların cılız kimliklərini hədəflədiyi üçün onlar unudulmağa, həbslərə və ya ölümə məhkum edilməyə hədəflənib.

Rejim qəhrəmanları sevmir və buna görə də onlara qarşı yad, xarici ünsür olaraq davranış sərgiləyir. Məlum mənzərə ölkədə tək bir qəhrəman obrazı yaratmağa hesablanıb deyə digərləri yaxşı halda unutdurulur. Pis halda təzyiq, təqib və həbslərə məruz qoyularaq xalqın beynində yanlış adlarla ləkələndirilir.

Lakin zaman bundan da sərt bir dönəm görüb və yaşayıb. Hər məhrumiyyət bir gün həqiqəti aşkarlamağa, onun kimliyini aydınlatmağa məcburdur. O məlum günün gələcəyi şübhəsiz və mütləqdir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
24.03.202523:13
قَالَ علی عليه‌السلام مَنْ أَبْطَأَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ (نهج‌البلاغه حكمت ۲۳)

İmam Əli (ə) buyurmuşdur:

"Əməli ilə geridə qalanı (ibadət və yaxşı işlər görməyən tənbəli), əsil-nəsəbi və məqamı irəli aparmaz."

📗Nəhcül-Bəlağə, 23-cü hikmət

Şərh: İmam Əli (ə) bu dərin mənalı və hikmətli sözlərində insanın taleyində yaxşı əməllərin əhəmiyyətini vurğulayır və öz nəsəbinə güvənənləri səhv yolda hesab edir. Qurani-Kərim və islami rəvayətlər müxtəlif yerlərdə əməl mədəniyyətinə vurğu edir və onu hər şeydən üstün tutur. Bu Quran ayəsi, müsəlmanlar üçün bir şüar kimi, bu fikri təsdiqləyir: "Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız, ən çox təqvalı olanınızdır." (Hucurat surəsi, 13-cü ayə). Düzdür ki, yüksək nəsəb insanların sosial üstünlüklərindən biridir, lakin bu, daha çox formal xarakter daşıyır. Əslində insanın öz əməlləri həqiqi dəyərini təşkil edir. Biz tez-tez görürük ki, aşağı təbəqədən olan insanlar çalışqanlıq və səyləri sayəsində yüksək məqamlara çıxırlar, halbuki, yüksək nəsəbli insanlar tənbəllik və səhlənkarlıq nəticəsində alçalır və dəyərsizləşirlər. Dediklərimizdən aydın olur ki, burada "əməl" yalnız ibadət mənasında deyil, həm mənəvi, həm də maddi müsbət əməlləri əhatə edir.

Mirzə Həbibullah Haşim Xoyi bu hədisin şərhində belə buyurur: "İnsan təbiət aləmindən qüds aləminə və həqiqət aləminə səyahət edən bir səyyah kimidir. O, aşağı heyvani səviyyələrdən yüksək ruhi kamillik mərtəbələrinə qalxır. Bu yüksək səyahət və ruhi merac zamanı onun vasitəsi yalnız öz əməlləridir. Bu əməllər ya ruhani xarakter daşıyır (məsələn, həqiqi mərifətlərin öyrənilməsi, elmi hikmət kimi tanınan) ya da fəzilətli əxlaqi keyfiyyətlərin qazanılması (əməli hikmət kimi tanınan). Bunlar elm və əməlin qanadları kimi ifadə olunur. Əgər insan bu iki növ əməldə zəiflik göstərsə, o, kamilliyə doğru irəliləyişində ləngiyər və yolunda dayanar, hətta geriyə, heyvani səviyyələrə qayıdar və təbiətin ən qaranlıq dərinliklərinə düşər. Bu yüksək səyahətdə ona nə nəsəb, nə mal-dövlət, nə də gözəllik kömək edə bilməz.

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Polis işçiləri tərəfindən törədilən özbaşınalığa, vətəndaşın ailəsi ilə nalayiq davranışına, hicablı xanımın məcburi maşına mindirilib aparılmasına kəskin etiraz edir, bu həyasızlığa qarşı aclıq etməklə bunu edənlərin biabırçı zalımlığını elan edirem. Əziz əhalimizi də dəyərli insanlarımıza, mərd oğullarımıza ismətli xanımlarımıza yönələn çirkin fikirlərə, kobud haqsızlıqlara etinasız qalmamaga çağırıram.

MBH üzvü, siyasi məhbus Cahad Babakişizadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Yersiz gəldi yerli qaç! Azərbaycanda divara sıxışdırılan Şiəlik

Uzun zaman multikulturalizm təbliği sonunda özümüzə tuşlanan silah kimi bu günün çox acı mənzərəsini ortaya qoyub. Ölkədə bütün dinlərə geniş şərait yaradıldığı halda şiəlik ögey ananın yanında yetim uşaq kimi elə hey sıxışdırılır.

Məsələnin siyasi yönü bu oyunu gizlətmək üçün nə qədər əlverişli vasitə sayılsa da sonunda məlum olur ki, bütün bu şoular ölkədə şiəlik, xalqın əsas əqidəsi, milli mənsubiyyətinə çevrilən inanc əzilməkdə davam edir.

Hakimiyyətin bu yöndə apardığı çoxsahəli siyasəti bu gün 60-dan artıq şiə ruhanisinin həbsi, yüzlərlə inanclının narkotik ittihamı ilə şərlənməsi, məscidlərdən xalqın sevdiyi ruhanilərin uzaqlaşdırılması, dini mətbu orqanlarının qapadılması, dini tədbirlərin keçirilməsinə sərt qadağa, bütün din və məzhəb nümayəndələrinə icazə verdikləri halda şiə uşaqlarına 16 yaşına qədər məscidə getməyə qoyulan məhdudiyyət sadalananlar sırasında yer almaqdadır.

Əlavə olaraq, ölkədə dəfələrlə silahlı münaqişə, insan ölümü və silahlı dəstələr halında xilafət yaratmaq üçün birləşən sələfilərə yaradılan münbit şərait, şiə dindarının məscidin həyətində ibadətinə qadağalar qoyulduğu halda sələfilərin küçə boyunca namazlarını polislərin onları qoruma qanadı altında icra etməsi də şəliyin hədəfə alınmasına bariz nümunədir.

İbadət ocaqları, ziyarətgahların öz məzhəbində belə qəbul olunmayanlar tərəfindən xalqın şüuruna şübhə toxumları əkilmək üçün efir məkanına növbəli kanalların dəvət edilməsi, Əhli-beyt (ə) və şiəlikdən danışılması verlişlərə yasaqlanmaq, efirdə əhalisinin böyük əksəriyyətinin şiə olmasına baxmayaraq azandan belə şiə atributlarının çıxarılması bu siyasətin hakimiyyət tərəfindən ciddi göstəriş əsasında icra edilməsinə əyani sübutdur.

Tənqidlərə Milli Məclis səviyyəsində deputatların ölkədə şiə əqidəsinə qarşı heç hansı təzyiq olmadığı söylənildiyi halda fakt fakt olaraq qalır. Artıq illərdir ki, sələfilər üçün Ramazan bayramında məscidlər açıq olduğu halda şiələr məscidlərdə bayram namazları qıla bilmir.

Baxmayaraq ki, hakimiyyətin bayramı 2 gün elan edərək, rəsmən təsdiqlədiyi bu tarixin sələfi əqidəsi üçün keçərli olduğu halda cəfərilər üçün qadağalar qoyulmaqdadır.

Məsələnin aktuallığı Amerika Departamentinin illik hesabatında da əksini taparaq ölkədə şiə inanclılarına qarşı diskriminasiya olduğu qeyd edilib. Beynəlxalq müstəqil hüquq müdafiə təşkilatları belə Azərbaycanda şiə inaclılarına qarşı təzyiqin ən yüksək həddə çatdığını bəyan edən çoxsaylı bəyanatları da ölkədə şiəliyin necə böyük təpki altında olduğunu göstərir.

Azərbaycan hakimiyyəti bütün görünən və görünməyən güclərlə ölkədə şiə əqidəsini təzyiq altında saxlamaqla onu sələfi əqidəsi ilə əvəzləməyə çalışır. Bunun üçün çoxsaylı internet kanalları və sələfi ruhanilərinin geniş çıxışlarına geniş şərait yaratması bu qorxunc planın icra edildiyini göstərir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Həyat yoldaşının DTX-ya çağırılmasına etiraz edən inanclı karsa salındı

Həbsdə olan inanclıların həbs dövründə ailələri ilə bağlı təhdid edilməsi onların istintaq zamanı öz ifadələrində də yer alıb. Hətta bir çox inanclılar onlara qarşı sürülən ittihamları qəbul edib sənədə qol çəkmələrini də məhz ailələri ilə bağlı təzyiq olunmasına görə oldğunu məhkəmə salonlarında etiraf ediblər. Məlumdur ki, hər bir Azərbaycanlı kişisi üçün namusu qırmızı xəttidır.

Buna görə də məsələnin bu müstəviyə çəkilməsi haqlı narahatlığa səbəb olur.

Bu səhər 17 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan inanclı Elvin Quliyev evinə zəng vurarkən həyat yoldaşı ona Dövlət Təhlükəsizlik Xidmətindən zəng vurularaq idarəyə gəlməsini istədiklərini bildirib. Xanım dəvətin səbəbini soruşsa da, idarə bu barədə məlumat verməkdən çəkinib.

Gənc evdar xanımın DTX-ya dəvət olunması xanımda narhatlıq yaratdığı kimi, Elvini də narahat edib. Telefon zəngindən narahat dönən Elvin məsələ ilə bağlı həbsxana rəhbərliyinə müraciət edib və həyat yoldaşının təhlükəsizlik idarəsinə çağırılmasını inanclılara qarşı davam edən təzyiqin növbəti mərhələsi olduğunu bildirib. Məsələ həllini tapmayana qədər isə o, aclıq edəcəyini bildirərək etiraz göstərəcəyini deyib.

Onun bu qərarından sonra müəssisə rəhbərliyi Elvin Quliyevi karserə salıb, eyni zamanda məsələnin həlli üçün müəssisə rəhbərliyi baş idarəyə müraciət də edib.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
💌 Bir ay bəndələrini bərabərləşdirdikdən sonra, onlara biri-birilərini sevindirməyi bəxş edən Rəbbin adı ilə.

Bugün yerin və göyün bərəkətə qərq olduğu bayram gündür. Belə bir gün münasibəti ilə başda Zəmanənin sahibi və daha sonra bütün haqq əhlini bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hz Əli (ə) buyurur: Günahsız keçən hər bir gün bayramdır. Allahı and verirəm Ramazan Şəhidi Hz Əlinin (ə.s) ehtiramına hər günümüzü bayram qərar versin İnşəallah.

© Nicat Əliyev

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Yaşamaq təkcə nəfəs almaq deyil

1-ci hissə

Həyati nişanələr təkcə parlaq görüntülər, rəngarənglik deyil. Biz bəzən canlı, həyatda nəfəs alıb həqiqətdə ölülərə çevrilmiş çoxsaylı insanları müşahidə etdiyimiz halda dünyada olmadan belə fikirləri, ideaları insanlığa töhfə verən diriləri görə bilərik. Quran bu barədə incə bir yanaşma sərgiləyərək bəzi insanları yaşıl, kökü torpaqdan ayrılıb nəyəsə söykənərək canlı görünən, lakin həqiqətdə heç bir perespektivi olmayan ağaclara bənzədir. Canlılıq özü ilə bərabər ətrafı, yaşadığı cəmiyyəti, bəzən əsrləri işıqlandıran, onlara faydası toxunan, insanlar və insanlıq naminə mübarizə və mücadilədir.

Şübhəsiz məhz bu canlılıq öz daxili potensialını sistemləşdirən dəyərlər müstəvisində məlum bir hədəfə doğru hərəkətdə olmalıdır. Hədəfini müəyyən edən insan bu istiqamətdə mübarizə salnaməsi yazacaq bir ömür yaşaya bilər. Müəyyən edilmiş hədəfin özünəməxsusluğu isə yaşayaraq ölü olan canlılarla ölərkən belə ölümsüzlüyünü davam etdirən şəxslər arasında fərqli bir fəza, müsbət, tükənməz və əbədi enerji mənbəyinin aşılanmasıdır.

Dünyanın bütün gücləri məhz hədəfə aldıqları məsələ də həmin enerji mənbəyidir. Həyatın yorucu, ölümlü və sonsuz qayğılar içində olması insanı bəzən tükədə, yora və bezdirə bilir. Məhz belə bir enerji bloku ümidin tükəndiyi nöqtəyə yaxınlaşan insanı bu dərin quyuya düşmək təhlükəsindən qoruyur.

Tarixi mənbələr Kərbəla hadisəsi haqqında bir çox maraqlı məqamlar qeyd edib. Onların arasında İmam Hüseynin (ə) döyüşə son dəfə hazırlaşdığı səhnə sözün həqiqi mənasında unikaldır. Hüseynin (ə) bütün ordusu öldürülüb. Qarşıda sayları on minlərlə olan düşmən qoşunu, arxada başsız qalan qadınlar və qızlar, ətrafında isə, öz övladları da daxil yaxın tərəfdarlarının cənazələri... Səhnə nə qədər ağrılı və qəlb yandırıcı səslənirsə, bu əsərin qəhrəmanı İmam Hüseynin (ə) at üstə duraraq döyüşə yollanması qəribə və qürurvericidir. Tarixi mənbələrdə əynində döyüş geyimli sərkərdənin şıq qaməti, məğrur və heybətli duruşu qeyd edilərkən onun belə bir gərgin, ağır vəziyyətdə aldığı enerji, duyduğu hiss təəccüb və heyrət doğurur.

1-ci hissənin sonu

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
20.04.202511:43
❗️Rejimin qəhrəmanlara qarşı nifrəti

1-ci hissə

Hər bir xalq öz qəhrəmanları, onun tarixini şanlı səhifələrə həkk edən igidləri ilə qürur duyur. Zamanla əbədiləşən bu şəxslər bir ölkənin, bir millətin hansı özəlliklər, dəyərlər müstəvisində formalaşmasını özündə ehtiva edir. Keçmişdən bu günə düşüncəmizdə yaşatdığımız qəhrəmanların həqiqəti bu gün Azərbaycan adlı dövlət, üç rəngli bayrağı ilə ölümsüzdür.

Xalq qəhrəmanlarını tanımaqla təkcə hansı tarixi dönəmin keşməkeşlərindən keçməsi deyil, eyni halda nümunəvi şəxsiyyətlərin gələcəyə işıq saçan nurani simalarını tanıyır, öz gələcəyini belə şəxslərin baxış bucaqlarına uyğunlaşdıraraq formalaşdırır.

Yaxın keçmişin Mehdi Hüseynzadələri, Mikayıl Müşfiqləri, Rəsulzadə və Cavidləri bu səhifələri öz aydın zəka və hünər özəllikləri ilə yazmışdılarsa, müasir tarix bunu Polad Həşimovlar, Ziya Bünyadovlar, Hacı Şahin Həsənovlar, Elmarlar, Xudayarların simasında gördü, tanıdı və sevdi. Onlar Azərbaycan tarixinin ölümsüzlük əsərinə imza atan əbədiyaşar məşərlərdir ki, xalqın hər zaman qəlbində yaşayacaqlar.

Sovetlər dönəmi, sosializmin dəyərlərini, “Böyük Sovet Ailəsi”ni qoruyan ideoloji cərəyan bu qəhrəmanları incəliklə seçdi və prinsipləri ilə ziddiyyət təşkil etməyən simaların əbədiləşməsində təkan verdi. Bu gün Nəsimilər, Nizamilər, Babəklərlə yanaşı Mehdi Hüseynzadələr, Nəbilər, Məmmədlər Azərbaycan tarixində hansı imzalar atılması nümayiş edilən sənət əsərlərində xalqa təqdim edildi. O dövrün çətinliyi də ideoloji baxımdan yaranan mürəkkəb vəziyyət idi ki, kommunizm burada öz prinsiplərini rəhbər tutmaqla addımlar atırdı.

Lakin müsəqillik hər şeyi Azərbaycan tarixinin bu gününə, milli məfkurəyə kökləyərək Azərbaycanın varlığı üçün mübarizə aparan hər bir Azərbaycanlıya tək ürək oldu. Burada hər hansı bir ziddiyyət və seçim söz mövzusu ola bilməzdi. Məşhur deyim olaraq hər şeyin vətən üçün olması vahid hədəfə çevrildi. Bu şəxslər Azərbaycanın müstəqilliyi üçün canını verən ilk fidanlarla başlayaraq, 44 günlük müharibədə tarix yazan sonsuz bir gözəlliyi Azərbaycan kimliyinə həkk edə bildi.

Lakin nədənsə sovetlərin senzura sisteminə tuş gələn qəhrəmanlara veriləcək açıq meydan bu günün gerçəkliyində daha da məhdud ortam nümayiş etdirdi. Müharibə dönəmi istisna olmaqla şəhidlər haqqında nəinki film, verliş və kitablar yazılmadı, hətta yolları bəzəyən bir çox şəhid şəkilləri icra başçılarının göstərişi ilə söküldü. Yüzlərcə şəhid anaları, müharibə iştirakçılarının fəryadı, bir o qədər qazilərin intiharı bu məslənin maraqlı və planlı gündəmdən qaldırılmasına nümunə idi.

Əvəzinə efir məkanları ailələri tərəfindən qabul olunmayıb yüngül həyat tərzi yaşayan aktyor və müğənnilərə qucaq açdı. 44 günlük kişilik məktəbi, əxlaqsız həyat yaşıyan qadınları ayağına düşüb ona yalvaran kişiciklərin at oylağına çevrildi. Qəhrəmanlar və qəhrəmanlıq zirvəyə yüksələcəyi gözləntisi həyat yoldaşına prinsip səbəbindən xəyanət edənləri əvəzlədi.

1-ci hissənin sonu

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Көбірек мүмкіндіктерді ашу үшін кіріңіз.