Notcoin Community
Notcoin Community
Whale Chanel
Whale Chanel
Proxy MTProto | پروکسی
Proxy MTProto | پروکسی
Whale Chanel
Whale Chanel
Proxy MTProto | پروکسی
Proxy MTProto | پروکسی
iRo Proxy | پروکسی
iRo Proxy | پروکسی
MBH Media avatar

MBH Media

Müsəlman Birliyi Hərəkatının rəsmi teleqram kanalı
TGlist रेटिंग
0
0
प्रकारसार्वजनिक
सत्यापन
असत्यापित
विश्वसनीयता
अविश्वसनीय
स्थान
भाषाअन्य
चैनल निर्माण की तिथिЛют 09, 2025
TGlist में जोड़ा गया
Черв 08, 2024
संलग्न समूह

रिकॉर्ड

28.11.202423:59
950
सदस्य
13.02.202523:59
400
उद्धरण सूचकांक
03.12.202423:59
1.4K
प्रति पोस्ट औसत दृश्य
03.12.202423:59
1.4K
प्रति विज्ञापन पोस्ट औसत दृश्य
06.10.202423:59
16.30%
ER
03.12.202423:59
149.00%
ERR

MBH Media के लोकप्रिय पोस्ट

से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
❗️İslam İnqilabının Rəhbəri İmam Xomeyninin pak hərəmini və Beheşt Zəhra (s.ə.) şəhidlər xiyabanını ziyarət edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər mübarək on günlük (İmam Xomeyninin İrana gəlişi və 10 gün sonra şahın İrandan qaçması - "Fəcr ongünlüyü") ərəfəsində İmam Xomeyninin hərəmini ziyarət edib və Fatihə oxuyaraq İran İslam Respublikasının banisini ehtiramla yad edib.

İnqilabın rəhbəri həmçinin Həfte Tir terroru — 28 iyun 1981-ci il və 1981-ci il avqustun 8-də baş nazirin ofisində törədilən terror aktları şəhidlərinin, xüsusilə şəhidlərdən Ayətullah Beheşti, Məhəmməd Əli Rəcai və Höccətül İslam vəl Müslimin Bahünərin xatirəsini ehtiramla yad edib.

Həzrət Ayətullah Xamenei həmçinin İslam İnqilabı və müqəddəs müdafiə dövrü şəhidləri və Hərəmin müdafiəsi şəhidlərinin məzarlarını ziyarət edib və Fatihə oxumaqla Allahdan bu şəhidlərin məqamını ucaltmasını istəyib.

➡️Abunə olun
से पुनः पोस्ट किया:
Hacı Tale Bağırzadə avatar
Hacı Tale Bağırzadə
06.02.202507:24
🇦🇿Hacı Tale həmişə bir çox müsbət işlərin əməli göstəricisi olaraq onun həqiqətini aşılamağa çalışırdı. Xüsusi olaraq yaxşılıq, insanlara yardım göstərmədə ciddi olmaqla yanaşı bu işdə qarşı tərəfi dəyərləndirməyi əhəmiyyətli sayırdı. Belə ibrətli hadisələrdən birinin şahidi olaraq qeyd edim.
Muhərrəm ayının günlərini yaşayırdıq. Hacı dərs keçirdi. Bu zaman ona zəng gəldi. Zəng edən Nardarandan olan inanclılardan biri idi. O, Hacıdan maddi durumu yaxşı olmayan bir ailəyə kömək etməsini istədi. Hacı dərsi yekunlaşdırıb tez tələbələrdən, məni və bir nəfər də əlavə olaraq götürdü və məsciddən çıxdıq. Hacı bütün bazarlığı edib, bizimlə həmin ailənin evinə tərəf getdi. Evə çatmağa az qalırdı. Hacı aldığı azuqəni mənə verib evi göstərdi. Ev sahibinin onu görüb tanımaması üçün onları ehtiyaclı ailəyə mənim çatdırmağımı istədi. Mən razılaşıb onları sevinclə qapıya apardım.
Qapını döydüm və bir cavan qapıya çıxdı. Aldıqlarımızı ona verib Hacının dediyi kimi: “Bunları götürün, imam Zaman (ə.f) hədiyyəsidir” söylədim. Cavan hər şeyi alıb qapını örtüb getdi. Təəsüf etdim ki, o bir sağol belə demədi. Biraz əsəbi halda gəlib Hacıya dedim ki, Allah qəbul etsin. Hacı məndən heç nə soruşmadan bu ayəni oxudu:
“Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”
(İnsan surəsinin 9-cu ayəsi)

İxlası ilə bütün qəlbləri fəth edən Hacı.

https://t.me/Tale_Bagirzade
❗️Zühurun addım səsləri

İnsan İlahi yaradılışda ağıl nemətinə malik olduğu üçün ən kamil varlıq sayılır. Hətta onun mələklərdən üstün olma əsası da ağlın inkişaf mərhələsində, mələklərin isə sükunətdə olan ağıla sahibliyi ilə əlaqələndirilir. Demək ağıl sahibi insanının bu neməti inkişaf etdirməklə ali zirvələrin fəthinə nail ola biləcəyi mütləqdir.

İlk insan Adəm (ə) və yaradılışların ağıl nemətindən istifadəsi mərhələli, təcrübi əsaslara və bunun fonunda mənəvi təkamülə nail olması ardıcıl dinlərin gəliş səbəbidir. Onların birinin digərini əvəzləməsi insanın ağıl neməti ilə varlıq aləmini daha yaxından tanıması, nəticədə özünüdərkə əsaslanır.

Hər Peyğənbərin gətirdiyi dini əsaslar digəri üzərində qurularaq daha kamil dəyərlər ortaya qoymaqla insan zəkasının formalaşdığı mərhələni özündə ehtiva edib. Əlbəttə, bunlar həmişə ağlın inkişafı ilə məhdudlaşmır. İlahi hökmlərin mənəvi yükü bəzən ağıl nemətindən düzgün istifadə etməyən insanı bəlalar vasitəsi ilə də titrədərək düz yola çağırma metodunu işə salır. Nəticədə bütün hadisələr susqun vəziyyətə enən ağıla təkan verərək düşüncənin, idrakın rolunu möhkəmlətməyə xidmət edir.

Sonda dinlər və Peyğəmbərlər yekunlaşır. Ağlın tam kamilləşməsi, özünüdərki üçün bütün mümkün qanun toplusu, müddəalar və prinsiplər səmanın ənginliklərindən süzülərək yer üzərinə yetişir. Növbəti mərhələ bilgilərin ağlın təhlili ilə fitrətə uyğunlaşdırıb insan varlığını həqiqətə çatdırmaqdır.

Bu mərhələ artıq dinin gəlişi yox, tətbiqi nümunəsinə əsaslanan, ağılı zirvələrə qaldırmaq üçün əməli nümunəni ortaya qoyur. “İmamət dövrü” adlanan bu zaman nübüvvət-peyğəmbərlikdən sonrakı tarixi dönəmdən günümüzə qədər uzanan periyoddur.

İmamət düzünə yüksəlişin eninə genişlənmə missiyasını öz üzərinə götürməklə ağılların həqiqəti dərk edən fitrət dünyasına qapı açır. Bəşərin arzuladığı və yalnız ağlın kamilləşməsi ilə mümkün olan “Qızıl Əsr” məfhumu da məhz nəzəriyyədən praktikaya, arzudan reallığa çevrilməsi dünyanın, insanlığın yaranmasının yeganə səbəbidir.

Bu ağılları əsarətdə saxlamaqla, qorxu mühiti yaratmaq, hegemonluq etməklə öz istismarını davam etdirməyə çalışanların qorxulu yuxusudur. Öz ruhi çığırtılarından dünyanın ağla əsaslanan ədalətə duyduğu ehtiyacını anlayan bu istismarçı güclər ağılları yanlış istiqamətə çəkməklə Qızıl Əsrin önündə maneə olmağa çalışırlar.

Lakin Quranın vədi ilə gerçəkləşəcək zühur məhz Qızıl Əsrin gerçəkləşəcəyi, istibdal güclərin məğlub olacağı, ağılların azad ediləcəyi o sonsuz feyz dolu an Həzrət Mehdinin (ə.f.) mübarək gəlişi ilə mütləq baş verəcək. Bunun üçün ağıllar həqiqəti dərk edərək onun varlığını böyük güclərin əsarət buxovundan qırmağa hər an bir az da yaxınlaşır.

Zühur çox yaxındır, o qədər yaxın ki, ölüm nəfsimizə hakim olduğu əbədiyyətə çağırışın sədaları onun addım səslərini eşidir. Vəd olunmuş xilaskarın zühuruna duyulan ehtiyacı dərk edən ağlın onu qəbul etdiyi bir düzən bu vədin çox yaxında gerçəkləşəcəyini söyləyir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
14.02.202508:18
🌷Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə) səadətli mövludu münasibətilə Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
Şəhid Seyyid Mübarizin bu gün doğum günüdür. Ruhunu hörmətlə anırıq.

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
25.02.202510:42
❗️80 cildlik “Təsnim” təfsirinin təqdimat mərasimi keçirilib

Ayətullah Cavadi Amulinin 40 illik təfsir araşdırmalarının məhsulu olan 80 cildlik Quran təfsiri və Qurani-Kərimin 2 cildlik tematik təfsiri təqdim olunub.

80 cildlik “Təsnim” təfsiri Ayətullah Cavadi Amuli və ailəsi, Ayətullah Amuli Laricani və İslam İnqilabı İdarəsinin rəhbəri Höccətül-İslam vəl-Müslimin Məhəmmədi Gülpayaqaninin iştirak etdiyi mərasimdə təqdim olunub. Mərasimdə həmçinin Seyid Həsən Xomeyni və mərhum İmam Xomeyninin ailəsi, Ali İlahiyyat Şurasının üzvləri, Qum Elm Hövzəsi Məscidinin Müdərrisləri, cənab Muhsin Haşimi və cənab Seyid Abbas Salihi, Mədəniyyət və İslami İrşad Naziri, tələbələr və alimlərdə iştirak ediblər.

Mərasimin əvvəlində konfransın sədri və katibi konfransın təşkili prosesi və Təsnim şərhinin yazılması ilə bağlı məruzə edib, sonra konfrans iştirakçıları ilə İnqilab Rəhbəri arasında görüşdən bir hissə təqdim olunub.

Daha sonra Dr. Seyid Abbas Salihi və Ayətullah Cavadi Amuli çıxış ediblər. Ardınca bu qurumun 40 illik təfsir işinin məhsulu olan 80 cild Quran təfsiri və 2 cildlik Quran tematik təfsiri təqdim olunub.

İslam İnqilabının Rəhbəri: Elm hövzəsi Ayətullah Cavadi Amuliyə borcludur

İslam İnqilabının Rəhbəri bu görüşdə Qurani-Kərimin böyük təfsirçisi və Təsnim təfsirinin müəllifi Ayətullah Cavadi Amulinin görkəmli şəxsiyyətini tərifləyərək bildirdilər ki, İlim hövzəsi bu müdrik alimin tədqiqat, tədris və təfsir sahəsində 40 ildən artıq zəhmətinə borcludur. “Onun rasional və ənənəvi elmlər sahəsindəki fəaliyyəti, fiqhi, fəlsəfi və irfani əsərləri mühüm və təqdirəlayiqli olsa da, lakin onların heç biri onun Quran təfsirindəki işi ilə müqayisə oluna bilməz.”

Ayətullah Xamenei Təsnim təfsirini şiələr və elmi ictimaiyyət üçün qürur mənbəyi kimi səciyyələndirərək, bu şərhin bəzi xüsusiyyətlərini açıqlayarkən deyib: “Bu dəyərli təfsirdəki rasional düşüncə qüdrəti Quran ayələrində gizlənən incə məqamların başa düşülməsinə çox kömək etmişdir. Bu təfsir də Təfsir-i Mizan kimidir, lakin daha müasir və əhatəlidir, faydalı, məlumatlandırıcı məzmunla doludur və mahiyyətcə əhatəli ensiklopediyadır.”

Ayətullah Xamenei bu mötəbər təfsirdəki məzmundan maksimum yararlanmaq üçün texniki və tematik siyahının hazırlanmasını və yazılmasını zəruri hesab edib.

O, “Təsnim” təfsirinin ərəb dilinə tərcüməsinin İslam dünyasında istifadə oluna bilməsi üçün tamamlanmasını zəruri sayaraq, Ayətullah Cavadi Amuli və bu təfsir tədqiqatçıları qrupuna öz təşəkkür və minnətdarlığını bildirib.

Ayətullah Cavadi Amuli: “Təsnim” təfsir 4 nəslin tənqid və şübhələrinə cavabdır

Təsnim təfsirinin müəllifi Ayətullah Cavadi Amuli mərasimdəki çıxışında bu 80 cildlik təfsiri təqdim edərək, əsərin elmi hövzənin işi olduğunu bildirib ki, “Mən bu böyük dəstənin qarşısında sadəcə bir nəfərəm”.

Daha sonra təhsil prosesini əvvəldən izah edərək belə davam edib: 70 il əvvəl ilk dəfə təfsie dərslərində iştirak etdik. Quma çatanda mərhum İmam, Ayətullah əl-Burucerdi və Mühəqqiq Damadın yanına getdik. Rəhmətlik Damada 13 il xidmət etdik, o, təkcə müəllim yox, həm də bizə ata oldu. 7 il ərzində araşdırmaları onlara gətirirdim, onlar da bunu sətir-sətir keçir, doğru və real gördüklərini təsdiqləyir və əlavə edirdilər.

Əsfar dərsini bitirdikdən bir gün sonra qəfildən ağlımıza gəldi ki, təfsirə başlayaq və bu, elm və alimlər hövzəsi tərəfindən hərarətlə qarşılandı. Bu dərs dörd nəsil boyu davam etdirilmiş və dörd nəslin tənqid və şübhələrinə cavab verilmişdir deyə ola bilər ki, burada təkrarlar da olsun."

➡️Abunə olun
🥀🇦🇿 Unutmayaq, unutdurmayaq!

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik!

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
Hacı Tale Bağırzadə avatar
Hacı Tale Bağırzadə
21.02.202507:21
🇦🇿Birliyimiz olsa dini dəyərlərimizə əl uzada bilməyəcəklər. ..

Hacı Tale Bağırzadə

https://t.me/Tale_Bagirzade
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
17.02.202514:00
❗️Ayətullah Cavadi Amuli: Sistemi imamətə əsaslanmayan cəmiyyət asanlıqla cəhalətə düçar olacaq

Həzrət Bəqiyyətullah Əl-Əzəmin mövlud günündə bir qrup tələbənin əmmamə qoyma mərasimi Ayətullah Cavadi Amulinin mübarək əlləri ilə onun ofisində keçirilib.

O, İmam Zamanı (ə.f.) mübarək mövludu münasibətilə təbrik edərkən çıxışında deyib: “İmamı tanımaq təkcə onun adını və nəslini bilmək deyil, həm də onun şəxsiyyətini, hədəflərini bilmək və onun təlimlərinə uyğun davranmaq deməkdir.

Quranda və Əhli-beytdə (ə) imamət və vəliyyə haqqında deyilənlər çox fərqlidir. Mərhum Kuleyn bu nurani rəvayəti belə nəql etmişdir: Hər bir cəmiyyətin cəhaləti və rasionallığı o həzrəti tanıması və o məsum İmamın rəhbərliyi və hidayətindən bəhrələnməsinə bağlıdır.

İmam və imamətlə yaşayan cəmiyyət diridir və heç vaxt ölməz. İmam Zamanın (ə.f.) mübarək varlığı bütün digər İmamlar (ə) kimi həyatın səbəbidir. Əgər insan öz imamını tanımazsa, onun ölümü cahil ölümüdür.”

Ayətullah Cavadi Amuli sözlərini belə davam etdirib: “Mübarək Ənfal surəsində Allah və Rəsulu “Sizi dirildəcək şeyə dəvət etdikdə, ona cavab verin” buyurur. Beləliklə, bu proqram sizi dirildəcək. Əgər mələklərin həyatına sahib olmaq istəyirsənsə, cəhalətdən çıxıb elm əldə etməlisən. Dini öyrənmək və anlamaq vacibdir.

Bəzi insanların ictihad qabiliyyəti var və onların vəzifəsi fiqh yolunda addım atmaqdır ki, cəmiyyət dini hidayətdən bəhrələnsin. Bu yolla elm təkcə öyrənmək və öyrətməklə əldə olunmur, həm də Əhli-beytdən (ə) gələn mənəvi irsdə yüksək yer tutur.

İmamla həqiqi bağ camaatı yaşadır və cəhalətlə mübarizə aparır. İmamı tanımaq təkcə alim olmaq üçün deyil, həm də cəhalətdən uzaq rasional cəmiyyət yaratmaq üçün lazımdır. Sistemi imamət prinsipinə əsaslanmayan cəmiyyət asanlıqla cəhalətə qayıdır.

Bu dövrdə mədrəsələr, universitetlər, alimlər və bütün insanlar Əhli-beyt (ə) təlimlərini yaymaq və İmam Zaman (ə.f.) ilə əlaqəni gücləndirmək üçün səy göstərməlidirlər. İnşallah bu yolda davam edəcəyik və İmamın zühurunun şahidi olacağıq.”

➡️Abunə olun
से पुनः पोस्ट किया:
𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝 avatar
𝐓ə𝐡𝐥𝐢𝐥 𝐯ə 𝐓ə𝐧𝐪𝐢𝐝
22.02.202520:28
❗️Şəhid Seyid Həsən Nəsrullahın qətlində Amerika necə rol oynadı?

Seyid Həsən Nəsrullahın qətlində Amerikanın maddi-texniki təchizat və silah təchizatına töhfəsinə heç bir şübhə yoxdur, lakin Vaşinqtonun sui-qəsddə iştirakının dərəcəsini daha geniş göstərən başqa elementlər də var.

İsrail Seyid Həsən Nəsrullaha sui-qəsd zamanı özünün ən qabaqcıl hərbi texnologiyalarından istifadə edib və cəmi bir neçə dəqiqə ərzində F-15 döyüş təyyarələri ilə bölgəyə 80-dən çox bomba atıb. Hər bombanın çəkisi təxminən bir tondur. Bu əməliyyatda istifadə edilən bombaların “MK-84” tipli və Amerika mənşəli olduğu bildirilir.

Bu hesabatda Hizbullah baş katibinə sui-qəsdin sadə bir hərbi və təhlükəsizlik əməliyyatı olmadığı və belə bir hərəkətin həyata keçirilməsi üçün uzun hazırlıq dövrü tələb olunduğu vurğulanır. Əməliyyat Livana hücum çərçivəsində Qəzza zolağına dəstək verən müqavimətə qarşı həyata keçirilib. Bir çox mənbələr İsrailin bu əməliyyat üçün beynəlxalq yardımdan və dünya kəşfiyyat xidmətlərindən faydalandığını bildirir. Bəzi mənbələr hətta bəzi beynəlxalq tərəflərin bu əməliyyatda iştirak etdiyini bildirirlər.

Bu kontekstdə planlaşdırma, həyata keçirmə və logistik dəstək baxımından ABŞ-ın bu əməliyyatda rolu nə qədər böyükdür? Siyasi və hərbi ekspert Ömər Marabuni bu məsələ ilə bağlı bunları deyir: “Biz amerikalıların müqavimətin əsas düşməni kimi bu layihədəki rolunu görməzlikdən gələ bilmərik və bu baxımdan amerikalılarla israillilər arasında strategiyası üst-üstə düşür.

Marabuni vurğulayır ki, Amerika İsrailin Nəsrullahın olduğu yerə hücumda istifadə edilən “MK-84” raketləri ilə təmin edilməsinə açıq şəkildə töhfə verib. Bu raketlərin hər birinin çəkisi bir ton olsa da, onların partlayıcı gücü 80 ton partlayıcıya bərabərdir.

Elektron nəzarət və casusluq məlumatlarının təmin edilməsi: Aydındır ki, bu, əməliyyatdan əvvəl hədəfləri müəyyən etmək üçün istifadə edilən qabaqcıl casusluq əməliyyatıdır.

İsraili müvafiq silahlarla təchiz etmək: Bu, Amerikanın bu əməliyyatda mərkəzi rolunu nümayiş etdirən elementdir və buna heç bir şübhə yoxdur.

Digər beynəlxalq əlaqələr eksperti Adnan Əllamə Amerikanı Seyid Həsən Nəsrullahın qətlində əsas tərəfdaş kimi təsvir edir. “İstifadə olunan döyüş təyyarələrini, silahları və bombaları İsraili təmin edən Amerika idi” deyir. Əllamə Amerikanın bu sui-qəsddən tam xəbərdar olduğunu və istifadə edilən bombaların xüsusi dizayn, hətta bu bombalarda tükənmiş urandan istifadə edildiyini bildirir. Bombanın nüfuzetmə gücünü artırmaq və partlayış temperaturunu yüksəltmək üçün uran istifadə edilib.

Əllamə davam edib: “Amerika təkcə istifadə olunan avadanlıqları təmin etməklə kifayətlənmədi, həm də bu sui-qəsdə qeyri-məhdud siyasi dəstək verdi ki, İsrailin müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə mühakimə olunmamasını təmin etsin. Amma bu cinayətlər zamanla təmizlənməyəcək, nə qədər vaxt keçsə də, Amerika və İsrail sonda cəzalandırılacaq”.

Əllamə Amerikanın bu sui-qəsddə birbaşa iştirakını 70% kimi qiymətləndirir və bunun birbaşa sahə iştirakı, hava dəstəyi və ya kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə əldə edildiyini bildirir.

Amerika Livanda dünyanın ən böyük səfirliyini tikdi. Bu səfirliyin vertolyotlar və təyyarələr üçün xüsusi eniş zolaqları var və Beyrut hava limanının nəzarətindən asılı olmayaraq uçuşlar həyata keçirir.

Amerika rəsmiləri Dövlət Departamentinin icazəsi olmadan Livanda davamlı olaraq fəaliyyət göstərirlər.

Amerikanın Livandakı səfirliyi çoxlu casusluq məlumatlarını toplamağa və şübhəsiz ki, İsrailə ötürməyə imkan verən mürəkkəb rabitə və dinləmə sistemlərinə malikdir.

Yekun olaraq, “Əl-Mənar” kanalının bu xəbərində vurğulanan ən mühüm məqam Amerika və İsrailin bütün bu səylərinə baxmayaraq, müqavimətin hələ də güclü və vahid qalacağıdır. Seyid Həsən Nəsrullah Livan Hizbullahının keçmiş baş katibi olaraq bir lider olaraq həmişə xalqın və müqavimətin qəlbində qalacaq və onun şəhadəti sağlığında olduğu kimi İsraildə qorxu və panika yaradacaq. İsrail bu sui-qəsdi həyata keçirməklə tarixinin ən böyük səhvini edib və bunu zamanla anlayacaq.

➡️Abunə olun
🇦🇿"Biz heç vaxt bu torpaqları sionistlərə verməyəcəyik! Qoy "Tale"lər ölsün, amma bu xalq yașayacaq, bu xalqın dövlətçiliyi
qorunacaq, müstəqilliyi qorunacaq."

- Hacı Tale Bağırzadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
12.02.202504:50
❗️Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 11-də “Nardaran hadisələri” zamanı həbs edilən şəxslərin işi üzrə qərarında onlara qarşı hüquq pozuntusunu tanıyıb.

“Bağırov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər – “Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırov, Zülfüqar Mikayılov və Elman Ağayev məhkəməyəqədər həbs müddəti dövründə hüquqlarının pozulduğunu iddia edirdilər.

İşin hallarına əsasən, Tale Bağırov və Zülfüqar Mikayılov 2015-ci il noyabrın 26-da, Elman Ağayev isə noyabrın 29-da ağır cinayət ittihamları ilə həbs edilib.

Daxili İşlər Nazirliyininin və Baş Prokurorluğunun birgə məlumatında ərizəçilər “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Nəsimi və Nərimanov Rayon Məhkəmələri ərizəçilər barədə həbs qətimkan tədbiri seçib və daha sonra birinci instansiya məhkəmələri həbs qətimkan tədbirinin müddətlərini uzadıblar.

Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr həbs qətimkan tədbirini uzadarkən standart ifadələrdən istifadə edib və sadəcə olaraq ilkin həbs qətimkan tədbiri qərarlarında göstərilən həbs əsaslarını təkrarlayıblar.

Ərizəçilərin həbs müddətinin uzadılması üçün göstərilən səbəblərin yetərli və müvafiq olmadığını əsas gətirərək verdikləri apellyasiya şikayətləri, habelə zaminə və ya ev dustaqlığına buraxılmaları üçün verdikləri vəsatətlər də təmin edilməyib.

Həm birinci instansiya, həm də apellyasiya məhkəməsində dinləmələr zamanı ərizəçilər məhkəmə zallarında metal qəfəslərdə saxlanılıblar.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında şikayətlərində həbs müddətinin uzadılması ilə bağlı dinləmələr zamanı metal qəfəsdə saxlanılmaqla ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını, habelə məhkəməyəqədər həbsdə saxlanılma üçün yetərli və müvafiq səbəblər göstərilmədiyini iddia ediblər.

Bundan əlavə, Tale Bağırov dövlət orqanlarının məhkumluq olmadan yaydıqları birgə məlumatın onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib.

Avropa Məhkəməsi fevralın 11-də elan etdiyi qərarında ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə, qeyr-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) və 5.3-cü (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb.

Məhkəmə əvvəlki təcrübələrinə istinadən qeyd edib ki, şəxsin məhkəmə zalında metal qəfəsdə saxlanması özlüyündə insan ləyaqətinə zidd hərəkətdir və Konvensiyanın 3-cü maddəsinə zidd olaraq ləyaqəti alçaldır.

AİHM həmçinin yerli məhkəmələrin məhkəməyəqədər həbs müddətinin uzadılması üçün müvafiq və yetərli səbəblər göstərməməsi, zaminə buraxılma və ya ev dustaqlığı kimi alternativ tədbirləri tətbiq etməkdən imtina etməsini də Konvensiyanın pozuntusu kimi qiymətləndirib.

Məhkəmə Tale Bağırovun təqsirzlik prezumpsiyası ilə bağlı şikayətini isə gec müraciət edildiyini əsas gətirərək rədd edib.

Qərara əsasən, hökumət vəkilləri Cavad Cavadov, Rüstəm Zülfüqarov və Akif Əliyevin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərərə görə 3900, xərclərə görə 500 avro kompensasiya ödəməli olacaq.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməliyyatla bağlı birgə məlumatında Tale Bağırov və digərləri “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Əməliyyat zamanı Tale Bağırovla yanaşı daha 14 nəfər saxlanıldığı bildirilsə də, sonradan bu işlə əlaqədar onlarla şəxs saxlanılıb.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40-dan çox şəxs isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittiham edilərək 10 ildən 20 ilədək həbs cəzalarına məhkum ediliblər.
❗️Mirtofiq Hüseynovun şikayətinə Xəzər rayonu baxıb

Fevralın 21-də Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hüseynov Mirtofiq Mircəlal oğlunun şikayətinə baxıb.

Hakim Ramilə Xəzrinin sədrliyi ilə baş tutan iclasda M. Hüseynov qanunvericiliyə müvafiq olaraq cəzasının qalan bir hissəsi barəsində vaxtından əvvəl buraxılması ilə bağlı müraciətinə baxılıb.

Müttəhimin müdafiə tərəfi Zibeydə Sadıqova çıxış edərək Mirtofiq Hüseynovun həbsdə olduğu 2 il 2 aydan artıq bir müddətdə barəsində hər hansı bir qanun pozuntusu, cəza tətbiqi və daxili qaydalara zidd addımın yer almadığını hakimin diqqətinə çatdırıb. Eyni zamanda, vəkil inanclının cəza müddətinin bitmiş hissəsinin qanunvericiliklə müttəhimin vaxtından əvvəl azad olunması üçün nəzərdə tutulan əsasları ehtiva etdiyini bildirib.

Zibeydə xanım məhkəməyə Mirtofiq Hüseynovun himayəsində azyaşlı körpələrin olduğunu çatdıraraq qayğı və sevgiyə ehtiyac duyan körpələrin atalarına qovuşmaq üçün qanunun tələbləri ilə müvəkkilinin vaxtından əvvəl azad edilməsini istəyib.

Hakim müdafiə tərəfini dinlədikdən sonra qərarı elan edib. O, Mirtofiq Hüseynov barəsində qüvvədə olan qərarı dəyişmədən qalan həbs dövrünün də həbsxana divarları arasında keçirməsi ilə bağlı hökm verib. Bununla da məhkəmə iclası yekunlaşıb.

Xatırladaq ki, Mirtofiq Hüseynov inanclıların kütləvi həbsləri fonunda 2022-ci il dekabrın saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan Mirtofiq 27 dekabrın 6-da 2023-cü il tarixində məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəf Apellyasiya və Ali Məhkəməyə şikayətlə müraciət etsə də, hər iki instansiya qərarı qüvvədə saxlamışdı.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❤️ Hz. Əbulfəzl ağanın səadətli mövludu münasibətilə Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
08.02.202521:04
❗️60-cildlik Əhli-Beyt (ə) Quran Ensiklopediyası təqdim edildi

Kərbəla şəhərində dünyanın ən böyük Qurani-Kərim ensiklopediyasının – “Əhli-Beyt (ə) Quran Ensiklopediyası”nın təqdimatı baş tutub.

Əhli-Beyt (ə) irsi əsasında hazırlanış Qurani ensiklopediyanın təqdimat mərasimi İmam Hüseyn (ə) hərəmində keçirilib.

VI Beynəlxalq İmam Hüseyn (ə) Konfransı çərçivəsindəki bu tədbirdə Hərəmin hüquqi kuratoru Şeyx Əbdül-Məhdi əl-Kərbəlayi, həmçinin bir sıra digər dini və universitet xadimləri də iştirak edib.

Sözügedən ensiklopediya 60 cilddən ibarətdir. Bu ensiklopediya müqəddəs Qurani-Kərimin və onun elminin Əhli-Beytin (ə) dilindən olan təfsirini və izahını əhatə edir.

Ensiklopediyanın İcra Komitəsinin sədri Seyid Mürtəza Cəmaləddin qeyd edib ki, bu ensiklopediya ixtisaslaşmış kadrların iştirakı ilə olan 10-illik araşdırmaların, hazırlıqların, məlumat toplanışlarının və onların sənədləşdirilməsinin nəticəsidir; onun üzərində çalışmış şəxslər bu möhtəşəm əsərin hazırlanması üçün var gücləri ilə zəhmət çəkiblər.

“Dini məktəblərdən (və hövzələrdən) olan alimlər və nəcib insanlarla yanaşı, Kərbəla və Babil universitetlərindən olan ixtisaslaşmış müəllimlər də bu ensiklopediyanın tamamlanmasında iştirak ediblər. Bu layihə Şeyx Əbdül-Məhdi əl-Kərbəlayinin böyük dəstəyi ilə həyata keçirilib”, – deyə o əlavə edib.

Seyid Mürtəza Cəmaləddin bildirib ki, bu Quran ensiklopediyası 1 min nüsxə ilə İmam Hüseyn (ə) hərəminə məxsus “Əl-Varis” tipoqrafiya tərəfindən çap edilib. Adıçəkilən mətbəə İraqdakı ən müasir mətbəələrdən biridir.

Qeyd etmək lazımdır ki, Əhli-Beyt (ə) Quran Ensiklopediyası mühüm elmi və texniki nailiyyətdir; bu əsər İmam Hüseyn (ə) hərəminin Qurani-Kərim və Əhli-Beytə (ə) xidmət məsələsindəki nüfuzunu artırır və Hərəmin Quran mədəniyyətinin möhkəmlədilməsi və müxtəlif sahələrdəki elmi inkişafı gerçəkləşdirilməsinə olan diqqətinin dəlilidir.

➡️Abunə olun
अधिक कार्यक्षमता अनलॉक करने के लिए लॉगिन करें।