Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Лёха в Short’ах Long’ует
Лёха в Short’ах Long’ует
MBH Media avatar
MBH Media
MBH Media avatar
MBH Media
🥀🇦🇿 Unutmayaq, unutdurmayaq!

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik!

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
24.02.202515:27
❗️Oruc tutanın astma inqalyatoru istifadə etməsinin hökmü nədir?

Ramazan ayı yaxınlaşınca cəmiyyətdə ən çox soruşulan mövzu asma xəstəliyi olan insanların inqalyatordan istifadə etməsidir. Asma xəstələri bəzən gündə bir dəfə, bəzən isə dəfələrlə inqalyatordan istifadə etmək məcburiyyətində olur.

Bəzən belə təlabat nadir hallarda olsa da, bu nadir gün Ramazan ayına təsadüf edə bilir. Belə olan halda ondan istifadənin dini hökmü nədir?

Ayətullah Sistani və Ayətullah Xamenei bununla bağlı sualları cavablandırıblar.

Sual: Oruc tutanın asma inqalyatorundan istifadə etməsinin hökmü nədir?

Cavab: Qaz halında ağciyərlərə daxil olsa, orucu pozmaz, lakin tərkibindəki maddələrdən biri mədəyə daxil olsa, orucu pozur. (Ayətullah Sistani)

Sual: Məndə astma var, gündə neçə dəfə inqalyatordan istifadə etməliyəm? Oruc tutanda spreydən istifadə etməyin hökmü nədir?

Cavab: Oruc tutanın nəfəs darlığını aradan qaldırmaq üçün tərkibində dərman olan spreylərdən istifadə etməyin eybi yoxdur və orucu pozmur. (Ayətullah Xamenei)

➡️Abunə olun
20.02.202521:01
❗️Ali Məhkəmə Ələkbər Sadıqovun cəzasından 4 ay azaldıb

Ali Məhkəmə Ələkbər Sadıqovun şikayətinə baxıb. Fevralın 19-da baş tutan iclasda məhkəmə onun barəsində 2024-cü il 1 fevral tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayətinə baxıb.

Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb.

Sonunda hakim Teyyub Muxtarov qərarı elan edib. O, Ələkbər Sadıqovun cəzasından 4 ay azaldaraq cəzanı 4 il 3 aydan 3 il 11 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.

Xatırladaq ki, Sadıqov Ələkbər İsrafil oğlu 2023-cü il aprelin 1-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Sadıqovu müqəssir bilərək onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
14.02.202512:20
💌 Zindandan məktub

Zülmə qərq olmuş dünyanı ədalətlə dolduraraq haqqı bərpa edəcək İmam Məhdinin (ə.f) bu gün mövlud günüdür. Bu münasibətlə bütün müsəlmanları, xüsusilə də o Həzrətin intizarını çəkən və cəmiyyətdə ədalət və haqqın bərpası uğrunda mübarizə aparan haqq tərəfdarlarını təbrik edirik.

Eyni zamanda, haqsız yerə şərlənərək zindanlara məhkum edilmiş haqq müdafiəçilərinin tezliklə izzətli azadlığa qovuşmalarını Uca Allahdan diləyirik.

© Seyyid Mirtofiq Hüseynov

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
❗️Zühurun addım səsləri

İnsan İlahi yaradılışda ağıl nemətinə malik olduğu üçün ən kamil varlıq sayılır. Hətta onun mələklərdən üstün olma əsası da ağlın inkişaf mərhələsində, mələklərin isə sükunətdə olan ağıla sahibliyi ilə əlaqələndirilir. Demək ağıl sahibi insanının bu neməti inkişaf etdirməklə ali zirvələrin fəthinə nail ola biləcəyi mütləqdir.

İlk insan Adəm (ə) və yaradılışların ağıl nemətindən istifadəsi mərhələli, təcrübi əsaslara və bunun fonunda mənəvi təkamülə nail olması ardıcıl dinlərin gəliş səbəbidir. Onların birinin digərini əvəzləməsi insanın ağıl neməti ilə varlıq aləmini daha yaxından tanıması, nəticədə özünüdərkə əsaslanır.

Hər Peyğənbərin gətirdiyi dini əsaslar digəri üzərində qurularaq daha kamil dəyərlər ortaya qoymaqla insan zəkasının formalaşdığı mərhələni özündə ehtiva edib. Əlbəttə, bunlar həmişə ağlın inkişafı ilə məhdudlaşmır. İlahi hökmlərin mənəvi yükü bəzən ağıl nemətindən düzgün istifadə etməyən insanı bəlalar vasitəsi ilə də titrədərək düz yola çağırma metodunu işə salır. Nəticədə bütün hadisələr susqun vəziyyətə enən ağıla təkan verərək düşüncənin, idrakın rolunu möhkəmlətməyə xidmət edir.

Sonda dinlər və Peyğəmbərlər yekunlaşır. Ağlın tam kamilləşməsi, özünüdərki üçün bütün mümkün qanun toplusu, müddəalar və prinsiplər səmanın ənginliklərindən süzülərək yer üzərinə yetişir. Növbəti mərhələ bilgilərin ağlın təhlili ilə fitrətə uyğunlaşdırıb insan varlığını həqiqətə çatdırmaqdır.

Bu mərhələ artıq dinin gəlişi yox, tətbiqi nümunəsinə əsaslanan, ağılı zirvələrə qaldırmaq üçün əməli nümunəni ortaya qoyur. “İmamət dövrü” adlanan bu zaman nübüvvət-peyğəmbərlikdən sonrakı tarixi dönəmdən günümüzə qədər uzanan periyoddur.

İmamət düzünə yüksəlişin eninə genişlənmə missiyasını öz üzərinə götürməklə ağılların həqiqəti dərk edən fitrət dünyasına qapı açır. Bəşərin arzuladığı və yalnız ağlın kamilləşməsi ilə mümkün olan “Qızıl Əsr” məfhumu da məhz nəzəriyyədən praktikaya, arzudan reallığa çevrilməsi dünyanın, insanlığın yaranmasının yeganə səbəbidir.

Bu ağılları əsarətdə saxlamaqla, qorxu mühiti yaratmaq, hegemonluq etməklə öz istismarını davam etdirməyə çalışanların qorxulu yuxusudur. Öz ruhi çığırtılarından dünyanın ağla əsaslanan ədalətə duyduğu ehtiyacını anlayan bu istismarçı güclər ağılları yanlış istiqamətə çəkməklə Qızıl Əsrin önündə maneə olmağa çalışırlar.

Lakin Quranın vədi ilə gerçəkləşəcək zühur məhz Qızıl Əsrin gerçəkləşəcəyi, istibdal güclərin məğlub olacağı, ağılların azad ediləcəyi o sonsuz feyz dolu an Həzrət Mehdinin (ə.f.) mübarək gəlişi ilə mütləq baş verəcək. Bunun üçün ağıllar həqiqəti dərk edərək onun varlığını böyük güclərin əsarət buxovundan qırmağa hər an bir az da yaxınlaşır.

Zühur çox yaxındır, o qədər yaxın ki, ölüm nəfsimizə hakim olduğu əbədiyyətə çağırışın sədaları onun addım səslərini eşidir. Vəd olunmuş xilaskarın zühuruna duyulan ehtiyacı dərk edən ağlın onu qəbul etdiyi bir düzən bu vədin çox yaxında gerçəkləşəcəyini söyləyir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
11.02.202504:21
❗️Bu nizam şəhidlərin qanına borcludur

Böyük alim, Quran müfəssiri Həzrət Ayətullah Cəvadi Amuli özünün əxlaq dərsində İslam inqilabının ildönümünə toxunaraq maraqlı və eşidilməli bir hadisəyə toxunub:

"Birdənə alicənab Seyyid qardaşımız var idi, Xorasanın alimlərindən idi. Qumun bazar məscidlərindən birində camaat namaz qıldırardı. Bəzən onunla birgə cəbhəyə gedərdik. Həmin Seyyid deyir ki, bir gün Kürdistan məntəqəsində dağların başında əsgərlər var idi və soyuq qış günü idi. Qar yağmağa başladı, o əsgərlər buludların rəngindən formasından bilirdilər ki, bu yağan qar bir saatlıq, iki saatlıq yağan qar deyil, bu qar saatlarla yağacaq. Əsgərlər axşam səngəri tərk edib özlərinə nicat verə bilərdilər. Lakin düşmən bundan sui-istifadə edə bilərdi deyə, oranı tərk etmədilər. Onlar dağın başında, səngərdə o qədər dayandılar ki, anbaan, saniyəbəsaniyə dondular, nəhayət buz bağladılar. Pak cəsədlərini məscidə gətirdilər. Ağa Cəvadi buyurur ki, biz onların baş sağlığı məclisinə getdik, dua, Quran oxuduq, oturduq məclisin bir küncündə. Başladıq ağlamağa, bu ağlamaq savab üçün deyildi, onların behiştə getməkləri üçün deyildi, xəcalətdən ağlayırdıq. Çox təəccüblü idi! Dinin qorunması və nizamın aradan getməməsi üçün bu məmləkətin cavanları saniyəbəsaniyə buz bağladılar. Ona görə bu qanlarla oyun oynamaq olmaz. Əgər biz vəzifəmizi yerinə yetirməsək, çətinliklərlə qarşılaşmalı olacağıq. Bizim hamımızın boynunda vəzifədir, bildiyimiz miqdarda (əlimizdən gələn qədər) dinimizə kömək etməliyik!"

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
25.02.202519:49
🥀 26- Fevral Xocalı soyqırımının 33-cü ildönümüdür. Bu münasibətlə hörmətli Azərbaycan xalqına başsağlığı veririk.

Azərbaycan xalqının dini və milli dəyərlərinə xəyanət edənlərə Allahın sonsuz lənəti olsun.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
22.02.202519:38
❗️“Təsnim” təfsirinin təqdimat mərasimi keçiriləcək

Ayətullah Cavadi Amuli Təsnimin Təfsiri üzrə Beynəlxalq Konfransın Siyasət Şurasının üzvləri ilə görüşündə Qurani-Kərimin uca məqamına toxunaraq deyib: Qurani-Kərim elm mənbəyidir və bütün cəhalət və şübhələrə cavab verib.

Amuli Təsnim təfsirinin heç şübhəsiz hövzə məhsulu olduğunu bildirib və deyib: Əgər elm hövzəsi bir iş görmək istəsə, bunun üçün o qüdrətlidir və böyük elmi uğurlar qazana bilər.

“Quran mütləq şəfadır, Allah buyurur: “Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan şeylər nazil edirik”. Əgər bu yolda bizə bir nemət verilmişsə, hamısı Allahdandır: “Sizə nəsib olan nemətlər Allahdandır”.

Quran və Əhli-beyt (ə) məsum və pakdır, kövsərdir. Şəffaf bir bulaq kimi axar və fərdlərə, cəmiyyətə bərəkət gətirir. Quran bütün şübhələrə, o cümlədən elmi cəhalət və əməli cəhalətlə bağlı şübhələrə cavab verir. Bu Kövsər üçün hamımız Ona minnətdarıq.”

Ayətullah Cavadi Amuli çıxışının davamında Təsnim təfsirinin məqamına və bu təfsirdə elm hövzənin roluna diqqət çəkərək deyib: “Şübhəsiz ki, Təsnim təfsiri hövzə məhsuludur. Bu əsəri ərsəyə gətirmək üçün dörd nəsil alimlərin qırx il zəhmət çəkməsi mədrəsənin böyüklüyünü və imkanlarını ortaya qoyur. Bu təfsir mədrəsənin işinin doxsan faizini təşkil edir və bu fakt mədrəsənin əzəmətini və şərəfini açıq şəkildə ortaya qoyur.”

İclasda ölkə üzrə dini təhsil mərkəzlərinin direktoru və Beynəlxalq Təsnim Təfsiri Konfransının prezidenti Ayətullah Ərafi konfransın təşkili prosesi ilə bağlı məruzə edib.

Ayətullah Cavadi Amulinin Təsnim təfsirinin təqdimat konfransı martın 26-da Qumdakı Darüş Şifa məktəbində keçiriləcək. Bu konfransda 80 cild Təsnim təfsiri və 20 cildlik tematik Quran təfsiri təqdim ediləcək.

➡️Abunə olun
19.02.202509:03
❗️Probasiya xidməti məhbusun 1 illik cəza müddətini qeydə almadı

Ədliyyə Nazirliyi Probasiya xidməti Ceyhun Balaşovun cəza müddətinin qüvvəyə mindiyi tarixdən keçən 1 illik zamanı qeydə almayıb. Belə ki, 2024-cü il fevralın 15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi səhhətində problemlər səbəbindən Ceyhun Balaşov barəsində 4 il müddətinə ev dustaqlığı cəzası verir. Qərarda ayağa qolbaq taxmaqla Balaşov həbs dövrünü probasiya idarəsinin nəzarəti altında olması əksini tapır.

Bundan sonra Balaşovla bağlı Beyləqan polis idarəsi müəyyən araşdırmalar aparsa da, məsələ ilə bağlı Beyləqan İcra Probasiya idarəsindən hər hansı bildiriş qeydə alınmır. Yalnız 1 ildən sonra Beyləqan İcra Probasiya idarəsinin Ceyhun Balaşovu idarəyə dəvət etməsi məlum anlaşılmamazlığı ortaya qoyur.

Belə ki, probasiya idarəsində Ceyhuna bildirilir ki, o, məhkəmə qərarından sonra probasiya idarəsinə gəlməli və burada qeydiyyata düşməli idi. Bu hallar baş vermədiyi üçün 2024-cü ilin 15 fevralından 2025-ci il 13 fevralına qədər olan 1 illik cəza müddəti Ceyhun Balaşov üçün hesablanmayacaq. Bu isə öz növbəsində Balaşovun cəzasını bir il də artıraraq 5 ilə yüksəltmək deməkdir.

Ailə məlum qərara etiraz etsə də idarə qərarını dəyişməyib. Məsələ ilə bağlı vəkil Rəsul Cəfərov qərardan şikayət verməklə idarənin öz səhlənkarlığını müvəkkilinin üzərinə yıxmaqla bir illik həbs dövrünün sayılmamasını qanunsuz adlandırıb.
 
Xatırladaq ki, C. Balaşov 2023-cü il fevralın 2-də Beyləqan polisi tərəfindən saxlanılıb və barəsində narkotliklərlə bağlı cinayət işi başlanılıb. İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin ağırlaşdığını deyib.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
14.02.202512:18
💌 Bismilləhir Rahmənir Rahim

Allahın salamı olsun haqq sevərlərə.
"Nəvaxt bizi görərsən ki, bizdə səni görək?" (Nudbə duasından)

İmam Zaman Ağanın (ə.f) mübarək mövlud günü münasibətilə Bütün haqq sevərlərə təbrik deyirəm.

Allah bizi o Həzrətin həqiqi davamçılarından qərar versin inşəAllah.

Dualarınızda bizidə unutmayın, möhtaci-dua.

MBH üzvü, Siyasi Mehbus Nicat Əliyev

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
12.02.202504:50
Avropa Məmkəməsinin bu işində adı hallanan Tale Bağırov 20 il, Zülfüqar Mikayılov 17 il, Elman Ağayev isə 13 il həbs cəzasına məhkum edilib.

Tale Bağırov və digərləri ittihamları qəbul etməyib, güc orqanlarının təxribatları ilə üzləşdiklərini bildiriblər. Yerli insan hüquqları qrupları onları siyasi məhbus hesab edir.

Hadisələr zamanı həbs edilənlər tutularkən və ilkin dindirilmə zamanı ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Polis işgəncə ilə bağlı iddiaları təkzib edib.

Ancaq Strasburq məhkəməsi ötən ilin iyunun 13-də “Mustafayev və başqaları Azərbaycana qarşı” işi üzrə qərarında “Nardaran hadisələri” zamanı həbs edilən bir qrup şəxsə qarşı Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanımışdı.

Bundan əlavə, Avropa Məhkəməsi digər bir işdə Tale Bağırov da daxil olmaqla, “Müsəlman Birliyi” hərəkatının üzvlərinə qarşı cinayət işlərinin ədalətsizliyi ilə bağlı iddiaları araşdırmaqda davam edir.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
❗️Bu gün Həzrət Əli Əkbərin (ə) mövlud günüdür

Şaban ayının 11-i Hz. Əli Əkbərin (ə) mübarək mövlud günüdür.

İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna xitab edib buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!”

Hicri təqvimi şəban ayının on birinci günü, həzrət Əli Əkbər dünyaya göz açdı. Onun atası həzrət Seyyidüş-şühəda (ə), anası, leyla binti Mərrə Səqəfi idi.

Onun künyəsi Əbulhəsən, ləqəbi Əkbər idi. Mötəbər rəvayətə əsasən, o cənab imam Hüseynin (ə) ən böyük övladıdır.

Tarixçilər hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid olan Peyğəmbər (ə) övladının 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər. Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir.

Qeyd olunur ki, Əli Əkbər o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından insanlar içində əziz Peyğəmbərə (s) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı.

Bir gün Müaviyə, özününü xəlifəliyi dövründə öz ətrafdakılarından soruşdu: “ Kim xəlifəliyə layiqdir?”Hamı yaltaqcasına dedi: “Səndən başqa bir kəsi layiq görmürük”. Müaviyə dedi: “ Yox, belə deyil. Xəlifəliyə Əli ibn Hüseyn (ə) daha layiqdir. Çünki babası Rəsulullaha (s) çox bənzəyir. Onda şücaət, səxavət, gözəlliyin hamısı var. (Müntəhayül-əmal, 5-ci bab, səh. 346)

Müaviyənin bu sözündən belə məlum olur ki,Əli Əkbər böyük dünyagörüşə və üstün əxlaqi keyfiyyətlərə sahib idi.

Əli Əkbərin (ə) – təqva ülgüsünün ruhi əzəmətinin, məqam, elmi, fəsahət, kəmal və cəmalının nə həddə olduğunu anlamaq üçün onun aşura günü meydana gedən zaman uca atasının (ə) bu cümləsinə diqqət etmək kifayət edər:

“Ey Allah, şahid ol ki, camaat arasında camal, kamal, xilqətdə, xasiyyətdə peyğəmbərə (s) ən çox bənzəyən bir şəxsi kafirlərlə döyüşmək üçün göndərirəm. Biz hər zaman peyğəmbəri görmək istəsəydik, onun üzünə baxardıq.” (Müstədərəkül-səfinətül-bihar, c. 5, s. 346 – Biharül-ənvar: c. 45, səh. 42)

Rəvayətlərə görə, Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə Peyğəmbərə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatmışdı ki, imam Hüseynin (ə) övladı Kərbəlada meydana gedəndə düşmən qoşunu sıralarında təşviş yaranıb: onlar elə hesab ediblər ki, Peyğəmbər (s) özü meydana gəlir.

Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Abbas (ə) və oğlu Əli Əkbər (ə) qadınlar və uşaqların mühafizəsinə rəhbərlik edir, lazım gələndə suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.

Xatırladaq ki, həzrət Əli Əkbər (ə) aşura günü, İmam Hüseynin (ə) əshabından sonra peyğımbər ailəsindən olan ilk şəxs idi ki, atasının hüzuruna gəlib meydana getmək üçün icazə aldı və şəhadətə çatdı.
İmam Hüseyn (ə), onun qana qərq olmuş bədənini qucağına götürüb belə byurdu: “Səndən sonra kül dünyanın başına kül olsun! Səni öldürənləri Allah öldürsün!”

Həzrəti Əli Əkbər (ə) Kərbəlada dəfn olunub.

➡️Abunə olun
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
25.02.202518:46
❗️İmam Rzadan (ə) Şaban ayının son günləri ilə bağlı tövsiyə

Şaban ayının son günlərini yaşayırıq. Bu günlərlə bağlı dini mənbələrdə tövsiyələr də var.

İmam Rzadan (ə) Şaban ayının son günləri ilə bağlı tövsiyə

Əba Səlt Hərsi nəql edir ki, Şəban ayının son günlərində İmam Rzanın (ə) hüzuruna getdim.

Həzrət buyurdu:
Ey Əba Səlt! Şaban ayının artıq çox günləri gəlib keçdi və bu cümə də ayın son cüməsidir. Bu qalan günlərdə etmədiyin xeyirli əməllərin tədarükünü gör; özünə faydalı olan əməlləri et və faydası olmayan əməlləri isə tərk et. Dua, istiğfar və Quran tilavətini çoxalt, -əziz və böyük- Allahın ilə ixlaslı olduğun halda günahlarından (əl götürüb) Allah tərəfə qayıt və tövbə et ki, bu Allah ayı da sənə tərəf gəlsin, boynunda olan hər hansı əmanəti saxlama və onu əda et. Həmçinin hər hansı bir möminə qarşı olan kini qəlbindən çıxart, etdiyin hər hansı bir günahdan əl götür və ondan uzaqlaş, Allahdan qorx, gizli və aşkar işlərində Allaha təvəkkül et, Allaha hər kim təvəkkül edərsə Allah ona kifayət edər, çünki Allah Öz işini həyata keçirir və hər bir şey üçün ölçü qərar verib. Ayın qalan günlərində bu zikri çox de:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə’banə, fəğfir ləna fima bəqiyə minh

İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, o zaman, qalan günlərində bizi bağışla!
Mərhum Ayətullah Muctəba Tehrani İmam Rzadan (ə) nəql olunan bu hədisin şərhində buyurur:

“Bu son günlərdə dua, istiğfar və Quran tilavətini daha da artırmaq gərəkdir.Şaban ayının bu qədər bərəkəti var idi o günlərdən istifadə etməmisən, bəs o zaman gəl qalan günlərdən istifadə et, Şaban ayında müəyyən səbəblər üzündən etmədiyin əməllərin tədarükün gör. Allah Taala Şaban ayında ümmətinə xeyirlər paylayar,fikirləş gör bu ayda bu xeyirlərdən sənə nə qədər çatıb.
Bu hədisdə İmam buyurur ki, əgər qəlbində kiməsə qarşı ədavət varsa onu qəlbindən çıxart. Bunların hamısı batini baxımdandır. Buna görə də dostlara tövsiyə etmək istəyirdim ki, bu qalan anlarda qeyd olunan duanı çox zikr edin. Nə qədər ki,bu ay bitməlib zikri ardıcıl deyin, inşaallah Allah Taalnın inayəti ilə təmiz, pak bir qəlb ilə Ramazan ayına daxil olasız.

Ramzan ayı ziyafət ayıdır. Allah səni dəvət edib, gedib süfrə başında oturmaq istəyirsənsə,o zaman özünü təmizlə. İnsan qonaqlığa getmək istəyəndə nə edir, nə ilə məşğul olur? Özünü təmizləyir. Burada ev sahibi Allahdır və qonaq da onun bəndəsidir. Bəndə özünü təmizləməlidir.Təmizlənmək – Ruh və batinin təmizlənməsidir.”

➡️Abunə olun
❗️Mirtofiq Hüseynovun şikayətinə Xəzər rayonu baxıb

Fevralın 21-də Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hüseynov Mirtofiq Mircəlal oğlunun şikayətinə baxıb.

Hakim Ramilə Xəzrinin sədrliyi ilə baş tutan iclasda M. Hüseynov qanunvericiliyə müvafiq olaraq cəzasının qalan bir hissəsi barəsində vaxtından əvvəl buraxılması ilə bağlı müraciətinə baxılıb.

Müttəhimin müdafiə tərəfi Zibeydə Sadıqova çıxış edərək Mirtofiq Hüseynovun həbsdə olduğu 2 il 2 aydan artıq bir müddətdə barəsində hər hansı bir qanun pozuntusu, cəza tətbiqi və daxili qaydalara zidd addımın yer almadığını hakimin diqqətinə çatdırıb. Eyni zamanda, vəkil inanclının cəza müddətinin bitmiş hissəsinin qanunvericiliklə müttəhimin vaxtından əvvəl azad olunması üçün nəzərdə tutulan əsasları ehtiva etdiyini bildirib.

Zibeydə xanım məhkəməyə Mirtofiq Hüseynovun himayəsində azyaşlı körpələrin olduğunu çatdıraraq qayğı və sevgiyə ehtiyac duyan körpələrin atalarına qovuşmaq üçün qanunun tələbləri ilə müvəkkilinin vaxtından əvvəl azad edilməsini istəyib.

Hakim müdafiə tərəfini dinlədikdən sonra qərarı elan edib. O, Mirtofiq Hüseynov barəsində qüvvədə olan qərarı dəyişmədən qalan həbs dövrünün də həbsxana divarları arasında keçirməsi ilə bağlı hökm verib. Bununla da məhkəmə iclası yekunlaşıb.

Xatırladaq ki, Mirtofiq Hüseynov inanclıların kütləvi həbsləri fonunda 2022-ci il dekabrın saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan Mirtofiq 27 dekabrın 6-da 2023-cü il tarixində məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müdafiə tərəf Apellyasiya və Ali Məhkəməyə şikayətlə müraciət etsə də, hər iki instansiya qərarı qüvvədə saxlamışdı.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
17.02.202514:00
❗️Ayətullah Cavadi Amuli: Sistemi imamətə əsaslanmayan cəmiyyət asanlıqla cəhalətə düçar olacaq

Həzrət Bəqiyyətullah Əl-Əzəmin mövlud günündə bir qrup tələbənin əmmamə qoyma mərasimi Ayətullah Cavadi Amulinin mübarək əlləri ilə onun ofisində keçirilib.

O, İmam Zamanı (ə.f.) mübarək mövludu münasibətilə təbrik edərkən çıxışında deyib: “İmamı tanımaq təkcə onun adını və nəslini bilmək deyil, həm də onun şəxsiyyətini, hədəflərini bilmək və onun təlimlərinə uyğun davranmaq deməkdir.

Quranda və Əhli-beytdə (ə) imamət və vəliyyə haqqında deyilənlər çox fərqlidir. Mərhum Kuleyn bu nurani rəvayəti belə nəql etmişdir: Hər bir cəmiyyətin cəhaləti və rasionallığı o həzrəti tanıması və o məsum İmamın rəhbərliyi və hidayətindən bəhrələnməsinə bağlıdır.

İmam və imamətlə yaşayan cəmiyyət diridir və heç vaxt ölməz. İmam Zamanın (ə.f.) mübarək varlığı bütün digər İmamlar (ə) kimi həyatın səbəbidir. Əgər insan öz imamını tanımazsa, onun ölümü cahil ölümüdür.”

Ayətullah Cavadi Amuli sözlərini belə davam etdirib: “Mübarək Ənfal surəsində Allah və Rəsulu “Sizi dirildəcək şeyə dəvət etdikdə, ona cavab verin” buyurur. Beləliklə, bu proqram sizi dirildəcək. Əgər mələklərin həyatına sahib olmaq istəyirsənsə, cəhalətdən çıxıb elm əldə etməlisən. Dini öyrənmək və anlamaq vacibdir.

Bəzi insanların ictihad qabiliyyəti var və onların vəzifəsi fiqh yolunda addım atmaqdır ki, cəmiyyət dini hidayətdən bəhrələnsin. Bu yolla elm təkcə öyrənmək və öyrətməklə əldə olunmur, həm də Əhli-beytdən (ə) gələn mənəvi irsdə yüksək yer tutur.

İmamla həqiqi bağ camaatı yaşadır və cəhalətlə mübarizə aparır. İmamı tanımaq təkcə alim olmaq üçün deyil, həm də cəhalətdən uzaq rasional cəmiyyət yaratmaq üçün lazımdır. Sistemi imamət prinsipinə əsaslanmayan cəmiyyət asanlıqla cəhalətə qayıdır.

Bu dövrdə mədrəsələr, universitetlər, alimlər və bütün insanlar Əhli-beyt (ə) təlimlərini yaymaq və İmam Zaman (ə.f.) ilə əlaqəni gücləndirmək üçün səy göstərməlidirlər. İnşallah bu yolda davam edəcəyik və İmamın zühurunun şahidi olacağıq.”

➡️Abunə olun
से पुनः पोस्ट किया:
Hacı Tale Bağırzadə avatar
Hacı Tale Bağırzadə
14.02.202510:23
🇦🇿Hacı Tale Bağırzadə İmam Məhdinin (ə.f.) mövludu ilə bağlı intizar əhlinə təbriklərini ünvanladı

O, vəd olunmuş İmamdır. Quran onun zühuru ilə dünyanın ədalətlə dolacağını müjdələyir. Mütləq insanlıq üzərini örtən qara bulud Həzrət Məhdinin (ə.f.) zühuru ilə çəkiləcək. Bu sistemli, mərhələli addımlar bizi zühura yaxınlaşdırır.
Şübhəsiz, intizar təkcə gözlənti deyil, onun gəlişinə hazırlıq və cəbhələrin müəyyənləşdirilməsi ilə gerçəkləşən bir həqiqətdir. Passiv intizar Qaimin (ə.f.) həqiqəti haqda yetərli məlumatsızlıq səbəbidir. Buna görə də vəd verilən xilaskarın intizarı hər bir fərdin bu istiqamətdə addımları ilə kompleks baş verməlidir. Nəticədə intizar sahiblərinin əməli mücadiləsi zühur dövrünün həqiqətində çaşqınlıq deyil, yəqinliklə İmamın yanında olmaq şərəfini ona bəxş edəcək.
Yalnız belə bir intizar gözləntilərin həqiqətidir.
Hər kəsi həqiqi intizar əhli, fitnələr dövründə haqqın yanında, batilin önündə duran müntəzirlərdən olmağı Allahdan diləyirəm.
Bayramınız mübarək.

Hacı Tale Bağırzadə

https://t.me/Tale_Bagirzade
12.02.202504:50
❗️Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 11-də “Nardaran hadisələri” zamanı həbs edilən şəxslərin işi üzrə qərarında onlara qarşı hüquq pozuntusunu tanıyıb.

“Bağırov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər – “Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırov, Zülfüqar Mikayılov və Elman Ağayev məhkəməyəqədər həbs müddəti dövründə hüquqlarının pozulduğunu iddia edirdilər.

İşin hallarına əsasən, Tale Bağırov və Zülfüqar Mikayılov 2015-ci il noyabrın 26-da, Elman Ağayev isə noyabrın 29-da ağır cinayət ittihamları ilə həbs edilib.

Daxili İşlər Nazirliyininin və Baş Prokurorluğunun birgə məlumatında ərizəçilər “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Nəsimi və Nərimanov Rayon Məhkəmələri ərizəçilər barədə həbs qətimkan tədbiri seçib və daha sonra birinci instansiya məhkəmələri həbs qətimkan tədbirinin müddətlərini uzadıblar.

Avropa Məhkəməsi qeyd edir ki, yerli məhkəmələr həbs qətimkan tədbirini uzadarkən standart ifadələrdən istifadə edib və sadəcə olaraq ilkin həbs qətimkan tədbiri qərarlarında göstərilən həbs əsaslarını təkrarlayıblar.

Ərizəçilərin həbs müddətinin uzadılması üçün göstərilən səbəblərin yetərli və müvafiq olmadığını əsas gətirərək verdikləri apellyasiya şikayətləri, habelə zaminə və ya ev dustaqlığına buraxılmaları üçün verdikləri vəsatətlər də təmin edilməyib.

Həm birinci instansiya, həm də apellyasiya məhkəməsində dinləmələr zamanı ərizəçilər məhkəmə zallarında metal qəfəslərdə saxlanılıblar.

Ərizəçilər Avropa Məhkəməsi qarşısında şikayətlərində həbs müddətinin uzadılması ilə bağlı dinləmələr zamanı metal qəfəsdə saxlanılmaqla ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını, habelə məhkəməyəqədər həbsdə saxlanılma üçün yetərli və müvafiq səbəblər göstərilmədiyini iddia ediblər.

Bundan əlavə, Tale Bağırov dövlət orqanlarının məhkumluq olmadan yaydıqları birgə məlumatın onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edib.

Avropa Məhkəməsi fevralın 11-də elan etdiyi qərarında ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncə, qeyr-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması) və 5.3-cü (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb.

Məhkəmə əvvəlki təcrübələrinə istinadən qeyd edib ki, şəxsin məhkəmə zalında metal qəfəsdə saxlanması özlüyündə insan ləyaqətinə zidd hərəkətdir və Konvensiyanın 3-cü maddəsinə zidd olaraq ləyaqəti alçaldır.

AİHM həmçinin yerli məhkəmələrin məhkəməyəqədər həbs müddətinin uzadılması üçün müvafiq və yetərli səbəblər göstərməməsi, zaminə buraxılma və ya ev dustaqlığı kimi alternativ tədbirləri tətbiq etməkdən imtina etməsini də Konvensiyanın pozuntusu kimi qiymətləndirib.

Məhkəmə Tale Bağırovun təqsirzlik prezumpsiyası ilə bağlı şikayətini isə gec müraciət edildiyini əsas gətirərək rədd edib.

Qərara əsasən, hökumət vəkilləri Cavad Cavadov, Rüstəm Zülfüqarov və Akif Əliyevin təmsil etdiyi ərizəçilərin hər birinə mənəvi zərərə görə 3900, xərclərə görə 500 avro kompensasiya ödəməli olacaq.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olub.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun əməliyyatla bağlı birgə məlumatında Tale Bağırov və digərləri “dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə” “silahlı cinayətkar dəstə” yaratmaqda ittiham ediliblər.

Əməliyyat zamanı Tale Bağırovla yanaşı daha 14 nəfər saxlanıldığı bildirilsə də, sonradan bu işlə əlaqədar onlarla şəxs saxlanılıb.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40-dan çox şəxs isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittiham edilərək 10 ildən 20 ilədək həbs cəzalarına məhkum ediliblər.
🇦🇿"Biz heç vaxt bu torpaqları sionistlərə verməyəcəyik! Qoy "Tale"lər ölsün, amma bu xalq yașayacaq, bu xalqın dövlətçiliyi
qorunacaq, müstəqilliyi qorunacaq."

- Hacı Tale Bağırzadə

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
25.02.202510:42
❗️80 cildlik “Təsnim” təfsirinin təqdimat mərasimi keçirilib

Ayətullah Cavadi Amulinin 40 illik təfsir araşdırmalarının məhsulu olan 80 cildlik Quran təfsiri və Qurani-Kərimin 2 cildlik tematik təfsiri təqdim olunub.

80 cildlik “Təsnim” təfsiri Ayətullah Cavadi Amuli və ailəsi, Ayətullah Amuli Laricani və İslam İnqilabı İdarəsinin rəhbəri Höccətül-İslam vəl-Müslimin Məhəmmədi Gülpayaqaninin iştirak etdiyi mərasimdə təqdim olunub. Mərasimdə həmçinin Seyid Həsən Xomeyni və mərhum İmam Xomeyninin ailəsi, Ali İlahiyyat Şurasının üzvləri, Qum Elm Hövzəsi Məscidinin Müdərrisləri, cənab Muhsin Haşimi və cənab Seyid Abbas Salihi, Mədəniyyət və İslami İrşad Naziri, tələbələr və alimlərdə iştirak ediblər.

Mərasimin əvvəlində konfransın sədri və katibi konfransın təşkili prosesi və Təsnim şərhinin yazılması ilə bağlı məruzə edib, sonra konfrans iştirakçıları ilə İnqilab Rəhbəri arasında görüşdən bir hissə təqdim olunub.

Daha sonra Dr. Seyid Abbas Salihi və Ayətullah Cavadi Amuli çıxış ediblər. Ardınca bu qurumun 40 illik təfsir işinin məhsulu olan 80 cild Quran təfsiri və 2 cildlik Quran tematik təfsiri təqdim olunub.

İslam İnqilabının Rəhbəri: Elm hövzəsi Ayətullah Cavadi Amuliyə borcludur

İslam İnqilabının Rəhbəri bu görüşdə Qurani-Kərimin böyük təfsirçisi və Təsnim təfsirinin müəllifi Ayətullah Cavadi Amulinin görkəmli şəxsiyyətini tərifləyərək bildirdilər ki, İlim hövzəsi bu müdrik alimin tədqiqat, tədris və təfsir sahəsində 40 ildən artıq zəhmətinə borcludur. “Onun rasional və ənənəvi elmlər sahəsindəki fəaliyyəti, fiqhi, fəlsəfi və irfani əsərləri mühüm və təqdirəlayiqli olsa da, lakin onların heç biri onun Quran təfsirindəki işi ilə müqayisə oluna bilməz.”

Ayətullah Xamenei Təsnim təfsirini şiələr və elmi ictimaiyyət üçün qürur mənbəyi kimi səciyyələndirərək, bu şərhin bəzi xüsusiyyətlərini açıqlayarkən deyib: “Bu dəyərli təfsirdəki rasional düşüncə qüdrəti Quran ayələrində gizlənən incə məqamların başa düşülməsinə çox kömək etmişdir. Bu təfsir də Təfsir-i Mizan kimidir, lakin daha müasir və əhatəlidir, faydalı, məlumatlandırıcı məzmunla doludur və mahiyyətcə əhatəli ensiklopediyadır.”

Ayətullah Xamenei bu mötəbər təfsirdəki məzmundan maksimum yararlanmaq üçün texniki və tematik siyahının hazırlanmasını və yazılmasını zəruri hesab edib.

O, “Təsnim” təfsirinin ərəb dilinə tərcüməsinin İslam dünyasında istifadə oluna bilməsi üçün tamamlanmasını zəruri sayaraq, Ayətullah Cavadi Amuli və bu təfsir tədqiqatçıları qrupuna öz təşəkkür və minnətdarlığını bildirib.

Ayətullah Cavadi Amuli: “Təsnim” təfsir 4 nəslin tənqid və şübhələrinə cavabdır

Təsnim təfsirinin müəllifi Ayətullah Cavadi Amuli mərasimdəki çıxışında bu 80 cildlik təfsiri təqdim edərək, əsərin elmi hövzənin işi olduğunu bildirib ki, “Mən bu böyük dəstənin qarşısında sadəcə bir nəfərəm”.

Daha sonra təhsil prosesini əvvəldən izah edərək belə davam edib: 70 il əvvəl ilk dəfə təfsie dərslərində iştirak etdik. Quma çatanda mərhum İmam, Ayətullah əl-Burucerdi və Mühəqqiq Damadın yanına getdik. Rəhmətlik Damada 13 il xidmət etdik, o, təkcə müəllim yox, həm də bizə ata oldu. 7 il ərzində araşdırmaları onlara gətirirdim, onlar da bunu sətir-sətir keçir, doğru və real gördüklərini təsdiqləyir və əlavə edirdilər.

Əsfar dərsini bitirdikdən bir gün sonra qəfildən ağlımıza gəldi ki, təfsirə başlayaq və bu, elm və alimlər hövzəsi tərəfindən hərarətlə qarşılandı. Bu dərs dörd nəsil boyu davam etdirilmiş və dörd nəslin tənqid və şübhələrinə cavab verilmişdir deyə ola bilər ki, burada təkrarlar da olsun."

➡️Abunə olun
से पुनः पोस्ट किया:
Hacı Tale Bağırzadə avatar
Hacı Tale Bağırzadə
21.02.202507:21
🇦🇿Birliyimiz olsa dini dəyərlərimizə əl uzada bilməyəcəklər. ..

Hacı Tale Bağırzadə

https://t.me/Tale_Bagirzade
14.02.202512:49
❗️Ali Məhkəmə Mehman Qarayevin cəzasını yüngülləşdirib

Fevralın 13-ü siyasi məhbus Mehman Qarayevin müraciəti əsasında Ali Məhkəmə onun 2024-cü il 3 may tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayətinə baxıb.

Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb.

Hakim Vidadi Cəfərov Qarayevdən məhkəmədən gözləntisini soruşarkən o, haqqı olan bəraətin verilməsini istəyib.

Bundan sonra hakim qərarı elan edib. O, Mehman Qarayevin cəzasından 6 ay azaldaraq cəzanı 4 ildən 3 il 6 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.

Xatırladaq ki, Qarayev Mehman Əlzami oğlu 2023-cü il aprelin 11-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Qarayevi müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

➡️Abunə olun
14.02.202508:18
🌷Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə) səadətli mövludu münasibətilə Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
11.02.202511:12
❗️500 nəfər Quran hafizi yetişdirəcək məktəb açıldı

Misirdə hər il 100 nəfər hafizi-Quran yetişdirəcək bir məktəb açılıb.

Bu barədə Misir Vəqflər Nazirliyinin rəsmisi Şeyx Həsən Məhəmməd Əbdül-Bəsir Arəfə məlumat verib.

Sözügedən layihə 5 il boyunca davam edəcək və ümumilikdə 500 nəfər Quran hafizinin yetişdirilməsi planlaşdırılır.

Layihənin məqsədlərindən biri də gənc nəslin Qurani-Kərim və onun təlimləri ilə ünsiyyətini, tanışlığını təmin etməkdir.

Bundan başqa, hər ilin sonunda hafizlərin təqdimatı ilə bağlı tədbirlər keçiriləcək və onlar mükafatlandırılacaqlar. 5 ilin sonunda isə – hafizlərin sayı 500 nəfərə çatdıqda onları motivasiya etmək, həvəsləndirmək və dəstəkləmək məqsədilə daha böyük bir tədbir keçiriləcək.

➡️Abunə olun
से पुनः पोस्ट किया:
🇦🇿 OperativTVcom avatar
🇦🇿 OperativTVcom
08.02.202521:04
❗️60-cildlik Əhli-Beyt (ə) Quran Ensiklopediyası təqdim edildi

Kərbəla şəhərində dünyanın ən böyük Qurani-Kərim ensiklopediyasının – “Əhli-Beyt (ə) Quran Ensiklopediyası”nın təqdimatı baş tutub.

Əhli-Beyt (ə) irsi əsasında hazırlanış Qurani ensiklopediyanın təqdimat mərasimi İmam Hüseyn (ə) hərəmində keçirilib.

VI Beynəlxalq İmam Hüseyn (ə) Konfransı çərçivəsindəki bu tədbirdə Hərəmin hüquqi kuratoru Şeyx Əbdül-Məhdi əl-Kərbəlayi, həmçinin bir sıra digər dini və universitet xadimləri də iştirak edib.

Sözügedən ensiklopediya 60 cilddən ibarətdir. Bu ensiklopediya müqəddəs Qurani-Kərimin və onun elminin Əhli-Beytin (ə) dilindən olan təfsirini və izahını əhatə edir.

Ensiklopediyanın İcra Komitəsinin sədri Seyid Mürtəza Cəmaləddin qeyd edib ki, bu ensiklopediya ixtisaslaşmış kadrların iştirakı ilə olan 10-illik araşdırmaların, hazırlıqların, məlumat toplanışlarının və onların sənədləşdirilməsinin nəticəsidir; onun üzərində çalışmış şəxslər bu möhtəşəm əsərin hazırlanması üçün var gücləri ilə zəhmət çəkiblər.

“Dini məktəblərdən (və hövzələrdən) olan alimlər və nəcib insanlarla yanaşı, Kərbəla və Babil universitetlərindən olan ixtisaslaşmış müəllimlər də bu ensiklopediyanın tamamlanmasında iştirak ediblər. Bu layihə Şeyx Əbdül-Məhdi əl-Kərbəlayinin böyük dəstəyi ilə həyata keçirilib”, – deyə o əlavə edib.

Seyid Mürtəza Cəmaləddin bildirib ki, bu Quran ensiklopediyası 1 min nüsxə ilə İmam Hüseyn (ə) hərəminə məxsus “Əl-Varis” tipoqrafiya tərəfindən çap edilib. Adıçəkilən mətbəə İraqdakı ən müasir mətbəələrdən biridir.

Qeyd etmək lazımdır ki, Əhli-Beyt (ə) Quran Ensiklopediyası mühüm elmi və texniki nailiyyətdir; bu əsər İmam Hüseyn (ə) hərəminin Qurani-Kərim və Əhli-Beytə (ə) xidmət məsələsindəki nüfuzunu artırır və Hərəmin Quran mədəniyyətinin möhkəmlədilməsi və müxtəlif sahələrdəki elmi inkişafı gerçəkləşdirilməsinə olan diqqətinin dəlilidir.

➡️Abunə olun
दिखाया गया 1 - 24 का 142
अधिक कार्यक्षमता अनलॉक करने के लिए लॉगिन करें।