↔️Təşkilatda ideal hədəfimiz nə olmalıdır? Zühura qədər ən ideal təşkilat İmam Hüseynin (ə) yaratdığı təşkilatdır. Yəni qeybət dövründə yaranacaq hər bir təşkilat özünü ona oxşatmalıdır.
Bunu meydanda isbat etdilər. Yəni İmam Hüseyn (ə) meydanda təşkilat halında idi. Dağınıqlıq, pərakəndəlik, kim nə istəsə onu etsin, belə deyildi. Hər şey hesablanmışdı. Sən filan məsələyə cavabdehsən, filankəs, meydana getmək istəyirsən, indi getməyəcəksən, indi su arxasınca get və s. Bu, təşkilatdır. Yəni qardaşlıq rabitəsi əsasında İlahi məqsədə çatmaq üçün təşkil olunmuş, proqram əsasında hərəkət edən bir qrup. Hədəfi var, proqramı var, şəxslər müəyyən olub.
Bunun bir məramnaməsi, manifesti var idi, ya yox? Deyə bilmərik ki, yox idi. Yaxşı necə kəşf edək? Aşura ziyarətnaməsinə diqqət edək. Yollarından biri budur.
✏️ Orxan Məmmədovun çıxışlarından