21.04.202508:09
Dirəniş təşkilatının sözçüsü və AMDT Mərkəzi Şurasının üzvünə, əziz analarının vəfatı münasibətilə dərin hüznlə başsağlığı veririk
Dərin hüzn və kədərlə bildiririk ki, Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü cənab Məcid Cavadinin və təşkilatın Mərkəzi Şurasının üzvü cənab İsmayıl Cavadinin əziz anaları, hörmətli Suğra Ahəngəri dünyasını dəyişmişdir.
Azərbaycan türklərinin azadlıq və ədalət yolunda mübarizə aparan bütün yol yoldaşlarına, Cavadi ailəsinə və yaxınlarına bu ağır itki münasibətilə Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurası və Araz News redaksiyası adından dərin hüznlə başsağlığı veririk. Mərhuməyə Tanrıdan rəhmət, ailəsinə səbir və dözüm diləyirik.
Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Azərbaycan Milli Dirəniş Təşkilatının Mərkəzi Şurası
Araz News redaksiyası
21 aprel 2025
🔗 @ArazNews

06.04.202515:01
📍 İraq Kürdlərinin 1991-ci ildə İran və Türkiyəyə Miqrasiyası və Qərbi Azərbaycan əyaləti durumu
🔍 Giriş
1991-ci il körfəz müharibəsindən sonra İraqda baş verən xalq üsyanlarının amansız şəkildə repressiyası nəticəsində regionda geniş miqyaslı məcburi miqrasiya dalğası meydana gəldi. İraq kürdləri, bu repressiyaların hədəfi olan xalq olaraq, evlərini tərk etməyə məcbur oldu və qonşu ölkələrə, xüsusilə İran və Türkiyəyə sığındılar. Bu məqalə, bu miqrasiyanın insanlıq, statistik və coğrafi aspektlərini, xüsusilə Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətinə fokuslanaraq araşdıracaq.
Foto Mənbəyi: Time dərgisi arxivi, Aprel 22, 1991.
Ardı 👇👇👇

05.04.202516:38
Keçmiş Ticarət Palatası rəhbəri yeni ildə İranda dollar və inflyasiya ilə bağlı proqnoz verib
Araz News: İran mediasında dərc olunan məlumata əsasən, Hüseyn Səlahvərzi, İran və Yaponiya Ticarət Palatasının rəhbəri deyib ki, Əvvəlki proqnozlar bu idi ki, 2025-ci ilin ilk aylarında dolların məzənnəsi 100 min tümən həddinə çatacaq və nəhayət bu da baş verdi.
Bununla belə, yeni ildə Trampın qayıdışı və "maksimum təzyiq" siyasətinin güclənəcəyi ehtimalı, İranın neft satışının gündəlik bir milyon bareldən aşağı düşməsi, valyuta gəlirlərinin azalması və bazarda valyuta həcminin azalması fonunda, dollar məzənnəsinə əlavə təzyiq göstərəcək.
Ekspert bildirib ki, bu vəziyyətin nəticəsi inflyasiyanın artması və iqtisadi artımın azalması olacaq. Hətta 2025-ci ildə iqtisadi artım mənfi olmasa belə, ən yaxşı halda sıfır faiz olacaq. Halbuki inflyasiya göstəricisi, nikbin yanaşma ilə belə, 50 faiz səviyyəsində qalacaq və xüsusilə maaşla dolananların alıcılıq qabiliyyəti ciddi şəkildə azalacaq.
▪️@ArazNews_az

02.04.202514:27
🔰 Evin zindanında həbsdə saxlanılan türk fəallar Ayaz Seyfxah və Əbdüləziz Əzimi Qədimin aclıq aksiyası davam edir
Araz News: Tehran Evin zindanında saxlanılan Güney Azərbaycanın tanınmış fəalları Ayaz Seyfxah və Əbdüləziz Əzimi Qədim artıq uzun müddətdir aclıq aksiyası keçirirlər. Əzimi Qədimin aclığı bu gün 31-cı günə, Ayaz Seyfxahın aksiyası isə 24-cü günə çatıb.
Ardı 👇👇👇
https://t.me/araznews_az/1321

29.03.202513:23
Əhməd Nəqibzadənin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir. Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi.
İran İslam Respublikasının Sovet modeli ilə dağılmasına dair Nəqibzadənin təhlilinə görə, İran İslam Respublikasının açıq şəkildə Sovet İttifaqına bənzədir. O qeyd edir ki, "Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim ‘Ayətullah Qorbaçov’u axtarmaqdadırlar…”
Siyasi elmlər eksperti həmçinin İslam Respublikasının idarə üsulu kommunist rejimlərə bənzədiyini irəli sürüb. "İslam Respublikasının fəaliyyəti kommunist rejimlərə çox bənzəyir… İnsan hakimiyyətin zirvəsinə çıxmaq üçün yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiyini edir.” -deyə Nəqibzadə bildirib.
İranlı ekspert həmçinin bildirib ki hakimiyyətin bütün gücünün bir şəxsin əlində cəmlənməsi dəyişikliklərin aparılması üçün böyük maneə təşkil edir.
“Mənim gördüyüm budur ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır və bir nəfərdən başqa hamı anlayıb ki, başqa yol yoxdur… O da Əli Xameneidir.” -deyə, ekspert vurğulayıb.
Nəqibzadə hökumət ilə xalq arasında misli görünməmiş bir məsafənin yarandığını irəli sürüb və bildirib ki bu məsələ hakimiyyətin legitimliyini olduqca aşındırır.
Əli xamenei və onun müşavirlərinin Qərb ilə danışıqlardan çəkinməsi məsələsinə toxunan ekspert deyib ki, hakimiyyət danışıqlar nəticəsində daxili müxalifətin dilinin uzanmasından qorxur. Belə ki, danışıqlar nəticəsində Qərbin istəklərinə təslim olmaq İran rəhbərliyinin nüfuzunun azalmasına gətirib çıxaracaq. Beləcə "onlar müharibədə məğlub olmağa və məhv olmağa üstünlük verirlər."
Tehran Universiteti Siyasi Elmlər professoru yaxın gələcəkdə rejimin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb. “Düşünürəm ki, bir il sonra bu vaxtlar İran İslam Respublikası ən çıxılmaz vəziyyətində olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq.” -deyə, o, qeyd edib.
Nəqibzadə həmçinin Moskovanın İranla Qərb arasında hər hansı sazişə təsiri haqqında da diqqət çəkən məqamlara toxunub. O, Rusiyanın İranda dəyişikliklərin qarşısını almaq və Qərbə yaxınlaşmanı əngəlləmək üçün ciddi nüfuzu olduğunu bəyan edib.
“Moskva, İranla Qərb arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olan hər kəsi səhnədən uzaqlaşdırır… İranla Qərb arasında məsələ Rusiyanın vasitəsi ilə əsla həll olunmayacaq.”-deyə, o, əlavə edib.

28.03.202520:57
İranda tibb bacısı böhranı: 100 min nəfərlik çatışmazlıq var
Əhməd Nəcatian, Tibb Bacıları Təşkilatının rəhbəri bildirib:
Tibb bacılarının çatışmazlığı səbəbilə, bəzən tibb bacısı olmayan şəxslərdən və ya lazımi ixtisas və səlahiyyətə malik olmayan, yoxlanmamış şəxslərdən istifadə olunur.
Hazırda ölkə üzrə xəstəxana çarpayılarının sayına görə təxminən 100 min tibb bacısı çatışmazlığı mövcuddur.
Son illərdə yeni tibb bacılarının işə qəbuluna dair lisenziyaların verilməsi çox məhdud və sərt olub. Bu, təqaüdə çıxan tibb bacılarının yerini doldurmağa da kifayət etməyib. Hər il orta hesabla 3 min, 3 min 500 tibb bacısı təqaüdə çıxır, lakin son illərdə yeni işə qəbul edilən tibb bacılarının sayı ildə cəmi 10 min nəfər olub. Bu isə mövcud çatışmazlığı aradan qaldırmaq üçün yetərli deyil.
Tibb Bacıları Təşkilatının direktorunun verdiyi məlumata görə, hər il təxminən 2 min 500 tibb bacısı dolanışıq çətinlikləri və kifayət qədər maaş ala bilmədikləri üçün ölkəni tərk edir.

06.04.202515:02
📚Mənbələr
UNHCR (1991). The State of The World's Refugees 1991: In Search of Solutions. United Nations High Commissioner for Refugees.
UNHCR (1992). Report of the United Nations High Commissioner for Refugees.
Migration Policy Institute (2006). Turkey: A Transformation from Emigration to Immigration.
Time Magazine (April 22, 1991). What Price Safety? Special Report on Kurdish Refugees.
The New York Times (April 1991). Kurds Flee Iraq Into Turkey and Iran Amid Fear of Reprisals.
JSTOR Database (1992). Articles on forced migration of Iraqi Kurds after the Gulf War.
Doctors Without Borders (Médecins Sans Frontières). Field Reports from Iran and Turkey – April 1991.

06.04.202514:18
6 Aprel: İraq Kürd Qaçqınlarının Qərbi Azərbaycana Daxil Olmasının İldönümü
Araz News, 6 aprel iraqlı kürd qaçqınlarının Güney Azərbaycana daxil olması günü münasibətilə məqalə dərc edir.
Bu gün, 6 aprel, İraq Kürd Qaçqınlarının Qərbi Azərbaycana Gəlişinin ildönümüdür.
1991-ci ildəki böyük miqrasiya, XX əsrin son onilliyindəki ən böyük insanlıq böhranlarından biri olmuş, xüsusilə Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətindəki demoqrafik, təhlükəsizlik və sosial strukturlara uzunmüddətli təsir göstərmişdir. İraq kürdlərinin bu tarixi gəlişi, həmçinin bölgənin kimlik və tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur.
Bu gün, ArazNews olaraq, bu önəmli günün xatirəsinə dair məlumatlandırıcı yazını sizinlə bölüşəcəyik.
👇👇👇

Не змогли отримати доступ
до медіаконтенту
до медіаконтенту
04.04.202519:52
"Urmiyə Türkündür, Türkün qalacaq!"
Bu gün Traktor matçları Güney Azərbaycanda sadəcə bir idman hadisəsi deyil. İran İslam Respublikasında siyasi və ictimai haqların, insanların toplaşmaq, etiraz etmək, mitinq keçirmək kimi fundamental hüquqlarının məhdudlaşdırıldığı bir şəraitdə bu matçlar mübarizə meydanına çevrilib.
Traktor azarkeşləri stadionları milli tələblərin səsləndiyi bir tribunaya çevirərək, panfarsist və terrorçu qruplaşmaların koordinasiyası ilə Güney Azərbaycanın tarixi torpağı olan Umiyəyə qarşı irəli sürülən iyrənc ssenarilərə qarşı açıq şəkildə etiraz edirlər.
Azərbaycan Türk milləti isə bu təhlükəli planlara qarşı Traktor matçlarını bir birlik və dirəniş platformasına çevirərək layiqli və qətiyyətli cavab verir.

02.04.202514:18
Səyad Nejadəli Qaradağın Həsrətan kəndindən idi. O, bölgədə tanınmış mədəniyyət və ictimai fəal olaraq, 2016-cı ilin Aprel savaşları zamanı Araz çayının cinubı hıssəsindən Ermənistan qüvvələrinin hərəkətləri və Azərbaycan Ordusunun irəliləyişləri barədə Güney Azərbaycan milli media platformalarına ardıcıl xəbərlər göndərirdi. Onun çəkdiyi görüntülər və yaydığı məlumatlar döyüşlərin beynəlxalq aləmdə işıqlandırılmasında mühüm rol oynadı.
Lakin bu fəaliyyətlər İran hakimiyyətinin narahatlığına səbəb oldu. 2016-cı ilin avqust ayının 20-də İranın təhlükəsizlik qüvvələri Həsrətan kəndinə basqın edərək Səyyad Nejadəlini şəxsi avtomobilində güllə atəşinə tutub şəhid etdilər. Onun şəhid edilməsi, 21 avqust 2016-cı il tarixində Xudafərin rayon məhkəməsinin rəsmi Telegram kanalında yer alan məlumatda da təsdiqlənmişdi. Həmin bəyanatda rayon məhkəməsinin sədri jurnalistin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Səyad Nejadəlinin xatirəsi Aprel döyüşlərinin rəmzlərindən biri kimi daim yaşadılacaq. O, informasiya savaşında şəhid düşən milli qəhrəmanlarımızdan biridir.

29.03.202513:22
İranlı ekspert: İranın dağılması sovetlər kimi olacaq!
Araz News: Tehran Universitetinin təqaüddə olan siyasi elmlər professoru Əhməd Nəqibzadə Euronews Fars xidmətinə verdiyi müsahibədə İran İslam Respublikasının Sovet İttifaqı modelinə bənzər şəkildə dağılacağına dair nəzəriyyəni irəli sürüb.
Ardı 👇👇👇
https://t.me/araznews_az/1309

27.03.202512:52
Qacar Muzeyi, Təbrizdə Qacarlar dövrünə aid ehtişamlı bir tarixi irs
Son əsrdə Pəhləvi rejimi və İslam Respublikası dövründə şəhərin tarixi irsinin 90 faizi dağıdılmış olsa da, Təbriz hələ də keçmişinin zəngin və möhtəşəm tarixini əks etdirən bir sıra abidə və tarixi binaları ilə öz görkəmini qoruyub saxlayır.
▪️@ArazNews_az
Son əsrdə Pəhləvi rejimi və İslam Respublikası dövründə şəhərin tarixi irsinin 90 faizi dağıdılmış olsa da, Təbriz hələ də keçmişinin zəngin və möhtəşəm tarixini əks etdirən bir sıra abidə və tarixi binaları ilə öz görkəmini qoruyub saxlayır.
▪️@ArazNews_az
06.04.202515:02
📍İraq Kürdlərinin 1991-ci ildə İran və Türkiyəyə Miqrasiyası və Qərbi Azərbaycan əyaləti durumu - 2-ci hissə
🌎 Beynəlxalq Təşkilatların Rolu
Beynəlxalq təşkilatlar, məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) və Həkimlər Sənsiz (Médecins Sans Frontières) qaçqınlara yardım göstərməkdə mühüm rol oynamışdır. Türkiyə, Qərb ölkələrinin dəstəyi ilə ərzaq, çadır və dərman kimi təcili yardımlar almışdır. İran isə, Beynəlxalq Qızıl Aypara Hərəkatı qurumunun nəzarətində olan və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir.
📌 6 Aprel 1991, İraq Kürd Qaçqınlarının Qərbi Azərbaycana Girişi
Daxili məlumatlara və dövrün qəzetlərindəki məlumatlara əsasən, 1991-ci il 6 aprel tarixi, İraq kürd qaçqınlarının Qərbi Azərbaycan əyalətinə geniş şəkildə daxil olduğu zaman olaraq qəbul edilə bilər. İlk qrupun dəqiq tarixini müəyyən etmək çətindir, amma rəsmi müsahibələr və həmin ilin dərc edilmiş hesabatlarına əsasən, bu gün əhəmiyyətli tarixi bir gündür.
🔖 Son Fikir
İraq kürd qaçqınlarının 1991-ci ildə həyata keçirdikləri böyük miqrasiya, yalnız XX əsrin son onilliyindəki ən böyük insanlıq böhranlarından biri olmaqla qalmamış, həm də İranın sərhəd bölgələrində, Yəni Güney Azərbaycan tarixi ərazilərində və türklərin yaşadığı bölgə xüsusən də Qərbi Azərbaycanda, demoqrafik, təhlükəsizlik və sosial strukturlar üzərində uzunmüddətli təsir yaratmışdır. Bu hadisənin sənədləşdirilməsi və 6 aprel gününün “İraq Kürd Qaçqınlarının Qərbi Azərbaycana Gəliş Günü” kimi qeyd edilməsi, regionun tarixi, kimlik və insanlıq məsələlərində mühüm rol oynaya bilər.

06.04.202511:36
Güney azərbaycanlı milli fəal 5 il həbs üçün Evin həbsxanasına köçürülüb
Azərbaycanlı türk fəal Salar Tahir Əfşar, Tehranın 33-cü dairəsinin Ümumi və İnqilab Prokurorluğunun 1-ci Hökm İcra Şöbəsinə çağırıldıqdan sonra, beş il azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.
Tehran Prokurorluğunun Hökm İcra Şöbəsi tərəfindən Salar Tahir Əfşara göndərilən çağırış vərəqəsinə əsasən, o bu məhkəmə orqanına müraciət etdikdən sonra həbs cəzasının icrası üçün Evin həbsxanasına təhvil verilib.
O, 2024-cü il mayın 22-də Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsində, hakim Əbulqasım Salavatinin sədrliyi ilə keçirilən məhkəmədə “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

02.04.202515:04
Naci Şərifi Zindəşti kimdir?
Qərbi Azərbaycan əyalətində insan və narkotik qaçaqmalçısı kimi tanınan bu şəxs illər əvvəl bir çox ağır cinayətlərdə ittiham olunaraq axtarışa verilmiş və ölüm hökmünə məhkum edilmişdi. Bəs Zindəşti zindandan necə qaçdı və Türkiyəyə necə keçdi?
Həbsdən qaçdıqdan sonra o, ölkə xaricində silahlı cinayətkar şəbəkələr yaradaraq İran rejiminin mühacirətdəki müxaliflərinə qarşı sui-qəsd əməliyyatlarında necə iştirak etməyə başladı?
Və indi, bütün bu keçmişinə baxmayaraq, Zindəşti İranda Sepah-ın dəstəyi ilə necə "xeyriyyəçi" və "siyasi fəal" kimi təqdim olunur?
Bu sualların cavabını və daha çoxunu yaxında Araz News-un xüsusi xəbərində oxuyacaqsınız.

02.04.202514:17
🔰Aprel müharibəsinin ildönümündə Güney Azərbaycanlı şəhid jurnalist Səyyad Nejadəli-nin xatirəsini ehtiramla yad edirik
ArazNews: Bugün 2016-cı il Aprel döyüşlərinin 9-cu ildönümüdür. Bu şanlı savaş Azərbaycan Ordusunun tarixi qələbələrindən biri olaraq xatırlanır. Hərbi zəfərlə yanaşı, bu döyüşlər zamanı milli mübarizənin informasiya cəbhəsində fədakarlıq göstərmiş qəhrəmanlarımız da var. Onlardan biri, güneyli jurnalist və milli hərəkatın fədakar media fəalı Səyyad Nejadəli idi.
Ardı 👇👇👇
https://t.me/araznews_az/1317

29.03.202512:22
Cənab Ayətullah Xamenei,
Sizin liderliyinizin mövqeyinə və İran xalqına hörmətlə bu məktubu sizə göndərirəm. Məqsədim, onilliklər boyunca şahid olduğumuz qarşıdurmalar, anlaşılmazlıqlar və lazımsız toqquşmalardan uzaq, münasibətlərimizdə yeni üfüqlər açmaqdır. Artıq düşmənçiliyi arxada qoymağın və qarşılıqlı hörmət və əməkdaşlıq üzərində yeni bir səhifə açmağın zamanı çatıb. Bu gün də qarşımızda tarixi bir fürsət var.
Mənim rəhbərliyim altında Amerika Birləşmiş Ştatları sülhə doğru böyük bir addım atmağa və gərginliyi azaltmağa hazırdır. Biz birlikdə sanksiyaları aradan qaldıra, İran iqtisadiyyatını gücləndirə və ölkələrimiz arasında əməkdaşlıq qapılarını aça bilərik – təkcə xalqlarımızın deyil, Yaxın Şərqin və bütün dünyanın sabitliyi və sülhü naminə.
Lakin sizi xəbərdar edirəm: əgər bu uzadılmış əli rədd etsəniz, əgər İran rejimi gərginliyi artırmaq, terror təşkilatlarına davamlı dəstək vermək və hərbi avantüralar yolunu seçsə, cavabımız qəti və sürətli olacaq. Sizin rejiminizin xalqımıza və ya müttəfiqlərimizə təhdidləri qarşısında əllərimizi yanımıza salıb dayanmayacağıq.
Sülh zəiflik deyil, güclülərin seçimidir. İran xalqı böyük xalqdır və təcriddən, yoxsulluqdan və iztirabdan uzaq, daha yaxşı bir gələcəyə layiqdir.
Əgər danışıqlara hazırsınızsa, biz də hazırıq. Lakin əgər dünyanın tələblərini görməzdən gəlməyə davam etsəniz, tarix bununla yadda qalacaq ki, siz böyük bir fürsəti əldən verdiniz.
Hörmətlə,
Donald J. Tramp
▪️@ArazNews_az

27.03.202511:53
Qaşqay Türkləri Türkiyənin qəlbində Novruz bayramını qeyd edib
25 mart tarixində İstanbul Universiteti baharın gəlişi münasibətilə türklərin coşqulu bayramına ev sahibliyi etdi.
Bu bayram təkcə bir ənənəvi mərasim deyil, eyni zamanda türk dünyasının həmrəyliyinin, kimliyinin və tarixi bağlarının bir rəmzidir.
Qırğızlar, uyğurlar, qazaxlar, türkmənlər və digər soydaşlarımızla yanaşı, qaşqay türkləri da bu bayramda qürurla iştirak etdilər.
Qaşqayların stendi müqəddəs bayraqları və özünəməxsus milli geyimləri ilə bu xalqın qədim və zəngin mədəniyyətini nümayiş etdirdi.
Türk dünyasının təbiətin yenilənməsini birlikdə qeyd etdiyi bu gündə, qaşqaylar da soydaşlarının sırasında şərəflə yer aldılar və göstərdilər ki, sərhədlər onları ayırsalar da, qəlblərdə və ruhda həmişə bir və bərabər qalıblar.

📍 İraq Kürdlərinin 1991-ci ildə İran və Türkiyəyə Miqrasiyası və Qərbi Azərbaycan əyaləti durumu - 1-ci hissə
🔻 Miqrantların İran'a Girişi
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən təqdim olunan məlumatlara əsasən, 1991-ci ilin aprel ayının ilk həftəsində, İrandakı İraq qaçqınlarının sayı 50,000 nəfərdən 700,000 nəfərə qədər artmışdır. Bu qaçqınların böyük bir hissəsi Qərbi Azərbaycan əyalətinin sərhəd bölgələrindən, xüsusilə Kürdüstanın İraqla sərhədləri olan Piranşəhər, Sardəşt və Mahabad kimi şəhərlərdən keçərək ölkəyə daxil olmuşdur. Bu böyük miqrasiyanın nəticəsində, yerli infrastruktur, səhiyyə xidmətləri və insan resurslarına əhəmiyyətli təzyiq yaranmışdır.
Miqrantların Türkiyəyə Girişi
Eyni dövrdə, Türkiyə də 500,000-ə yaxın İraq kürdünü qəbul etmişdir. Bu qaçqınlar, xüsusilə Hakkari bölgəsindən ölkəyə daxil olmuşdurlar. 1991-ci ilin 8 aprel tarixinə qədər, 250,000 nəfərdən çox qaçqın Türkiyə sərhədlərində müvəqqəti düşərgələrdə yerləşmişdir. Təhlükəsizlik narahatlıqlarına baxmayaraq, Türkiyə, qaçqın qəbulunu nəzarət altına almaq üçün insani yanaşmanı qoruyaraq, miqrantlara verdiyi dəstəyi daha rasional siyasətlər çərçivəsində həyata keçirdi.
📌 İki Dövlətin Rolu Müqayisəsi
İran İslam Respublikası bu genişmiqyaslı miqrasiyanı bir fürsət kimi qiymətləndirərək, ölkəyə daxil olan qaçqınlara qarşı daha açıq və sərbəst bir yanaşma sərgiləyədi. Türkiyə qaçqınları əsasən sərhəd bölgələrində müvəqqəti olaraq yerləşdirməyə yönəlmişdi, halbuki İran, qaçqınları kürdüstan əyalətinə yerləşdirmək yerinə Qərbi Azərbaycan əyalətindəki şəhərlərə sərbəst şəkildə yerləşdirdi.
İran dövləti, iraqlı kürdlərin girişini fürsət bilib və Türkiyənin əksinə olaraq, onları düşərgələrdə saxlamaq, səhiyyə, ərzaq və mənəvi yardımlar göstərmək və sonra geri qayıtmaları üçün şərait yaratmaq əvəzinə, qaçqınların Qərbi Azərbaycan əyalətinin şəhərlərində məskunlaşmalarını təmin etmək siyasətini həyata keçirdi. Bu şərait onların burada yaşaması, sonra isə şəxsiyyət vəsiqəsi, yaşayış və vətəndaşlıq əldə etmələrinə səbəb oldu. İran hökumətinin 1925-ci ildən bəri tətbiq etdiyi siyasət, ölkənin Türkiyə ilə sərhədində kürdlərdən ibarət bir bufer zonası yaratmaq olmuşdur və hələ də bu siyasət davam edir. İraqlı kürd qaçqınlarının Qərbi Azərbaycan şəhərlərinə gəlişi, bu bölgənin cənubi Azərbaycan şəhər və kəndlərinin demoqrafik quruluşunun dəyişməsinə böyük təsir göstərdi.
Foto: Time dərgisi, 22 aprel 1991 arxiv. İzah: İranın Piranşəhər (Qərbi Azərbaycan əyalətində bir şəhər) şəhərində bir məsciddə yatırlar, İraqdakı qorxunc qaçışlarının ardından.

06.04.202507:41
İran Yəməndən qüvvələrini geri çəkir və Husilərə dəstəyini dayandırır
İran Yəməndəki hərbi qüvvələrini geri çəkmək və Husilərə verdiyi dəstəyi dayandırmaq qərarına gəlib.
Daily Telegraph qəzetinin məlumatına görə, bu addım, ABŞ-ın Husi hədəflərinə qarşı həyata keçirdiyi intensiv hava hücumlarından sonra atılıb. İranın yüksək səviyyəli rəsmisi bildirib ki, bu qərar İranın ABŞ-la birbaşa qarşıdurmadan qaçınmaq məqsədilə qəbul edilib.
ABŞ Prezidenti Donald Tramp İranı Husilərə silah və kəşfiyyat məlumatları verməkdə ittiham edərək, bu dəstəyin davam etməsi halında ciddi nəticələrlə qarşılaşacağını bildirib. Tramp qeyd edib ki, Husilərin hücumlarını İranın hərəkətləri kimi qiymətləndirir və buna uyğun cavab verəcək.
Husilər isə ABŞ-ın hücumlarına cavab olaraq Amerika gəmilərini hədəfə alacaqlarını və əməliyyatlarını genişləndirəcəklərini bəyan ediblər.
İran Yaxın Şərqdəki proksi qüvvələr üzərində nəzarətini tədricən itirdikcə, bölgədəki strateji təsir gücü də zəifləyir.

Əbdüləziz Əzimi Qədim, 2 mart 2025 tarixindən etibarən özünə və digər azərbaycanlı fəallara qarşı çıxarılan ədalətsiz hökmlərə və qurama ittihamlara etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu müddət ərzində o, iki dəfə vəziyyətinin ağırlaşması və huşunu itirməsi səbəbilə zindanın səhiyyə bölməsinə aparılıb. Lakin bütün sağlamlıq problemlərinə baxmayaraq, zindan məsulları nəinki ona tibbi yardım göstərməkdən imtina ediblər, hətta onu ailəsi ilə telefon əlaqəsindən məhrum edib, aclığı davam etdirəcəyi təqdirdə təkadamlıq kameraya salınmaqla hədələyiblər.
Digər azərbaycanlı fəal Ayaz Seyfxah isə 9 mart 2025 tarixindən Əzimi Qədimi dəstək olduğunu bildirmək və eyni zamanda çıxarılan ədalətsiz hökmlərə etiraz olaraq aclıq aksiyasına başlayıb. O da hazırda 23 gündür aclıq aksiyasındadır və son günlərdə o da telefon əlaqəsindən məhrum edilib.
Azərbaycan milli hərəkatına yaxın media qurumlarının verdiyi xəbərə görə, hər iki fəal Ayaz Seyfxah və Əbdüləziz Əzimi Qədim aclıq aksiyası nəticəsində təxminən 20 kiloqram çəki itiriblər və ciddi dərəcədə halsızlıq, ürək döyüntüsü və zəiflikdən əziyyət çəkirlər.
29 mart 2025 tarixində bir qrup azərbaycanlı fəal, həbsdə olan fəalların ailələrini ziyarət edərək, Ayaz Seyfxah və Əbdüləziz Əzimi Qədimə ünvanlanmış bəyanatda onların sağlamlığının milli mübarizənin davamlılığı üçün prioritet olduğunu bildirərək, aclıq aksiyasını dayandırmalarını istəyiblər.
Fəallar həmçinin aclıq aksiyası nəticəsində yarana biləcək hər hansı fəsadlara görə məsuliyyəti İranın məhkəmə və təhlükəsizlik orqanlarının üzərinə qoyaraq, bu fəalların ailələri ilə görüşməsinə şərait yaradılmasını tələb ediblər.
Əzimi Qədim və Seyfxah 2024-cü ilin fevral ayında saxlanılıb və 2024-cü ilin oktyabr ayında Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən hakim Əbülqasım Salavatinin sədrliyi ilə müvafiq olaraq 6 və 14 il həbs cəzasına məhkum ediliblər.

30.03.202517:50
Təbriz Lale Parkında Azərbaycan rəqsi
Təbriz bələdiyyəsi tərəfindən təşkil olunan Ramazan bayramı şənliyi Lale Parkında vətəndaşların böyük marağı ilə keçirildi.

29.03.202512:21
Sky News Donald Trampın Əli Xameneiyə ünvanladığı məktubun mətnini yayımladı
Bu məktubun mətni ərəb dilində ilk dəfə olaraq Məhəmmədsaleh Sidqian tərəfindən "X" sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşılmış və daha sonra Sky News Ərəbcə tərəfindən dərc edilmişdir.
Məktubun məzmunu hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Araz News bu məktubun Azərbaycan türkcəsində tərcüməsini dərc edir.
👇👇👇
https://t.me/araznews_az/1307

27.03.202509:49
Təbriz bələdiyə binasının qarşısında Azərbaycan milli rəqsi
Bu bina bir zamanlar Azərbaycan Milli Hökümətinin parlement binasi olub
Fars faşizminin Güney Azərbaycan və İranın fərqli bölgələrində yaşayan Türk millətinin haqlı tələbləri qarşında baş əyməkdən başqa şansı yoxdur
🔗 @ArazNews_az

Показано 1 - 24 із 62
Увійдіть, щоб розблокувати більше функціональності.