İndiyədək bir müsəlman və mömin birinin mövqeyindən irəli gələn, dini və Quran məzmununda olan şübhəni təqdim etmiş və cavablandırmışdıq. Bu şəxs Quranın dəlillərinə istinad edərək nəticəyə gəlmişdir ki, İslam məcburi qanunlar tətbiq etməməli və insanların həyatına müdaxilə etməməlidir. Çünki belə bir müdaxilə İslamın qəbul etdiyi azadlıq prinsipi ilə ziddiyyət təşkil edir. İndi isə bu şübhəni din xarici və universal bir yanaşma ilə təqdim edirik:
Bu yanaşmada şübhə irəli sürən şəxs dini qanunların məcburiliyini və insanları itaət etməyə dəvət etməyi insanlığın əsası və mahiyyəti ilə uyğunsuz və ziddiyyətli bir hal kimi təqdim etməyə çalışır. Bu şübhə bir neçə formada irəli sürülmüşdür və biz onların bəzilərinə toxunacağıq:
Məntiqi terminlər baxımından, seçim azadlığı insanın xüsusiyyətini və mahiyyətini təşkil edən bir ünsürdür. Əgər biz onun azadlıq və seçim hüququnu əlindən alsaq, insanlıqdan da məhrum etmiş olarıq. Beləliklə, onu bir heyvana bənzər hala salmış olarıq ki, boğazına yəhər vurularaq bir tərəfə çəkilər. Buna görə də, insana hörmət etmək və onun insanlığını qorumaq üçün ona seçim hüququ vermək lazımdır. Buna görə də din məcburi qanunlara malik olmamalıdır və insanı peyğəmbərə, imamlar və məsum imamın canişinlərinə itaət etməyə vadar etməməlidir. Əks halda insanlığa hörmət olunmur və o, bir tərəfdən digər tərəfə çəkilən ram olunmuş bir heyvana bənzədilir. (Bu bir şübhədir və cavabı veriləcək).
İslamda siyasət düşüncəsi.📚