Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Лёха в Short’ах Long’ует
Лёха в Short’ах Long’ует
Mirağa Dadaş avatar
Mirağa Dadaş
Mirağa Dadaş avatar
Mirağa Dadaş
26.02.202516:50
Həzrəti Rəsuli-Əkrəm (s) buyurur;

Kim Allahın ona bütün xeyirlərdən nəsib etməsini istəsə, məndən sonra Əlinin (ə) vilayətində olsun, onun dostlarını dost, düşmənlərini isə düşmən bilsin...

«پیامبرگرامی اسلام صلی‌الله علیه و آله و سلم»:

مَن سَرَّهُ أَن یَجْمَع‌اللهُ لَهُ الخَیرَ کُلَّه فَلیُوالِ عَلیّاً بَعدیِ وَ لْیُوالِ اَولیاءَهُ وَلْیُعادِ اَعداءَه.

هر کس دوست دارد که خداوند هر چه خیر است نصیب او گرداند، بعد از من به وَلای علی(ع) تمسک جوید، دوستانش را دوست و دشمنانش را دشمن بدارد. (بحار، ج ٢٧، ص ٥٥)
Aman həyasızlıq əlindən...

Mən həqiqətən həyatım boyu bu qədər həyasız qövm görməmişəm. Rəhbərin Fələstin kitabını dinləyin, ağa ən çox bunların hiyləgərcə özlərini yazıq göstərmələri üzərində danışır.

#xalq_mediası fəalları, cuhudların Azərbaycandakı yeganə rəsmi səhifəsi olan bu kanalı mediada düşmən səngəri bilin. Fələstində insanlar güllə tapa bilməyəndə daş atırdı. Bunların səhifəsinə bircə rəy yazmağı çox görməyin. Dəfələrlə qeyd eləmişik, yenə edirik, gizli addan istifadə edin. Dindarlar içinə sızmış bir qrup casusun "kişisən öz adınla yaz" statusları sizi hiddətləndirməsin. Onlar sadəcə kimliyinizi müəyyən eləmək istəyirlər. Düşməni nişan almaq üçün əsgər gərək birinci özünə gizli bir yer tapa ki, dəqiq nişan ala. Bu səhifəni izləməyə alın və hər bir paylaşımının altında Azərbaycanda sizi istəmirik yazın. And olsun Allaha bu işlər yeddi sizdən törəyəcək nəslinizə təsir edəcək. Şəhid Abbas deyirdi ki, qeyb dövründə düşmənlə vuruşmayanlar zühurdan sonra da vuruşmazlar. Ağa rəhbər buyurur ki, bu gün media PUA-dan daha təsirlidir. Onların bütün ümidi Azərbaycanadır. Mən and içməyə hazıram ki, Azərbaycandakı bir nəfərin onlara düşmən kəsilməsi, atılan bütün ballistik raketlərdən daha güclü təsirə malikdir.

Həmin səhifənin linki ⬇️
https://www.facebook.com/share/v/1BgduofBvY/
Rəhbərin namaz barədə fikirlərinin toplandığı kiçik bir kitab var. Əziz qardaşlar onu səsləndiriblər. Bu kitabı bir dəfə dinləsəm də yenidən dinləyəndə diqqətimi bu cümlə çəkdi;

Diqqətsiz qalıb az adamla, özü də həvəssiz yaşlılarla qılınan camaat namazını göstərmək camaat namazının təbliği deyil...
Camaat imamı namaz qılmağın yanında İlahi rəhmətin və hidayətin endiyi o yerdə, həmdərdliyi, yol göstərməyi və həmrəy olmağı namaz qılanlara hədiyyə edə bilər. Bu zaman tələbə və şagird toplumları özlərinin ən cazibədar toplantı mərkəzlərini universitetin və məktəbin məscidi biləcəklər...

Əgər nə vaxtsa əlinizə bir məscidin müdiriyyəti keçsə bu nüansa diqqət edin. Mənim illərdir müşahidə etdiyim bir nüans var; cavanlar yox, adətən bəzi məscidlərə ancaq yaşlı adamlar gəlir. 2 namazın qılınması təqribən 40 dəqiqə çəkir. Məscidə gələn cavanlar uzaq-başı kənarda fərdi niyyət edib 7-8 dəqiqəyə namazlarını qılıb gedirlər. Beləliklə bir müddət sonra həmin cavanlar ümumiyyətlə məscidə gəlmirlər. Sanki cavanları məsciddən soyutmaq planının icrası həyata keçirilir. Biz, Əhli-Beytin namazına diqqət edəndə görürük ki, təklikdə uzun, camaatla isə qısa qılıblar namazı. Camaat namazının sürətli qılınması barədə əmrlər də var hədislərdə. Bəs niyə tamamilə əksi icra olunur? Bəzi şeylərə yenidən baxmağın vaxtıdır. Bu işlərdə bizə əziz rəhbərin fikirləri ən gözəl yol göstərəndir. Mən bir dəfə bazarda idim, namaz vaxtı məscidə girdim. Məscidin bütün əhli bazarda işləyənlər idi. Demək olar ki, hamı mağazanı bağlamışdı və gəlmişdi. Pişnamaz çox sürətli şəkildə namazı qıldı, iki namazın arasında heç bir uzun müstəhəbləri etmədən ikinci namaza başladı. İkinci namaz bitən kimi tez hamıya çay paylandı. Çayı 2 dəqiqəyə içib hamı getdi. Mən şoka düşmüşdüm. Pişnamaz o qədər zirəng adam idi ki, məscid əhlinin mağaza işlədənlər olduğunu nəzərə alıb belə bir üsul tapmışdı. Bütün bazarı da namaza gətirmişdi. Pişnamaz cavan idi...
Dövlətçilik tağut hakimiyyətlə eyniləşəndə müqəddəs sayılırmı?

Məqaləni oxumaq üçün linkə daxil olun ⬇️

https://telegra.ph/D%C3%B6vl%C9%99t%C3%A7ilik-ta%C4%9Fut-hakimiyy%C9%99tl%C9%99-eynil%C9%99%C5%9F%C9%99nd%C9%99-m%C3%BCq%C9%99dd%C9%99s-say%C4%B1l%C4%B1rm%C4%B1-02-24
Ramiz maşında gəldi
Ramiz, maşın da gəldi

Yuxarıda yazdığım bu iki cümlənin yazılışında 2 fərq var, mənasında isə bir dünya...


Modernizm fikir daşıyıcıları "kim deyir ki, filan şey qanundur, belə olmalıdır, həqiqət bəlkə onun əksidir, hamısı nisbidir, 9-a altdan baxanda 9, üstdən baxanda 6 olur" və s. kimi fikirlərlə dünyanın başına olmazın müsibətləri gətirdilər. Əslində isə məsələnin həqiqətində dinləri səhnədən çıxarmaq dayanırdı. Tək Allaha inanana bu yol ilə "kim deyir ki, Allah təkdir, bəlkə çoxdur?", çox Allaha inanana isə "kim deyir ki, Allah çoxdur, bəlkə təkdir?" kimi fikirlər yeridərək dinlərlə mübarizə apardılar. Bu məsələyə əlbəttə ki, incəsənətlə girdilər. Ona görə də müvəffəq oldular. Fikir versək görərik ki, ən anormal tablolar modernist dövründə ortaya çıxdı. Kim deyir ki, insanın üzündə dabanı ola bilməz, çək getsin. Ən anormal inşaatçılıq modernizm dövründə ortaya çıxdı. Kim deyir ki, ev simmetrik olmalıdır, bir tərəfin dairə, digər tərəfin kvadrat elə, tik getsin. Ən anormal mahnılar (caz, rok və s.) modernizmin məhsuludur. Kim deyir ki, musiqi ruha ləzzət verməlidir. Elə çal qulağım zingildəsin, saçını yellə vəhşi kimi, axırda da gitaranı qır və s. Gəldilər ədəbiyyata. Kim deyir ki, şeirin vəzni, qafiyəsi, hecası olmalıdır? Gətir ordan sərbəst janrı. Yaz Elza! Beləcə bütün sahələrdə nisbilik hökm sürməyə başladı. İkinci hədəf isə istismar məsələsi idi təbii ki. Qərblilərin tradisional cəmiyyət adlandırdıqları Yəmən kimi, Hindistan kimi, Misir kimi, Çin kimi ənənəvi toplumlara Britaniya necə girə bilərdi? Oranı necə istismar edə bilərdi? Onların özlərinə xas dəyərləri, adətləri var. Gəldilər və dedilər ki, kim deyir ki, bu adət düzdür, bəlkə düz olan bu biridir?

Söhbət, o adətlərin düz ya səhv olmasından getmir təbii ki. Həmçinin əksər toplumlarda adətlərin bəziləri elə insan fitrəti ilə həqiqətən də uyğunsuz olduğundan həmin toplumlar adətlərindən imtina elədi və nəticədə parçalandılar. Çünki birliyin arxasında dəyərlər olmalıdır. Bu dəyərlər sual altına gedəndə birlik itir. Buna görə daim dəyərləri müdafiə etməliyik.

Beləcə bütün dünyanı modernist fikir bürüdü və anqlosakslar 20 ölkə xaric hər yeri istismar edə bildilər. Ona görə də bu tip nisbilik təbliği ilə məşğul olanların fikirlərini daim vurmaq lazımdır. Həqiqət deyilən bir şey var və o, həm var ola, həm yox ola bilməz. Yəni insanın ya üzündə dabanı olmalıdır ya yox. Musiqi ya ruhu dincəltməlidir ya yox. Şeirin ya qafiyəsi olmalıdır ya yox. Ramiz ya maşında gəlib, ya da mən Ramizə maşının gəldiyin xəbər verirəm. Biri savadsızlıqdan Ramizə maşının xəbər verilməsini "Ramiz maşında gəldi" şəklində yazırsa, bu videodakı şəxsin dediyi kimi hətta toplumun 70 faizi, hətta 100 faizi də bunu belə yazırsa, bu, yenə də həmin yazılışın düzgün olduğuna dəlil deyil. Haqqın nisbi olması fikri insanı elə bir uçuruma aparır ki, hər şeyə şəkk eləməyə başlayır insan; Düzdür ki, bütün dünya bacı ilə insest yaşamağa pis baxır. Amma görəsən həqiqətdə pisdirmi? Bəlkə bütün dünya səhv edir? Bəlkə biz bacımla bir-birimizi sevirik? Bəlkə iki yad insandan daha xoşbəxt olarıq? Kim deyir ki, bu işin yanlış olduğunu ortaya atan adam düz deyir? Bəlkə səhv deyir? Bəlkə mən ümumiyyətlə sincab ilə evlənim? Kim bu qanunu qoyub ki, insan ancaq insanla evlənməlidir və s...

Xülasə; modernizm, ənənəvi cəmiyyətləri istismar etmək üçün onları birləşdirən dəyərləri məhv etdi. Dinləri də sual altına apardı ki, siyasi səhnədən çıxara bilsin. Bu ideologiya incəsənətlə yayılıb və bununla mübarizə vacibdir. Düzdür ki, artıq dünya post-modernizm dövründədir. Amma 3-cü dünya ölkələrinin bəzisində hələ də modernizm dövrüdür. Bu ikisi arasındakı fərq də budur ki, modernizm sənə, dəyər və etiqadına şəkk ilə yanaşmağı, əks tərəfin də doğru ola biləcəyi ehtimalını verməyi təbliğ edir. Post-modernizmdə isə sən də səhvsən, əks tərəf də, ümumiyyətlə dünyada dəyər adlı bir şey yoxdur. Biz sadəcə ləzzətmehvər canlıyıq. Dünya da böyük meşədir. Hər kəs bacardığı hər yol ilə daha çox ləzzət almağa çalışmalıdır. Bunun qarşısında ən böyük maneə ağıl və dəyərlər sistemidir. Bu 2-dən imtina edək gərək!
26.02.202514:38
İmam Əli (ə):

"Yalana aludə olmaq yoxsulluq gətirər."
Biharul-Ənvar, c.72, səh.261, hədis 36
26.02.202510:36
Bu kitabı Məşhəddə, hərəmin qapısı ağzında sırf rəhbərin əsərlərinin satıldığı dükandan almışdım. Dizaynı xoşuma gəldiyi üçün almışdım. Oxuduqca çox dəyərli kitab olduğunu görürəm. Adı "Rövşən-Sayə"dir. Yəni işıq və kölgə. Kitabın üz qabığına belə yazılıb; Son 100 ildə İrana rəhbərlik etmiş şəxslər barədə 100 dastan. Son 100 ildə İrana 4 nəfər rəhbərlik edib: Rza Xan, oğlu Rza Şah, İmam Xomeyni və İmam Xamenei. Kitab bu 4 şəxsin müqayisəsi şəklindədir.
Əziz bir qardaşımız irad eləmişdi fikrimə, həmin fikrimin biraz da izaha ehtiyacı olduğunu düşündüyüm üçün yazdığım cavabı sizinlə də bölüşürəm.
24.02.202513:35
Cuhudlar seçilmiş xalqdır tezisi toplumlara necə təlqin olunur

Adətən belə xəbərlərə tez-tez rast gəlirik;

Ərəblər min raket atdı, cəmi 1 cuhud yaralandı.

İran ballistik raket atdı, raketin dəmiri cəmi 1 nəfərin başına düşdü, o da müsəlman ərəb olub.

Filan yerdə böyük qəza oldu, ancaq cuhudlar sağ qaldı.

Nəhayət gələk son 3 avtobus partlayışına. Deməli 3 sərnişin avtobusu partladılıb və heç kəs zədə almayıb. Çünki ərəblər am (ante meridiem) və pm (post meridiem) məsələsini qarışdırıblar. Buna görə də avtobuslar iş saatı olmayan vaxtda partlayıb.

Bunları mütaliə edən hər kəsdə belə bir fikir yaranır; baxın bu ərəblər necə ağılsız iş tutublar, amma cuhudları Tanrı necə qoruyur. Bütün bu təbliğatların kökündə də elə məhz bu fikrin təlqini yatır; Cuhudları Tanrı qoruyur. Həqiqətdə isə yaydıqları məlumatlar yalandır və uğursuz partlayışları bəzən özləri həyata keçirirlər ki, dünyanın dörd bir tərəfindən ora qırılmaları üçün cəm etdikləri işğalçılarda əks miqrasiya fikri yaranmasın.

Həqiqətən Tanrı bu toplumu qoruyursa, niyə görə tarixdə özlərinə bir dəfə dövlət qura bilməyiblər və həmişə başqa toplumlar içində qovulan tayfa olublar?

Diqqət edin, Amerika onlardan şərqdə özünə baza qurmaq üçün istifadə edir. Onlar da illərdir ərəblərin qəzəbinə tuş gəlirlər və qırılırlar...

Budurmu dünyanın ən ağıllı və seçilmiş toplumu?

#şübhələrə_cavab
)
21.02.202515:40
İmam Sadiq (ə):

"Camaat kimin dilindən qorxarsa, o, alovda olar."
əl-Kafi, c.2, səh.327, hədis 3
Bu da deyəsən hesabata işləyənlərdəndir. Özü tək başına şam yandırır, sonra bir nəfərlə havaya şar buraxır və cuhud ağalarına təqdim edir ki, "azərbaycanlılar bizə görə yas tutur". Yəqin yanındakı bir nəfərin kənarına fotoşopla çoxlu adam qoyar ki, bir çırtmama orda ayağa qalxmağa hazır 700 min adam var...
26.02.202509:18
•Namaz

(İmam Xamenei)

Bu kitab cəmi 40 səhifədir. 15 dəqiqə ərzində mütaliə edib bitirə bilərsiniz. İmam Xamenei cənablarının namaz barədə çıxışları bu kitabda bir yerə toplanıb. Xoş mütaliələr...

T.me/pdf_dini_kitablar
25.02.202517:28
Fələstin kitabının tam audio versiyası - mp3
Azərbaycan hakimiyyəti ruhani Hacı Mətləb Bağırovu 12 il müddətinə azadlıqdan mərhum edib.

Düşmən bizim hansı təfəkkürdə olmağımıza, hansı metodla dindarlıq etməyimizə baxmır. Bizim hamımızı özünə təhlükə görür. Bizi vahid bir camiə görür: Şiə camiəsi. Biz özümüz daxildə bölünürük. Birimiz müqavimət yolunu seçirik, birimiz maarif və s. Hacı Mətləb dövlətin bütün qaydalarına riayət edərək, ölkə qanunlarını pozmadan fəaliyyət göstərməyi seçmişdi. Belə bir insanın həbsi dövlətin özü üçün nöqsandır. Çünki dövlət dindarlara sivil, qanunlara riayət edərək ölkə daxilində fəaliyyət göstərməyin bütün qapılarını bağlayır və hətta müqavimət yolunu seçməyənləri də müqavimətə meyllənməyə məcbur edir.

Allah Hacı Mətləbin qapısını açsın yazmayacam. Çünki bu sözü Quranın cuhudlar barədə buyurduğu ayəyə bənzədirəm; "Ey Musa, sən və Allahın gedin düşmənlə döyüşün, biz dayanıb baxaq". Allah, məsuliyyət təyin edəndir. Amma bizlər Allaha məsuliyyət təyin eləməyə başlamışıq. Allah filankəsin qapısını açsın dua deyil, öz vəzifəni Allaha yönləndirməkdir.

Allah bizim şiə camiəsinə vəhdət nəsib eləsin ki, hərəkət edək. Hərəkət edəndə isə qapılar açılır. Həzrət Yusif qapıya tərəf hərəkət etdi ki, qapılar açıldı. İlkin hərəkətimiz isə vəhdət olmalıdır. Bu vəhdəti pozan, dindarlar arasında söyüş, təhqir ənənəsini yaradan hər kəsi dindarlar özləri islah eləməli, islah olmasalar camiə içində ağılları başlarına gələnə və islah olana qədər təcrid etməlidirlər.
22.02.202511:18
Əgər Allah bizi bu işə layiq bilsə və tofiqat versə Azərbaycan Araşdırma Mərkəzi adından bəlkə də dünyada bir ilkə imza atacağıq.

İş nədən ibarətdir? Biz düşündük və belə qənaətə gəldik ki, Azərbaycan xalqının ən böyük zərbə yediyi yer məktəb vaxtından və xüsusən tarix dərsindən başlanır. Məhz tarix dərsi ilə xalqa başqa kimlik biçirlər və bu batil fikirlərlə böyümüş şəxsləri sonradan nə din ilə, nə başqa şeylə düzəltmək olmur. Çünki adətən insanlar atalarının dinində, etiqadında olur və bir insana atalarının dinini tərk etdirmək çətin məsələdir. Amma tarix islah olunsa, xalqa həqiqi kimliyini verə bilsək çox böyük dəyişiklik olar.

Bəs biz 5-ci sinifdən 11-ci sinifə qədər olan tarix dərsliklərini yenidən yazsaq, daha sonra ümumi tarix dərsliklərini də yenidən islah eləsək, hətta universitetlərdə tədris olunan 7-ci cildik akademik səviyyədə olan kitabı da islah eləsək, bunu Azərbaycan gəncinə necə oxutduracağıq? Aha. Bax işin maraqlı nöqtəsi də burdadır. Bizim əlimizdə təhsil nazirliyi olmadığı üçün məcburuq ki, elə bir şey təqdim edək ki, bunun Azərbaycanda və bəlkədə dünyada analoqu olmasın. Ona görə də bu qərara gəldik ki, hər bir dərsə aid tarixi film çəkək ki, uşaqlara və hətta böyüklərə də maraqlı gəlsin. Bunun üçün də təbii ki, böyük məbləğdə pullar lazımdır. Bunun üçün fikirləşdik ki, ən son çıxan süni intellekt proqramlarını təlim görək və tarix dərsliklərini bütünlükdə süni intellekt ilə səhnələşdirək. Qeyd edək ki, maraqlandıq və öyrəndik ki, bu, nə Avropada nə də Amerikada təcrübə olunub. Siz təsəvvür edin ki, tarix dərsidir və səhnədə möhtəşəm tarixi görüntülərdir, fonda da biri dərsi danışır. Uşaqlar buna necə baxmaya bilər? Üstəlik həmin uşaq dərsi oxumasa belə görüntülər ömürlük beyninə həkk olur...
Переслал из:
HAQQI DEYƏNLƏR avatar
HAQQI DEYƏNLƏR
21.02.202515:35
Bu kanal Ümumi Müqavimət xəttini dəstəkləyir və Hər bir Müqavimət təşkilatının,Müqavimətçi ruhaninin yanındadır. Hüseyniyyuna qarşı başladılan bu qara kompaniya düşmənin işidir və bu işi görənlərlə düşmənin heç bir fərqi yoxdur.
Nə yazsanızda nə etsənizdə Şeyx Orxanı və Bütün Hüseyniyyunu həqiqi haqq sevərlər tanıyır və sevir. Əsl Rəhbərin xəttində olanlar elə bunlardır.
Rəhbərin adından istifadə edib illərdi Qumda oturub özlərinə biznes quranların hələ dilidə var danışmağa.

💚Hüseyniyyun

https://t.me/Haqqi_Deyenler
26.02.202513:39
Həmin səhifədəki hər bir cuhud siyahıya alınır. Allah mənə qismət etməsə mənim dostlarım, onlara qismət olmasa sonrakı nəsil bu siyahılardan istifadə edəcək və sabah düşmənlər Azərbaycanda Colani kimi azərbaycanlıya bənzər birini hakimiyyətə gətirmək istəyəndə media fəalları üzə çıxaracaq ki, bu filan Aşdodun yetimçəsidir. Bu filan Şimonun küçüyüdür. Bunlar yəhudi yox sionistlərdir. Yəhudi ilə sionistin sadə bir fərqi var. Yəhudilər İsraili dəstəkləmirlər. Cinayəti dəstəkləyən onunla şərikdir. Bu səhifədəki hər bir yəhudi Azərbaycanın sabahı üçün bəla və müsibətdir. Bunlar sabah Azərbaycanda İslam hökuməti qurulanda saqqal saxlayıb hicab geymək istəyəcəklər. İndidən siz də onları qeydə alın. Düşmənin tanımayan adamı əziz rəhbər buyurur ki, şirin də yox, turşməzə bir konfetlə aldadarlar. Düşmənini tanı Azərbaycan. Sənin qanını neft çıxan gündən bu yəhudilər sümürür. Bunlar zəli kimi daraşıblar Azərbaycana. Bir gün Muxtar əlində neştərlə Qafqaza gələcək və bu zəlini qopardacaq. Həmin Muxtar, Əbu Übeydə Səqəfinin oğlu yox, elə bu gün aramızdakı möminlərin ya özləri ya da övladlarıdır. Rəhmətlik Baba Pünhan nə deyirdi?

Badi-Kübə şəhrinə bir gün Əli-Əkbər gələr
Zülfüqarıynan Əmirəl-Möminin Heydər gələr
Sahibi - əsri - Zamandan öncəki peydadı bu,
Bir həqiqətdir yazıb Pünhan, demə xülyadı bu...
26.02.202509:18
📌Namaz kitabı

📚İmam Xamenei
25.02.202516:40
Nəhayət ki, Fələstin kitabını tək parça şəklində hazırladıq. 12 saata yaxın olsa da, dinləməyə dəyər. Bunu mp3 şəklində yükləyib yol gedərkən dinləyə bilərsiniz. Bəlkə 10 dəfədən çox ən başdan dinləmişəm bu kitabı. Çünki hər dəfə dinlədikcə yeni nüanslar tapıram. Kitabı dinlədikdən sonra əldə edəcəyiniz ən mühüm nəticə düşünürəm bu olacaq ki, bu gün özünü bəzi fələstinsevər kimi göstərənlərin "şərqi və qərbi Qüds olmaqla paytaxtın bölünməsi, Fələstin Muxtariyyatı" kimi hiylələri həqiqətdə elə İsrailin oyunudur. Dünyada yeganə lider İmam Xameneidir ki, bu nüansı belə açıq dil ilə bəyan edir. Məhz buna görə Netanyahu bu kitabı əlinə alaraq "Ayətullah Xameneinin bizim məhvimiz barədə yazdığı kitab" demişdi. Bir düşünün. Rəhbərin xeyli kitabı var. Amma düşməni ən incidən kitabı budur. Rəhbər özü də bəzi çıxışlarında filan əsərimi mütləq mütaliə edin deyir. Bəs məlum olur ki, ağanın bəzi əsərləri digərlərindən daha mühümdür. Bu əsər də həmin əsərlərdəndir.

https://youtu.be/YuCp5qcawfY?si=oQgI2omaIimAkU6Q
23.02.202517:58
Növbəti məsələ də budur ki, dil qurumu hansısa yazı qaydasında səhv edə bilər və edir də. Misal üçün şe'r şəklində yazıdan şer şəklinə keçid, bu səhvdir. Amma eyni zamanda yenə də bu məsələ nisbiliyə dəlil deyil. Haqq yenə də bir dənədir, səhv edən tərəf dəyişib sadəcə. O biri misallarda xalq səhv yazırsa, burda qurum xəta edir.

Əgər haçansa əlinizə dövlət keçsə apostrofu geri qaytararsız. Çünki bu işarə həmin sözlərin ərəbmənşəli olduğunu göstərirdi. Həmçinin sonradan şer kimi kəlmələri şeir etsələr də, yenə də bu, şe'r yazılış formasının yerini vermir. Bunu sadəcə bizi ərəbdilli müsəlmanlardan ayırmaq üçün etdilər. Hal-hazırda misal üçün fars əlifbasında ط ظ ع ض kimi tələffüzdə heç vaxt məxrəcinə uyğun tələffüz olunmayan hərflər olsa da, bunları çıxarmırlar. Adətən farslar bir kəlmənin içində bu hərflərdən görəndə həmin kəlmənin ərəbmənşəli olduğunu bilirlər. Buna görə də illər əvvəl məl'un şah əlifbanı dəyişmək istəyəndə mərcələr (ruhları şad) fətva verdilər və qoymadılar bu işə. Mənim bu mövzulardakı yazılarım bəlkə də sizi bezdirə bilər. Mənasız da görə bilərsiz. Amma dərindən düşünəndə insan anlayır ki, nə qədər mühüm bir məsələdir...

#ana_dili
İsgəndər Hüseynzadə və Əflatun Şükürovun yazdırdığı hər söyüşə görə onlara fəqət bir xatırlatma edəcəyimi yazmışdım. Onlar söyüş kompaniyalarını saxlamadıqları müddətdə bu iş davam edəcək.

Deməli İranda bir ara liberallar ölkənin inqilabçı kəsimini sıxışdırmışdı ki, əhalinin sayı çoxaldıqca iqtisadi problemlər yaranır və məcburuq ki, əhalinin sayını azaldaraq bu prosesi nəzarətdə saxlayaq. İnqilabçılar da məcbur qalaraq susmuşdular. Çünki əks təqdirdə əhalinin sürətli artımı ilə yanaşı artan iqtisadi problemlər ölkədə çevrilişə səbəb ola bilərdi. İnqilabçılar da baş verəcək iğtişaşlarda günahkar sayılmamaq üçün bir müddət susdular və liberallar hətta hövzələrə nüfuz edərək azuşaqlılığı təbliğ eləməyə başladılar. Müxtəlif şüarlar da seçmişdilər. İndi artıq bu təbliğat dayanıb və rəhbər də insanları çoxuşaqlılığa dəvət edir. Həmin vaxt azərbaycanlı dindarlar arasında İsgəndər Hüseynzadənin Məhsa Əmini hadisələrində başını açaraq İrandakı iğtişaşları qızışdırmağa çalışan qızının əri, bu şəxs eyni zamanda İsgəndər Hüseynzadənin qardaşı oğludur, özünü axtalatdırdı ki, 1 uşaqdan sonrası məsləhət deyil.

Bu şəxs eyni zamanda əziz rəhbərə dəfələrlə yalançı nisbətlər vermişdir. Onunla şəxsən mənim ilk münaqişəm rəhbərin Qarabağ barədə çıxışını təhrif etməsi vaxtı oldu. O, ağanın çıxışını "Azərbaycana cihadda yaşıl işıq" şəklində tərcümə eləmişdi. Bu şəxsin rəhbərin kitablarını tərcümə edərkən istifadə etdiyi digər hiyləgərliklərdən biri də mərdomsalari kimi ibarələri demokratiya şəklində tərcümə edərək İmam Xamenei liberal təfəkkürlü biri kimi təqdim eləməsi idi. Hətta dəfələrlə rəhbərə və İmama iftira ataraq bu 2 pak şəxsin idarəçilikdə demokratiyanı təyid etdiklərini yayırdı. Mərhum İmamın və rəhbərin "nə demokratiya, nə İslami demokratiya, fəqət İslam cümhuriyyəti" kimi ona yaxın çıxışlarını tapıb tərcümə etdikdən sonra yoxa çıxdı. Bir daha internetdə görünmədi.

Keçən dəfə bir rəqqas ağsaqqal telefonda danışarkən günahkar bir gənci müdafiə edirdi. Dedilər ki, axı bu gənc çox böyük bir səhv edib. Birdən ağsaqqal dedi ki, əşi toy günü gəlinin lüt şəkli telefonuna gələn cavanlar var bizim qohumlarımız içində. Toyu geri qaytarıblar. Allaha şükr belə şey baş verməyib ki...

Növbəti söyüşdə inşallah müfəssəl yazacam.
21.02.202514:41
Atatürk niyə İsrail və Ermənistanda sevilir?

https://youtube.com/shorts/3b4bvafRURk?si=4_gKPl2A6IvOxHX1
Показано 1 - 24 из 461
Войдите, чтобы разблокировать больше функциональности.