Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Лёха в Short’ах Long’ует
Лёха в Short’ах Long’ует
CSSC Baku avatar
CSSC Baku
CSSC Baku avatar
CSSC Baku
अवधि
दृश्य की संख्या

उद्धरण

पोस्ट
रिपोस्ट छिपाएं
10.03.202517:02
Aİ-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri

Avropada ABŞ-dən “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-nin, həm də Aİ-nin qarşılıqlı maraqları var. Lakin Aİ-nin strateji muxtariyyəti məsələsi Aİ-nin öz təşəbbüsü deyil, prezident Tramp dövründə ABŞ-nin siyasətinə reaksiyadır.

Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ ilə tam koordinasiyada olan Aİ artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında Aİ-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir.

Görünür, Aİ-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Vaşinqtonun müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır. Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə Aİ danışıqlar prosesində olacaq. Aİ-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək.

Bu gün Aİ liderləri belə mövqe tuturlar ki, ABŞ və Rusiya Ukraynada atəşkəsə nail ola bilsələr və Ukrayna rəhbərliyini atəşkəs şərtlərini qəbul etməyə sövq edə bilsələr belə, Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv edilməyəcək. Aİ ölkələrinin məqsədi Rusiyanı daha da zəiflətmək və çəkindirici vasitə kimi Ukraynanı gücləndirməkdir. Yəni, Aİ-nin Rusiya ilə münasibətləri qısa müddətdə normallaşmayacaq.

Beləliklə, strateji muxtariyyət kontekstində Aİ xarici siyasət fəaliyyətinin digər sahələrində ABŞ ilə bir araya gəlməməlidir. Məsələn, Çinlə münasibətlərdə Aİ-nin ABŞ-dən fərqli olan öz prioritetləri ola bilər. Bu kontekstdə Aİ-nin Rusiya və ABŞ-dən yan keçərək Çinlə əlaqə saxlaması vacib olacaq. Məlum olduğu kimi, Avropadan Çinə gedən quru yollarına Rusiya, dəniz ticarət yollarına isə ABŞ nəzarət edir. Bu nəzarətdən kənar Avropadan Çinə yeganə marşrut Türkiyə, Cənubi Qafqaz regionu, İran və Mərkəzi Asiya ölkələrindən keçəcək. Yəni, Orta Dəhliz yenidən aktuallıq qazana bilər.

Mərkəzi Asiya regionu Aİ siyasətinin digər bir sahəsinə çevriləcək. Aİ-Mərkəzi Asiya sammitinin aprelin əvvəlində keçirilməsi planlaşdırılır və bu sammiti Bakıda diqqətlə izləməyə dəyər. Mərkəzi Asiyaya yol Gürcüstan və Azərbaycandan keçir. Nəqliyyat məsələsi yeganə məsələdir ki, Aİ yüklərin həcmini regional marşrutlara yönləndirməklə Cənubi Qafqazda konstruktiv rol oynaya bilər.

Əgər Aİ Ermənistan üzərindən kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman o, Bakının işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasının maliyyələşdirilməsində iştirak etmək üçün təkliflər hazırlamalı olacaq. Bakı ilə əlaqə qurmağın başqa yolu yoxdur. Ermənistana kömək etmək üçün Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək. Çünki Aİ-Cənubi Qafqaz formatını rəsmiləşdirməyin vaxtı çatıb.

Aİ-Mərkəzi Asiya və Aİ-Cənubi Qafqaz formatlarında müzakirə olunan bütün bu təşəbbüslər təhlükəsizlik çətirinə malik olmalıdır, burada Türkiyənin Aİ üçün rolu mübahisəsizdir.

Göründüyü kimi, strateji muxtariyyət perspektivləri Aİ üçün qonşu və mühüm regionlarla əlaqələrin inkişafı baxımından çoxlu imkanlar yaradır.
Bu kontekstdə Aİ üçün yeganə təhlükə, lazımi siyasəti həyata keçirə bilməyən lider ölkənin yanlış seçimidir. Məsələn, Fransanın Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələrdə mənfi təcrübəsi var. Parisin Gürcüstan hökuməti ilə münasibətləri də mürəkkəbdir.

@cssc_cqtm
01.03.202509:27
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən Eldar Namazovun "Aydınlıq" verilişində "Avropa ABŞ-yə qarşı Çinlə birləşir?" mövzusunda sualları cavablandırıb. 
 
Daha ətraflı: https://youtu.be/I-UKwH-iGiw?si=GVgJ9_2b94jVDPyq
20.02.202506:23
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Tramp və Zelenskinin bəyanat müharibəsi" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/aqKKFbkH7is?si=AzEV-5jF-D0pnpu8
11.02.202505:09
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Moskva Rusiyadakı soydaşlarımızı cəzalandıra bilərmi?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/J5qfvkbTIIQ?si=RWeDmGZhjl7i9j_8
27.01.202505:29
Azərbaycan ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasında

ABŞ-Ermənistan strateji tərəfdaşlıq Xartiyasının imzalanmasından dərhal sonra Blinken və Mirzoyanın çıxışlarında birbaşa Azərbaycan və Qarabağın adı qeyd olunmayıb. Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəkdən danışan Blinken bu dəstəyin birbaşa Ermənistan ərazisində həyata keçiriləcəyini bildirib.

Ermənistanın sərhəd qüvvələrinin hazırlıq səviyyəsini artırmaq məqsədilə bir qrup ABŞ gömrükçü və sərhədçisinin bu ölkəyə gəlişi bəyan edilərkən də Azərbaycanın adı birbaşa çəkilməyib, yalnız dolayısı ilə bu mövzunun Azərbaycana da aid olduğu aydın olub.

Bununla belə, Xartiyanın mətnində bir cümlədə Azərbaycanın adı çəkilir: “ABŞ Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəkləyir”.

Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin sülh prosesinə verdiyi dəstək və bunun nədən ibarət olduğu barədə çox yazılıb.

Sirr deyil ki, Blinkenin başçılığı altında ABŞ Dövlət Departamenti vasitəçilik prosesində manipulyasiyalarla ilə məşğul olub: Azərbaycana təzyiq göstərib, münaqişə tərəflərinə yanaşmada ayrı-seçkilik edib, Azərbaycanın ərazi bütövlüyünə, azərbaycanlıların hüquq və təhlükəsizliyinə məhəl qoymayıb, ermənilərin hüquq və təhlükəsizliyini daha vacib hesab edib.

Blinken Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində özündən sonra heç bir miras qoymayıb. Yalnız 2023-cü ilin avqustunda, yəni Ukrayna müharibəsinin getdiyi bir vaxtda ABŞ-ın Rusiya ilə təmasları istisna olmaqla...

Yuxarıda qeyd olunan səciyyələndirmə Xartiyanın bu cümləsi ilə təsdiqlənir: “Ermənistanın 2023-cü ilin sentyabrından köç böhranı ilə üzləşdiyini nəzərə alaraq, ABŞ Dağlıq Qarabağdan köçürülmüş şəxslərə və qaçqınlara yardım göstərmək üzrə Ermənistana dəstəyini davam etdirməyi planlaşdırır”.

Yəni Blinkenin təsəvvüründə qondarma “Dağlıq Qarabağ” hələ də var və sənədə daxil edilib! Xartiyanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri də imzalayıb.

Əgər belədirsə, o zaman rəsmi Bakı beynəlxalq sənədlərə “Qərbi Azərbaycan” ifadəsini daxil etməlidir!

Bir sözlə, Blinkenin çıxışını dinləyəndən sonra onun bölgəyə yanaşmasında düzəlişlər etdiyinə ümid yaranmışdı, lakin Xartiyanın mətni açıqlandıqdan sonra heç nəyin dəyişmədiyi bəlli oldu.

Azərbaycanın mövqeyi Blinke və onun kimilərinin Qarabağla bağlı bütün cəhdlərini puça çıxardı.

Beləliklə, strateji tərəfdaşlıq Xartiyası ABŞ-ın ümumi yanaşmasının daha bir hissəsi oldu. Bu yanaşmanı O'Brayenin bəyan etdiyi üç bənd xarakterizə edir: Ermənistana yardım, Azərbaycanla sülh müqaviləsi və Qarabağ erməniləri məsələsi.

Tramp dövründə Azərbaycan diplomatiyası diqqətini ABŞ-ın mövqeyindəki bu triadanın dəyişdirilməsinə yönəltməlidir. Bu istiqamətdə fəaliyyətin nə qədər səmərəli olacağından asılı olmayaraq, Azərbaycanın regionda neqativ ssenarilərə qarşı dayanmaq və real təhlükələr zamanı qabaqlayıcı addımlar atmaq, belə desək, artıq mövcud olan və imzalanması gözlənilən müxtəlif Xartiya və Sazişlərin real gücünü yoxlamaq üçün resursları var.

@cssc_cqtm
14.01.202517:00
ABŞ - Ermənistan strateji tərəfdaşlığı barədə...

ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalayır.

Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər institusionallaşdırmağa çalışır.

Yada salaq ki, hələ 2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüb və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi geosiyasi xəttin (Gürcüstan-Ermənistan) həyata keçirilməsini nəzərdə tutur.

Geosiyasi xətti formalaşdırmaq hələ ki, alınmasa da (Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib), Ermənistanla münasibətlərdə işlər qaydasındadır.

Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri (Paşinyan hökumətinə hərtərəfli dəstək və ABŞ-ın regiondakı siyasətini Ermənistanın maraqları ilə əlaqələndirmək) Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir.

Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq.

Əsas sual budur:
Tramp və onun administrasiyası dondurulmuş statusla da olsa, hələ də KTMT-nin üzvü olan, Aİİ və Gİ-nin tamhüquqlu iştirakçısı, Rusiyanın ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışacaqlarmı?!

Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün bütün bu sadalananlardan yalnız KTMT üzvlüyünü qurban verə biləcək.

Rusiya Ermənistanın KTMT-yə üzvlüyünü Aİİ çərçivəsində aldığı iqtisadi üstünlüklərlə əlaqələndirib. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq.

KTMT-də ABŞ-ın yeni strateji tərəfdaşı olacaq: Onların sayı artıq ikidir - Qazaxıstan və Ermənistan.

İranla sərhəddə də ABŞ-ın yeni strateji tərəfdaşı peyda olacaq.


Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir.

Azərbaycan üçün ABŞ və Ermənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. ABŞ-ın Ermənistan hökumətinə yardım və dəstək səviyyəsi gec-tez münasibətlərin rəsmiləşməsinə səbəb olmalı idi. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti indiyədək erməni mərkəzli siyasət yürüdüb ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində, həm də şəxi müstəvidə böhranlı məqamlara səbəb olub. Prosesin yekunu olaraq, Ermənistan strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla Blinken son erməni mərkəzli addımını atmış olur.

Ümid edək ki, ABŞ-ın Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq və nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik.

Bakı üçün əsas odur ki, Tramp administrasiyası Ermənistanla razılaşmalara nə dərəcədə əməl edəcək, Ermənistan üçün “açıq çek” siyasəti davam etdiriləcəkmi, ABŞ-Azərbaycan münasibətləri ABŞ-Ermənistan münasibətlərindən asılı qalacaqmı?!

Bu suallara ilin birinci yarısında, ABŞ-da Tramp administrasiyasının əsas xarici siyasət rəsmiləri öz yanaşmalarını formalaşdırdıqdan sonra cavab alacağıq. Bununla yanaşı, regionumuzla münasibətlərə Ukrayna, Yaxın Şərq/İrandakı proseslər, ABŞ-ın Aİ ilə münasibətləri və s. təsir edəcək.

Qarşıda isə bizi Azərbaycan ərazisində cinayət törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmələri, kənar vasitəçilərin olmadığı ikitərəfli danışıqlar formatının davamı gözləyir!

@cssc_cqtm
07.03.202505:03
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Azərbaycan və Türkiyənin yeni dünya düzənində rolu nə olacaq?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/KpMnEkTRZVU?si=ba7wA3JFrMHMk6fu
25.02.202505:04
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Rusiya-Ukrayna müharibəsinin 3 ili: Qalib kimdir?" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/RQHpY9QeTQs?si=kFJGmhSJ3a_GGBQi
19.02.202518:00
Qərbin Ermənistana yardımı: ABŞ və Aİ üçün İrəvana dəstək neçəyə başa gəlir?

5 aprel 2023-cü ildə Brüsseldə ABŞ/Aİ Ermənistana iqtisadi, siyasi və hərbi dəstəyi nəzərdə tutan yardım paketini təqdim etdi. Bu yardım çərçivəsində ABŞ/Aİ Cənubi Qafqazda geosiyasi seçim edərək mövcud layihələri koordinasiyalı şəkildə həyata keçirir.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzi ABŞ və Aİ-nin Ermənistana yardımının miqyasını monitorinq etməyə çalışıb. Bu mövzu Tramp administrasiyasının ABŞ-nin xarici yardımlarını yenidən nəzərdən keçirməsi fonunda aktualdır. ABŞ-nin Ermənistanda həyata keçirdiyi layihələrdən göründüyü kimi, bu, əhəmiyyətli bir məbləğdir və hazırda havadan asılı qalıb. Aİ-nin Xarici Siyasətdən məsul Komissarı Kaya Kallas artıq bəyan edib ki, Aİ USAID-in fəaliyyətinin dondurulmasından sonra yaranan boşluğu doldurmağa hazırdır.

Monitorinqdə 2023-cü ildə Avropa Komissiyası (AK) və Avropa İnvestisiya Bankı (AİB) tərəfindən Ermənistanda maliyyələşdirilən layihələr təhlil edilib. Yardımın ümumi məbləği 87.193.072 avrodur - 80.548.575 avro AK, 6.644.497 avro isə AİB tərəfindən ayrılıb. Burada Aİ-nin sülh fondu və digər Aİ ölkələrinin fərdi ianələri nəzərə alınmayıb.

Maraqlı məqamlar... 2023-cü ildə AK, bu günkindən daha azsaylı olan Avropa missiyasına 16.560.758 avro xərcləyib. 2023-cü ildə AK, hələ də imzalanmayan Ticarət Müqaviləsinin dərinləşdirilməsi və genişləndirilməsinə hazırlıq üçün 3 milyon avro xərcləyib! AİB 2023-cü ildə Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası üçün 5.481.264 avro xərcləyib ki, bu dəhlizi İran şirkətləri tikir.

2023-cü ildə AK, Ermənistanın sərhəd bölgələrində minaların təmizlənməsinə 767.979 avro xərcləyib. AK Almaniyanın "Deutsche Welle" kanalına erməni media orqanlarını dəstəkləmək üçün 739.823 avro ayırıb ki, bu da kanalda Azərbaycan əleyhinə materialların görünməsinə səbəb olub. AK 2023-cü ildə Aİ-nin Ermənistanda təbliğatına 1.181.845 avro xərcləyib. Bir çox xərclər şifrələnib və bu cür layihələrin əksəriyyətində Çexiyanın "People in Need" təşkilatı podratçı kimi çıxış edir. Layihələrin tam siyahısı ilə saytımızda tanış olmaq olar.

2025-ci il Münhen Təhlükəsizlik Konfransı Qərb dünyasında parçalanma ilə yadda qalacaq. ABŞ rəsmi olaraq Aİ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsini elan etdi. Vaşinqton ödəniş qabiliyyəti daha yüksək olan Avropa görmək istəyir və xərclərin əhəmiyyətli bir hissəsini Aİ ölkələrinin öhdəsinə qoymağa çalışır. Aİ qarşısında təhlükəsizlik xərclərini artırmaq kimi bir çağırış durur. Bu şəraitdə digər ölkələrə yardım proqramlarının və layihələrinin maliyyələşdirilməsi də dəyişikliklərə məruz qala bilər.

ABŞ-nin Ermənistana yardımı da araşdırma obyektinə çevrilib. 2023 və 2024-cü illər üçün layihələr təhlil edilib ki, bu da Ermənistana maliyyə yardımının həcmi və miqyası haqqında təsəvvür yaradır. Ermənistan hökuməti Bayden-Blinken administrasiyası ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıqdan sonra Tramp administrasiyası dövründə ABŞ dəstəyinin davamlılığını qorumağa çalışır.

Məsələnin dəyəri 2023-cü il üçün 94.145.435 dollar və 2024-cü il üçün 65.361.792 dollardır. Əgər ABŞ-nin Xartiyadakı öhdəliklərindən çıxış etsək, bu rəqəm bir neçə dəfə artmalı və ildə yarım milyard dollara çatmalıdır. Burada nəzərə almaq lazımdır ki, Ermənistan ərazisində keçirilən bütün hərbi təlimlər, amerikalı mütəxəssislərin gəlişi və fəaliyyəti ilə bağlı məsələlər, təşkilati resurslar Pentagonun büdcəsindən maliyyələşdirilir və açıq monitorinqə daxil deyil.

Ən qeyri-adi layihələrdən biri Qarabağdan Ermənistana qaçqın statusunda gələn ermənilər arasında LQBT icmasının dəstəklənməsi layihəsidir.

Ermənistana yardım işində Fransa da geri qalmamağa çalışır. 2023-cü ildə Psrisin yardımı 20 milyon avro, 2024-cü ildə isə təxminən 17 milyon avro olub. 2024-cü ildə Fransa İnkişaf Agentliyi Ermənistanın büdcə kəsirini qapamaq üçün 75 milyon avro kredit ayırıb. Açıq mənbələrdə hərbi yardımlar qeyd olunmayıb.

Monitorinqin nəticələri ilə tam şəkildə saytımızda tanış olmaq olar: https://cssc.az/az/view/2/68/

@cssc_cqtm
27.01.202519:00
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Sülh göyərçini" Paşinyan keçmişdə kim olub?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://youtu.be/z-ZobsVh02o?si=LTUsHE9PT4pOaXwk
23.01.202505:01
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Donald Tramp administrasiyasının Azərbaycana münasibəti necə olacaq?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=-IDi2fbvrEU
13.01.202517:00
Rusiya - İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir?

Yanvarın 17-də Rusiya və İran 47 maddədən ibarət, əməkdaşlığın bir çox sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır.

Bütün bunlar Trampın andiçmə mərasiminə bir neçə gün qalmış baş verir ki, bu da hadisənin əhəmiyyətini artırır.

Qlobal kontekstdə ən çox maraq doğuran məqamlar təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq və öhdəliklərdir. Əsas sual isə saziş imzalandıqdan sonra bu mövzular üzrə hansı yeniliklərin olacağıdır.

Bu gün İran Rusiyaya silah ötürür, baxmayaraq ki, vaxtaşırı bunu təkzib edir. Rusiya İrana beşinci nəsil qırıcılar üçün texnologiyalar və ya hava hücumundan müdafiə sistemləri üçün komponentlər təqdim edir. İran və Rusiya hərbçiləri həm Müdafiə Nazirlikləri, həm də SEPAH xəttilə məsləhətləşmələr aparırlar. Yəni, əksər mövzularda saziş çoxdan mövcud olan əməkdaşlığı rəsmiləşdirəcək və mövcud ikitərəfli qarşılıqlı fəaliyyətə legitimlik verəcək.

Bəs qarşılıqlı öhdəliklər sənəddə necə əks olunacaq? Tərəflər həqiqətən də üçüncü dövlətlərin hücumuna qarşı bir-birini qorumaq öhdəliyini öz üzərinə götürəcəkmi? Bu, Rusiya ilə Şimali Koreya arasındakı razılaşmada əks olunsa da, İranla sazişdə ehtimal ki, olmayacaq!

ABŞ və İsrail tərəfindən İran ərazisinə zərbələr endirmək təhlükəsi olduğu bir şəraitdə Rusiya İranı müdafiə etmək öhdəliyini üzərinə götürməyəcək. İran isə Ukraynanın Kursk bölgəsini işğalını Rusiyanı müdafiə etmək üçün səbəb kimi görməyəcək. Hər halda bu, hərbi ittifaq deyil, strateji tərəfdaşlıq müqaviləsidir.

Qlobal səviyyədə maraqlı olan növbəti element Çindir.
Pekinin iki əsas tərəfdaşı strateji tərəfdaşlıq danışıqları aparır. Görək bu saziş Moskva və Tehranın Pekinlə münasibətlərinə necə təsir edəcək, burada məsələ birmənalı deyil. İlk baxışda tərəfdaş ölkələrin qarşılıqlı inteqrasiyası prosesi gedir. Lakin bu cür razılaşmalar Çinlə münasibətlərdə Rusiya və İranın subyekliyini artırır.

Bu müqavilə Cənubi Qafqaz üçün nə deməkdir?

Rusiya və İran arasında razılaşmalar spesifik xarakterlidir, çünki hər iki ölkənin bir-biri haqqında davamlı stereotipləri var. Cari razılaşma daha çox situativdir.

Bu gün Yaxın Şərqdə ən çox itki verən iki ölkə Rusiya və İrandır, onların mövqeləri zəifləməkdə davam edir.

Suriyadan sonra Türkiyə ilə bu və ya digər dərəcədə Cənubi Qafqaza da şamil edilən razılaşmalar formatı iflasa uğradı. Ankaranın bölgəmizdə artan təsirinin qarşısını almaq üçün Moskva və Tehranın birgə səyləri ən real ssenaridir. Bu kontekstdə uğur qazana biləcəkləri yeganə ölkə isə Ermənistandır.

Aİİ ilə İran arasında münasibətlərin dərinləşməsi, Rusiya ilə İran arasında mövcud razılaşma Ermənistana qarşı təzyiqi daha da gücləndirir, xüsusən də Ermənistan rəhbərliyinin tələsik elan edilmiş Avropa inteqrasiyası, müdafiə sahəsində ABŞ və Fransanın iştirakını artırması fonunda. Hətta güman etmək olar ki, İran da Ermənistanın KTMT-dən ayrılmasına qarşı çıxacaq. Bu baş verərsə, İran özünü Ermənistana hərbi müttəfiq kimi sırımağa çalışacaq. Yəni Rusiyanın Ermənistanda təsirinin azalması ancaq İranın mövcudluğunun artması şərtilə qəbul edilə bilər.

Ermənistan üçün çətin seçim dövrü gəlir, belə ki, Paşinyanın xarici siyasətində şaxələndirmə ABŞ və Aİ-nin Ermənistandakı rolunu və yerini artırmaqdan ibarət olduğu halda, Rusiya və İran üçün konsensus Qərbin regiondakı rolunu azaltmaqdan ibarətdir.

Bu kontekstdə Bakı və Tbilisinin mövqeyi hazırda Moskva və Tehran üçün qənaətbəxşdir. Burada rəqabətin çərçivəsi yalnız Türkiyə ilə məhdudlaşır.

Gözlənilən razılaşma Şimal-Cənub və Zəngəzur nəqliyyat dəhlizlərinə
(həm Ermənistandan, həm də İrandan keçməklə) nə dərəcədə təsir edəcək?!

Yaxın gələcəkdə cavabını alacağımız sual budur. Güman ki, İranın mövqeyi dəyişəcək və ən azından bəyanatlar səviyyəsində müəyyən aktivlik olacaq. Bunun reallığa nə dərəcədə təsir edəcəyi Tramp hakimiyyətinin ilk 100 günündən sonra yaranacaq vəziyyətdən asılı olacaq.

@cssc_cqtm
06.03.202517:00
Formalaşan tendensiyalar və Cənubi Qafqaz ölkələri

Dünya yenicə başlayan və dinamik inkişaf edən transformasiyalar mərhələsindən keçir. Əlbəttə ki, heç də hər başlanmış proses
yaxın gələcəkdə tamamlanmayacaq. Elə isə gəlin yaranan tendensiyaları və Cənubi Qafqaz ölkələrinin onlara hazırlıq dərəcəsini nəzərdən keçirməyə çalışaq.

ABŞ və Aİ arasında parçalanma

Prezident Tramp bütün asılılıq alətlərindən istifadə edərək Avropanı ram edir. Burada əsas intriqa Aİ ölkələrinin öz gündəmini nə dərəcədə formalaşdıra biləcəyidir. Hazırda ancaq qızğın müzakirələr gedir. ABŞ-də
növbəti seçkiləri gözləmək imkanı isə yoxdur, çünki Tramp çox cəld hərəkət edir.

Azərbaycan bu parçalanmanı məmnunluqla izləyir. ABŞ/Aİ-nin vahid mövqeyi son dövrlərdə problemdən başqa heç nə yaratmır və Cənubi Qafqazı geosiyasi ayırıcı xətlər məkanına çevirirdi.

Ermənistan isə ABŞ/Aİ sinxronluğuna arxalanaraq, müəyyən məqamlarda, xüsusən də ABŞ/Aİ-nin Gürcüstanla münasibətlərindəki gərginlik
fonunda bu qüvvənin regionda moderatoru kimi çıxış edib. İndi Ermənistan ondan fərqli gözləntilərə malik olacaq iki ayrı mərkəzlə münasibətləri rəsmiləşdirmək üçün ABŞ-Aİ ziddiyyətlərinin dib nöqtəsini gözləyir.

Gürcüstan bu dövrə böhran vəziyyətində daxil olub və ABŞ prezidentinin diskursunu təkrarlamaqla Tramp administrasiyasına arxalanmağa və ABŞ ilə Aİ arasında yaranmış uçurumdan istifadə etməyə çalışır. ABŞ və Aİ arasında parçalanma Gürcüstan hökumətinə ən qiymətli sərvət
olan vaxtı qazandırır.

ABŞ - Rusiya normallaşması

Prezident Tramp Ukraynadakı müharibəyə bağlı olmadan Rusiya ilə sabitləşmə və sonradan normallaşma kursunu seçib. Hazırda Moskva ilə Vaşinqton Ukrayna və digər geosiyasi, iqtisadi sahələrlə bağlı qarşılıqlı
gözləntilərini ifadə ediblər. Ölkələrin mövqelərinin bir-birinin gözləntilərinə uyğunlaşdırılması prosesi gedir. Dinamikadan asılı olmayaraq, stabilləşmə prosesi artıq işə düşüb.

Azərbaycan Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ABŞ
və Rusiya arasındakı ziddiyyətlərlə oynamamağa çalışıb, öz məsələlərini - dövlətin bütün ərazisində suverenliyinin bərpasını həll edib. Bu müddət ərzində həm Rusiya, həm də ABŞ ilə münasibətlərdə qığılcımlar yaranıb.

Ermənistan isə əksinə, Rusiya ilə ABŞ arasındakı münaqişədən istifadə edib. Ermənistan hökuməti ABŞ-yə anti-Rusiya ritorikasını məharətlə “satıb” və bunun müqabilində siyasi, iqtisadi, hərbi yardımlar alıb. Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Ermənistanı mövqeyini dəyişməyə vadar edir. İrəvan ABŞ-nin Ermənistana yardımının davamını əsaslandırmaq üçün yeni məzmun formalaşdırmalıdır.

Gürcüstan Ukrayna müharibəsi zamanı Qərbin Rusiyaya qarşı mübarizəsindən kənarda qalmağa çalışıb. İlkin mərhələdə hazırkı
sabitləşmə Tbilisinin maraqlarına uyğundur, lakin ABŞ-nin maraqlarının zəifləməsi Rusiyanın fəallaşmasına səbəb ola bilər. Bu dövrdə Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırmaqla Rusiya ilə münasibətlərində balans yaratması vacibdir.

İranın mövqeyinin zəifləməsi

İran ətrafında vəziyyət təhdidedici xarakter alır. Ölkədə ABŞ-nin iştirak etdiyi
sazişin tərəfdarları getdikcə azalır. Cənubi Qafqaz ölkələrinin bu prosesə təsiri azdır.

Azərbaycan öz mövqeyini bir daha bəyan edib. Ölkə ərazisi və hava məkanı İrana qarşı istifadə edilə bilməz. İranda baş verən hadisələrdən asılı olmayaraq, Bakı Tehranla münasibətlərdə məsafə saxlayacaq.

Ermənistan İran-ABŞ, İran-Avropa formatında rol oynamağa çalışıb. İrəvan öz ərazisində Qərb-İran münasibətlərində konsensusa
nail ola bilib. Lakin ABŞ və İran arasında münasibətlərin pisləşməsi Ermənistanı çətin vəziyyətə salacaq. ABŞ-nin Ermənistana davamlı dəstəyinin bədəli İrana qarşı kampaniyada iştirak ola bilər.

Gürcüstana bu tendensiya minimal təsir göstərir, çünki İran və Gürcüstan arasında ümumi sərhəd yoxdur.

İlkin nəticələr:

• Böyük ölkələr getdikcə praqmatikləşir və özünə qapılır;

• Fəal geosiyasət üçün resurslar məhdudlaşır;

• Kiçik ölkələrin dəyişən dünyada öz mövqelərini formalaşdırmaq üçün hələ vaxtları var.

@cssc_cqtm
24.02.202515:30
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Rusiya-Ukrayna müharibəsinin üç ili: ABŞ nə planlayır?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/live/4_tw7CrPSSc?si=iQ8ezux4l9bu34xf
14.02.202507:00
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Putin və Tramp Avropda "Amerika əsrinə" son qoydular" mövzusundakı müzakirələrdə iştirak edib.

Daha ətraflı: https://youtu.be/9up1hi19y8g?si=LZ-UxMeRuJYrQR6P
27.01.202505:30
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Sosiologiya Akademiyasının "Açar” layihəsində "Beynəlxalq siyasətdə ədalət varmı?" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=JEOH1tUEOdo
22.01.202517:00
Yaxın Şərq getdikcə Cənubi Qafqaza yaxınlaşır

Cənubi Qafqaz bir neçə regional müstəvidə təmsil olunur - bu, Şərqi Avropa, postsovet məkanı, Yaxın Şərq və Mərkəzi Asiyadır. Artıq son üç onillikdir ki, bu bölgələrlə əlaqələr genişlənir. Son bir neçə ilin geosiyasəti isə Cənubi Qafqazı Mərkəzi Asiya, Avropa və Yaxın Şərqə daha da yaxınlaşdırıb.

Yaxın Şərqdə davam edən transformasiyaların dinamikası Cənubi Qafqaz ölkələrinin mütərəqqi iştirakını stimullaşdırır. Şübhəsiz ki, Cənubi Qafqaza ən çox təsir edən Suriyadakı vətəndaş müharibəsi olub. Azərbaycan vətəndaşları hər iki tərəfdən cihadçıların bayrağı altında döyüşüb; Ermənistanda Suriyadan olan qaçqınlar peyda olub, Suriya və Livan ermənilərinin silahlı birləşmələri Qarabağ müharibəsində iştirak edib, Ermənistan Rusiyanın silahlı kontingentinin tərkibində Suriyaya öz ordusunu göndərib.

Regionun qonşuları - Türkiyə, Rusiya və İran Suriya üzrə Astana qarşılıqlı fəaliyyət formatını rəsmiləşdiriblər ki, bu konsensus dolayısı ilə Cənubi Qafqaza da şamil edilib. Ötən ilin sonunda İran və Rusiya Suriyada məğlubiyyətə uğrayandan sonra isə vəziyyət dəyişib. Cənubi Qafqaza təsir edən yeni aktorlar və yeni ziddiyyətlər meydana çıxıb.

Hazırkı mərhələdə kürd məsələsi daha kəskin şəkil alıb, onun ətrafında “lehinə” və “əleyhinə” olmaqla koalisiyalar yaradılır.


Kürdlərin bölgədə harada və hansı vəziyyətdə olduqlarını qısaca qeyd edək:

- Türkiyədə - üçüncü ən populyar siyasi partiya və gizli terror təşkilatı var;
- İranda – onların parlamentdə vahid partiya kimi olmasa da, siyasi təmsilçiliyi mövcuddur, silahlı birləşmələri zəifdir;
- İraqda – iqtisadi resursları və güclü silahlı qüvvələri, xarici dünya ilə əlaqələri olan tam muxtariyyətə malikdirlər, lakin dənizə çıxışları yoxdur;
- Suriyada - ABŞ-ın dəstəyi ilə silahlı birləşmələr yaradılıb, təbii məskunlaşma arealından daha böyük ərazilərə nəzarət edirlər və dənizə çıxışları yoxdur.

Bu gün Suriyada “yerdə” təmsil olunanalar Türkiyə, İsrail, ABŞ və bu qüvvələrin rəhbərlik etdiyi digər qruplardır. Kürd məsələsi Türkiyə-ABŞ münasibətlərində artıq mübahisə mənbəyinə çevrilib, Türkiyə-İsrail münasibətlərində isə yaxın gələcəkdə çevriləcək.

ABŞ və İsrail bir tərəfdən Suriyada proqnozlaşdırıla bilənliyi təmin etməyə çalışırlar ki, bu da Türkiyəsiz mümkün deyil, əks halda İran və Rusiya yenidən peyda olacaq. Digər tərəfdən, bölgədə Türkiyəni məhdudlaşdıran yeganə qüvvə kürdlərdir və buna görə də onlara dəstək verilir.

Türkiyə də öz növbəsində əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır və ikili yanaşma sərgiləyir: Suriyanın gələcəyi ilə bağlı kürdlərlə danışıqlara başlamaqla yanaşı, ölkədə terrorçu qruplara qarşı hərbi əməliyyatlar aparır, onların nəzarət zonasını daraldır. Danışıqlar həm Suriyanın müvəqqəti hökuməti, həm də ABŞ vasitəsilə aparılır və artıq İraq Kürdüstanından olan Bərzani klanının ağsaqqalı da prosesə qoşulub.

Cənubi Qafqaz bu vəziyyətdə haradadır?

ABŞ ilə Xartiya imzalamaqla Ermənistan ABŞ-ın İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirak etmək öhdəliyini üzərinə götürüb və bu, dolayısı ilə Suriyada Türkiyə ilə döyüşən kürd terrorçularının dəstəklənməsində iştirakdır.

Azərbaycan üçün bu vəziyyət həm təhlükə, həm də fürsət yaradır. İsrail açıq şəkildə kürd terrorçularını dəstəkləməyə qoşularsa, təhlükə Suriyada Türkiyə ilə İsrail arasında açıq qarşıdurmadır. Əgər ABŞ İsrail və Suriya kürdlərindən ibarət koalisiya yaratsa, o zaman belə çıxır ki, İsrail və Ermənistan ABŞ çətiri altında bu və ya digər formada koalisiyada iştirak edəcək.

Son bir neçə gündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri, İsrail prezidenti və İraq Kürdüstanı hökumətinin başçısı ilə görüşüb. Türkiyə və İsrailin Yaxın Şərqdə əsas rol oynadığı status-kvonun bərqərar olması Azərbaycana sərfəli olduğu üçün Türkiyə-İsrail arasındakı kəskin ucların hamarlanmasında Bakı müəyyən rol oynaya bilər.

Azərbaycan ənənəvi olaraq sabitlik və çoxtərəfli diplomatiyadan bəhrələnir, Ermənistan isə bulanıq qarşıdurma sularında balıq axtarmaq ənənəsini dəyişmir.

@cssc_cqtm
10.01.202506:27
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Güclünün hər zaman haqlı olduğu yeni dünya düzəni formalaşır" mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=CY2qZ_xL9nI
03.03.202517:00
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!

Son bir neçə gündür ABŞ-nin Ukraynadakı müharibə kontekstində Rusiyaya yanaşmasının dəyişməsi ətrafında fəal müzakirələr gedir. Biden-Blinken dövründə ABŞ bu müharibəni “Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi” adlandırırdı. Tramp dövründə isə ifadələr “Rusiya-Ukrayna münaqişəsi” şəklində dəyişdi. Moskva Vaşinqtonun təqdim etdiyi və “Rusiya-Ukrayna münaqişəsi” ifadəsinin yer aldığı qətnamə layihəsinə səs verdi.

Tramp Bayden kimi Rusiya prezidentini “işğalçı” və “qatil” adlandırmır. O, bunu müharibəni dayandırmaq üçün Putinlə danışıqlar aparması ilə əsaslandırır.

Beləliklə, Rusiyanın Ukraynaya qarşı aqressiyası “Rusiya-Ukrayna münaqişəsi”adlandırıldı, yəni münaqişənin hər iki tərəfinə legitimlik verildi. Bu isə o deməkdir ki, münaqişənin həlli hər iki tərəfin kompromisi ilə mümkündür.

Ukrayna işğalçı ilə işğala məruz qalan tərəfin bərabər tutulmasına qarşı çıxır. Aİ ölkələri və Böyük Britaniya Ukraynanı dəstəkləyir. Həqiqətən də, Rusiya və Ukraynanı necə eyni səviyyədə qiymətləndirmək olar?

Azərbaycan üçün bu vəziyyət tanışdır, elə deyilmi?

25 il boyunca rəsmi Bakı Ermənistanın işğalçı, Azərbaycanın isə işğala məruz qalan tərəf olduğunu bəyan edirdi. Lakin bizə həmişə deyilirdi ki, münaqişənin tərəflərivar və danışıqlar aparılmalıdır. Axı danışıqlar müharibədən daha yaxşıdır...

Hətta 44 günlük müharibədən sonra da həmin Avropa ölkələri Qarabağda Ermənistan silahlı qüvvələri qalıqlarının qalması üçün hər şeyi etdilər, Azərbaycanın ərazi bütövlüyünü nəzərə almadan “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” mövzusunda nə isə əldə etməyə çalışdılar.

Bütün bunlar hər şeyi vaxtında öz adları ilə adlandırmamağın nəticəsidir. Ermənistan sadəcə münaqişənin tərəfi kimi qiymətləndirildi, halbuki o, Azərbaycanın ərazilərini işğal etmişdi.

Hətta indi də Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması Trampın Rusiyaya münasibətindən fərqlənmir. Əgər Ermənistanı işğalçı ölkə adlandırsaydılar və işğalçıya qarşı tədbirlər görsəydilər, o zaman müharibənin də qarşısını almaq olardı. Lissabon sammitində Ermənistanın təklənməsi bunun üçün tam zəmin yaratmışdı.

Bugün Aİ Cənubi Qafqaz regionunda Ermənistanı dəstəkləyərək fəaliyyət göstərir: Kəşfiyyat missiyasını uzadıb, Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi dəstək göstərir, çoxsaylı yardım layihələri həyata keçirir. Aİ ümumiyyətlə Ermənistanın işğalçılığını xatırlamır, Azərbaycanın Ermənistanla danışıqlarda ədalətli mövqeyinə laqeyd qalır, müharibənin humanitar tərəfinə selektiv yanaşaraq yalnız Qarabağ ermənilərinə
yardım göstərir.

Danışıqlar prosesindən kənarda qalan Aİ sərhəddən qoşunların geri çəkilməsi, silahlara nəzarət və ya birbaşa əlaqə xətləri kimi “etimad tədbirləri” üzrə təkliflər irəli sürür.

Bəli, münaqişədən sonra bu cür addımlar həyata keçirilir. Lakin etimad tədbirləri yalnız münaqişənin əsas səbəbi - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları aradan qalxdıqda effektiv ola bilər.

Bu iddialar aradan qaldırıldıqdan sonra etimad tədbirləri öz təbii axarı ilə həyata keçiriləcək, Aİ-nin məsləhətləri və iştirakı olmadan. Aİ özünü Qranada bəyanatı və müharibədən sonrakı dövrdə Ermənistana qəti dəstəyi ilə nüfuzdan salıb.

Bununla yanaşı, Aİ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etmək barədə düşünməlidir ki, onun mövqeyi Bakıda eşidilsin.

Avropada Rusiya və Ukrayna mövzusunda deyirlər ki, aqressorla aqressiyaya məruz qalan tərəfi bərabər tutmaq olmaz. Halbuki, Cənubi Qafqaza gəldikdə Aİ məhz bunu etdi, müharibə dövründə Azərbaycan və Ermənistanı bərabər tutdu. Müharibədən sonra isə Aİ daha da irəli
gedərək, aqressor ölkəyə zərərçəkmiş ölkədən onlarca dəfə çox dəstək göstərdi.

Sülh müqaviləsinin olmadığı şəraitdə məhz işğalçı ölkə olan Ermənistan təktərəfli şəkildə etimad tədbirlərini həyata keçirməlidir. Azərbaycan öz addımlarını artıq atıb: İşğalçını öz gücü ilə qovub, sərhədləri müəyyənləşdirir və siyasi-diplomatik mexanizmlərlə ədalətli danışıqlar mövqeyini irəli sürür.

@cssc_cqtm
20.02.202517:00
Paşinyanın təşəbbüsləri hansı məna daşıya bilər?

Dünən Ermənistanın baş naziri bir qərar və bir də “ideoloji bəyanat” verdi. O, Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının dəyişdirilməsi ilə bağlı qərarı açıqladı. Bu məsələdə məsul şəxs Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır.

Paşinyan “ideoloji müraciətində” Konstitusiya ilə bağlı referendumun keçiriləcəyini elan etdi. Müraciətdən bir sitatı təqdim edirik: “Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi dövlət quruculuğu olmayan xalqın keçmişdən qalma fəaliyyət ardıcıllığından dövlət quruculuğuna malik xalqın fəaliyyət ardıcıllığına keçiddən ibarətdir”.

Beləliklə, gəlin Ermənistanın baş nazirinin bu təşəbbüslərinə nəzər salaq.

Ermənistanın Milli Təhlükəsizlik Strategiyası Bakıda qıcıq yaradan sənədlərdən biridir, çünki Strategiyada hələ də Ermənistan Respublikasının qondarma DQR-in təhlükəsizliyinin təminatçısı olduğu qeyd olunur. Şübhəsiz ki, Ermənistan rəhbərliyinin artıq yeni Strategiya layihəsi var və biz müəyyən müddətdən sonra Strategiyanın mətni ilə tanış ola biləcək, bu sənədin yeni variantının Azərbaycan üçün nə dərəcədə qənaətbəxş olacağını anlaya biləcəyik.

Konstitusiya ilə bağlı məsələ daha mürəkkəbdir. Paşinyan “yeni Konstitusiya” ifadəsini işlədir ki, onu iki cür şərh etmək olar: Bu, mövcud Konstitusiyaya dəyişiklikdir, yaxud doğrudan da “tamamilə yeni” Konstitusiyadır?! Əgər yenidirsə, bu, yeni Bəyannamə ilə yeni respublikanın elan edilməsi deməkdir.

Bu niyə vacibdir?!

Keçən il Ermənistan hökuməti Blinkenin təhriki ilə sərhəd komissiyasının nizamnaməsində hüquqi hiylə işlətdi. Ermənistan sənədi Konstitusiya Məhkəməsinə göndərdi və Məhkəmədən sənədə cavab aldı. İrəvanda Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən İstiqlal Bəyannaməsinə istinadın konstitusiya norması qüvvəsinə malik olmadığını göstərməyə çalışdılar. Yəni bu sənədə istinad olsa belə, onun heç bir əhəmiyyəti yoxdur. Beləliklə, Ermənistan hökuməti Azərbaycanın tələbini özünəməxsus şəkildə təmin etməyə çalışdı.

Bununla yanaşı, Ermənistan Konstitusiya Məhkəməsi qeyd etdi ki, Ermənistan Konstitusiyasının dəyişməz hissələri var və Preambula belə hissələrdən biridir. Yəni, onlar Ermənistanda istəsələr belə, Konstitusiyanın İstiqlal Bəyannaməsinə istinadın yer aldığı Preambulasını dəyişə bilməzlər. Beləliklə, aşılması mümkün olmayan bir çərçivə cızıldı.

Məhz o zaman Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistan Konstitusiya Məhkəməsinin qərarının vəziyyəti daha da mürəkkəbləşdirdiyini bəyan etdi. Faktiki olaraq Paşinyan hökuməti özünü hüquqi dalana sürüklədi.

İndi Paşinyan “yeni Konstitusiya”nın adını çəkib. Maraqlıdır, Paşinyan bununla nə demək istəyir, “yeni” Konstitusiya layihəsi nə vaxt təqdim olunacaq və referendumun nə vaxt keçirilməsi nəzərdə tutulur – parlament seçkilərindən əvvəl, paralel, yoxsa sonra?!

Keçən ilin əvvəlində Paşinyan artıq Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı müzakirələrin təşəbbüskarı olsa da, sonra bu proses dayandı və unuduldu.

Niyə indi?

Belə qənaətə gəlmək olar ki, Paşinyan Vaşinqton və Münhenə səfərlərindən sonra anladı ki, ABŞ və Aİ-nin vahid mövqeyindən əsər-əlamət qalmayıb. ABŞ və Aİ ölkələri arasında koordinasiya sürətlə pisləşir və bu, təbii ki, planetin digər regionlarına və ölkələrinə də təsir edəcək. Qərb dövlətləri diqqəti özlərinə cəmləyir və vəsaitlərini şübhəli geosiyasi layihələrin həyata keçirilməsindən daha çox öz ehtiyaclarına sərf edəcəklər.

Eyni zamanda Tramp administrasiyasının Rusiyaya münasibəti nümayiş etdirir ki, Vaşinqtonla Moskva arasındakı münaqişəyə əsaslanan oyun istənilən nəticəni verməyəcək.

Belə şəraitdə özünüqoruma instinkti tamamilə fərqli tələbləri diktə edir. Paşinyan anlayır ki, o yerli səviyyədə razılığa gəlməlidir. İlin əvvəlində Azərbaycan Prezidenti bəyan etdi ki, Bakının mövqeyi qətidir və o, danışıqları imitasiya etmək fikrində deyil. İndi Ermənistan danışıqlar prosesinə təkan vermək üçün hərəkətə keçməlidir.

@cssc_cqtm
11.02.202517:00
Trump dövründə ABŞ Cənubi Qafqazdan nə istəyə və nəyə ehtiyac duya bilər?

ABŞ-nin hər bir administrasiyası xarici siyasətdə yalnız milli maraqlara əsaslandığını bildirir. Burada vacib olan, ABŞ hökumətinin müəyyən bir ölkə və ya regionla bağlı öz milli maraqlarını necə formalaşdırmasıdır. Hal-hazırda Trump administrasiyasında bu milli maraqların formalaşdırması prosesi davam edir. Həmin maraqlar, xüsusilə ABŞ-nin yerləşdiyi yarımkürəyə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərq mövzusuna şamil olunur.

“İstək” “ehtiyac” anlayışları oxşar olsalar da, geosiyasi kontekstdə onların arasında böyük fərq var.

- “Ehtiyac” dövlətin, onun şirkətlərinin və müttəfiqlərinin obyektiv maraqlarıdır;

- “İstək” isə subyektiv amillərdən irəli gələn maraqların bütün vasitələrlə (manipulyasiyalardan, sanksiyalardan tutmuş investisiyalara və yardıma qədər) təbliğ edilməsidir.

ABŞ ənənələrində həm praqmatizm (“ehtiyac”), həm də ideoloji xarici siyasət (“istək”) mövcud olub. Məsələn, Biden-Blinken administrasiyası ümumilikdə regionumuzla, o cümlədən də Ermənistan-Azərbaycan danışıqları ilə bağlı ABŞ-nin “ehtiyacları” ilə deyil, daha çox “istəkləri” əsasında hərəkət edib.

Şübhəsiz ki, ABŞ üçün Cənubi Qafqaz periferiyadır, lakin hansı periferiya – postsovet məkanı, Böyük Yaxın Şərq, Mərkəzi Asiyaya giriş?! Prinsipcə, hazırda Cənubi Qafqaz bütün bu məsələlərdə (Rusiyanın Ukraynaya qarşı təcavüzü, İran, Mərkəzi Asiyaya logistika) yan mövzudur.

Trump dövründə xarici siyasətə ayrılan resurslar optimallaşdırılır. Yumşaq güc vasitələri transformasiya olunur (USAID-in bağlanması, media strukturlarının maliyyələşdirilməsinin müvəqqəti dayandırılması), ABŞ silahlı qüvvələrinin, məsələn, Suriyadan çıxarılması planlaşdırılır. Yəni, ABŞ resurslarını ölkə daxilində cəmləşdirir, maraq doğuran regionlarda isə müttəfiqləri vasitəsilə fəaliyyət göstərməyə çalışır. Hələlik vəziyyət belədir…

Bəs ABŞ-nin Cənubi Qafqazda nəyə ehtiyacı var?

Vəziyyətdən asılı olaraq, ABŞ-nin əsas üç istiqamətdə aşağıdakılara ehtiyacı ola bilər:

- Regionda İranın təsirinin azaldılması – region ölkələrinin İranla iqtisadi əlaqələrinin azaldılması, İranın region ölkələrində hərbi mövcudluğunun qarşısının alınması, ABŞ və onun müttəfiqlərinin maraqları dairəsində olan layihələrin təhlükəsizliyinin təmin edilməsi;

- Rusiyanın təsirinin azaldılması – Rusiyanın regionda hərbi, siyasi və iqtisadi mövcudluğunun azaldılması;

- Mərkəzi Asiyaya giriş və çıxışların təhlükəsizliyinin təmin edilməsi – buraya neft və qaz kəmərləri, yollar, kabellər (internet, elektrik və s.) daxildir.

Bu, pragmatik yanaşmanın obyektiv mənzərəsidir.

Bəs region ölkələri?

- Gürcüstan ABŞ tərəfindən təzyiq altındadır və bu vəziyyətdən çıxmağa çalışır. ABŞ ilə əməkdaşlıq üçün məzmun hazırlanıb – buraya dərin dövlətlə mübarizə, qlobal müharibə partiyası ilə mübarizə, ənənəvilik (LGBT-ə qarşı) daxildir. Lakin Gürcüstan hökumətinin bu məzmunu çatdırmaq üçün zəif rabitə kanalları var. ABŞ-nin “ehtiyac” meyarlarına görə Gürcüstan tamamilə Vaşinqtonun maraqlarına cavab verir;

- Azərbaycan da ABŞ-nin müəyyən etdiyi məqsədlərə uyğun məzmun hazırlayıb, resurslara və infrastruktura (neft və qaz kəmərləri, dəmir yolları, liman) malikdir. Bakı üçün rabitə kanallarını formalaşdırmaq vacibdir;

- Ermənistan isə əvvəlki ABŞ administrasiyasının paradiqmasında qalmaqla ABŞ-nin yardım və dəstəyindən asılıdır. Ermənistan ABŞ-nin “ehtiyac duyduğu” resurslara malik deyil, lakin rabitə kanalları mövcuddur.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, ABŞ praqmatik yanaşma tətbiq etsə, Vaşinqton minimum resurs xərcləyərək ona lazım olan hər şeyi əldə edə bilər. Əgər siyasətə “istəklər” qarışarsa (məsələn, ermənipərəst konqresmenlərin ABŞ Dövlət Katibinə yazdığı məktubda olduğu kimi), onda Trump administrasiyası Biden-Blinken administrasiyasının qarşılaşdığı problemlərlə üzləşəcək.

@cssc_cqtm
27.01.202505:30
Ermənistan Kremlin “qırmızı xətlərini” nə vaxt keçəcək?!

İlin əvvəlindən Ermənistan hökumətinin bir qərarı (Avrointeqrasiya haqqında qanun layihəsinin parlamentə göndərilməsi) və bir addımı (ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması) Rusiyada reaksiya doğurub.

Baş nazirin müavini Overçuk və Təhlükəsizlik Şurasının sədr müavini Medvedyev səviyyəsində iqtisadi təsir rıçaqlarından istifadə etmək barədə açıq hədələrlə şərhlər verilib.

Media kampaniyalarını kənara qoysaq, Ermənistanın Kremlin “qırmızı xətləri”nə nə qədər yaxınlaşdığını və onların nələrdən ibarət olduğunu anlamaq üçün hər iki tərəfin addımları vacibdir.

Rusiya prezidenti çıxışlarının birində MDB ölkələrindən gözləntilərini - öz qərarlarında müstəqil olmaq və ərazilərini Rusiyaya qarşı istifadə üçün verməmək barədə fikirlər səsləndirib.

Bundan əvvəl baş verənlər - Ermənistanda rus sərhədçilərinin funksionalının azalması, Ermənistan hökuməti üzvlərinin anti-Rusiya bəyanatları, KTMT üzvlüyünün dondurulması, Paşinyanın MDB sammitlərində iştirak etməməsi və s. Kremlin “qırmızı xətləri”nə çevrilməyib.

Paşinyan addımlarını xarici siyasətin şaxələndirilməsi ilə izah edib. Diversifikasiya isə əvəzetmə yox, alternativ yaratmaqdır. Demək ki, Ermənistan hökumətinin təhlükəsizlik və iqtisadiyyat sahəsində Rusiyanın mövcudluğuna alternativ yox, onun əvəzlənməsini nəzərdə tutan qərar və addımları Kreml üçün “qırmızı xətt”ə çevrilə bilər!

Əgər Paşinyan Avropaya inteqrasiya haqqında qanun layihəsini təsdiqləsə, Ermənistan parlamentinin onu səs çoxluğu ilə qəbul edəcəyi şübhəsizdir. Bu, Avropaya inteqrasiya niyyətlərinin Ermənistan Konstitusiyasına yazılması istiqamətində bir addım olacaq. Amma bu o demək deyil ki, Ermənistan Aİ-yə daxil olmaq üçün müraciət edir, yəni bu, sadəcə niyyətdir. Rusiya baş nazirinin müavini Overçuk bu addımı belə izah edib: “Biz bunu Aİİ-dən çıxışın başlanğıcı kimi görürük”. Yəni, Ermənistan parlamentində qanunun qəbulu Rusiyanın Ermənistana qarşı addımlarının başlanğıcı ola bilər, çünki Ermənistanın Aİ-yə üzvlüyü Aİİ-dən çıxmağı nəzərdə tutur. Artıq "qırmızı xətt" qoxusu gəlir...

Vaşinqtonda imzalanmış Xartiya tərəflərin niyyətlərini əks etdirir, lakin sənəddə faktiki olaraq heç bir konkretlik yoxdur. Məsələn, nüvə energetikası bölməsində atom elektrik stansiyalarının (RosAtom) fəaliyyətinin dayandırılması ilə bağlı bənd yoxdur, yalnız bu mövzuda ABŞ-la əməkdaşlıq haqqında bənd var. Yəni, alternativdir, əvəzetmə deyil.

2011-2012-ci illərdə Aİ Ermənistanla assosiasiyaya hazırlaşırdı və gömrük sahəsində islahat üçün əvvəlcədən pul ödəmişdi. Lakin 2013-cü ilin sentyabrında Sarqsyan Aİİ-yə daxil olmaq qərarına gəldi. Odur ki, Paşinyanın transformasiyası və ya Ermənistanda rusiyayönlü qüvvələrin hakimiyyətə gəlməsi halında ABŞ və Aİ-nin Ermənistana bütün yardımları Rusiyanın aktivinə çevriləcək.

Xartiyada Rusiyanı ən çox maraqlandıra biləcək bu hissədir:
“Ermənistan və Birləşmiş Ştatlar ikili təyinatlı mallar üzrə ixrac nəzarətinə riayət olunmasını gücləndirmək, siyasət çərçivələrini əlaqələndirmək və məlumat mübadiləsi aparmaq üçün işçi qrup yaratmaq niyyətindədirlər”. Ermənistan doğrudanmı Rusiya ilə ticarət dövriyyəsini filtrdən keçirməyə razı olacaq? Bu, indiki mərhələdə Rusiya ilə münasibətlərin toxunulmaz sahəsidir.

Axı Moskva Ermənistan vasitəsilə sanksiyalardan yayındığına görə İrəvanın Rusiya əleyhinə bəyanatlarına göz yumur.


Bir sözlə, Ermənistan Rusiyanı əvəz etmək istədikdə, bu, Kremlin “qırmızı xətt”inə çevrilə bilər. Potensial olaraq qırmızı rəngə boyanmış ən çox ehtimal olunan addımlar bunlardır:

- Ermənistanın KTMT-dən çıxması və NATO-ya daxil olmaq niyyətini bəyan etməsi. Ola bilər ki, əvvəl sadəcə KTMT-dən çıxış olsun, lakin bu, təsirsiz ötüşməyəcək.

- Avropaya inteqrasiya haqqında qanunun qəbulu, Aİ ilə yeni saziş ilkin məhdudiyyətlərə səbəb ola bilər.

- Ermənistanın sanksiyalar üçün reeksport sxemlərində iştirakdan imtina etməsi prinsipcə “qırmızı xətt” deyil, amma Moskva cavab verməli olacaq.

@cssc_cqtm
20.01.202514:09
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas Sual” verilişində “Tramp dönəmi rəsmən başlayır: Regionu nələr gözləyir?” mövzusunda fikirlərini bölüşüb.

Daha ətraflı: https://www.youtube.com/watch?v=vWEwC32-ryo
08.01.202517:00
2025-ci ildə Ermənistanla münasibətlərin əsas məqamları

Azərbaycan Prezidenti İlham Əliyevin üç dildə müsahibəsində Ermənistanla münasibətlər mövzusuna həm ikitərəfli əlaqələr, həm də regional proseslər kontekstində diqqət yetirildi.

Sülh müqaviləsinə dair...

Azərbaycanın şərtləri ötən ilin sonunda ifadə olunub (2*2):

- birbaşa sazişdə bu, üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq instansiyalarda qarşılıqlı iddialardan əl çəkmək;

- sülh prosesində isə sazişin imzalanmasından əvvəl ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsidir.

Prezident İlham Əliyev qeyd etdi ki, mövqe dəyişməyəcək və onu dəyişə biləcək heç bir xarici qüvvə yoxdur. Azərbaycanın yanaşması belədir: Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, deməli, bizə də lazım deyil. Biz onu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik.

Ermənistanın demilitarizasiyası

Prezidentin çıxışlarında bu mövzuya geniş yer verilir ki, bu da məsələnin olduqca vacibliyini göstərir. Vaxtilə dövlət başçısı Fransadən gələn neqativ barədə xəbərdarlıq etmiş, yalnız il yarım sonra Makronun Qarabağda olmayan hadisələri tanımaqla Azərbaycanı təhdid etdiyini açıqlamışdı. Bu o deməkdir ki, demilitarizasiya mövzusunda da hələ açıqlanmayan bir sıra məqamlar var. Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar:

- Qərbdə çoxları deyir ki, Azərbaycan bu tələbi ilə “həddi aşır”. Ermənistan suveren dövlətdir və silah əldə etmək hüququna malikdir.

Bəli, bu doğrudur. Amma Ermənistanın qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, bu dövlətin yaradılış ideologiyasının əsasında “azərbaycanlılardan təmizlənmiş ölkə” kimi nasist bir prinsip dayanır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, bəs sabah?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. Gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq.

- Azərbaycan Prezidenti qlobal geosiyasətdə baş verən dəyişiklikləri və bu kontekstdə Ermənistanın hərbiləşdirilməsinin yeni çalarlarını vurğuladı. Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunur və indi Fransa, Hindistan, İran və ABŞ-a yönləndirilir. Sabah bu dövlətlərin Ermənistanı Azərbaycana qarşı proksi kimi istifadə etməyəcəyinə zəmanət varmı?!

- Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. Çünki Paşinyan 2019-cu ildə bu fərqin daha çox olduğu bir vaxtda da Qarabağda “miatsum” bağırırdı.

Ermənistan Azərbaycanın Aİ və Fransa ilə münasibətlərində mövzuya çevrilib. Bu bir reallıqdır, çünki Aİ və Fransa bu istiqamətdə hər cür səy göstərib. Üstəlik, bu səylər daha çox Qarabağa görə idi. Bakı Fransanın BMT Təhlükəsizlik Şurası və Qranada bəyanatındakı “xidmətlərini” unutmayıb. Biz Aİ-yə xəbərdarlıq etmişdik ki, belə bir siyasət uğursuzluğa gətirib çıxaracaq və vəziyyəti daha da çətinləşdirəcək.

Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandırır və prezident bunu, eləcə də sərhədə baş çəkən xarici dövlət başçılarını xüsusilə qeyd etdi. Görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq üçün Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır.

Sərhəd barədə...

Hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır.

De-fakto sülh vəziyyəti yaxın gələcəyin reallığıdır. Bəlli oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Deməli, biz faktiki sülhü gücləndirmək barədə düşünməli, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik. ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhəddə yeni sahələrin delimitasiyası və hərbiləşmənin dayandırlması bu işdə kömək edə bilər.

@cssc_cqtm
दिखाया गया 1 - 24 का 61
अधिक कार्यक्षमता अनलॉक करने के लिए लॉगिन करें।