Україна Online: Новини | Політика

Телеграмна служба новин - Україна

Резидент

Мир сегодня с "Юрий Подоляка"

Труха⚡️Україна

Николаевский Ванёк

Лачен пише

Реальний Київ | Украина

Реальна Війна

Україна Online: Новини | Політика

Телеграмна служба новин - Україна

Резидент

Мир сегодня с "Юрий Подоляка"

Труха⚡️Україна

Николаевский Ванёк

Лачен пише

Реальний Київ | Украина

Реальна Війна

Україна Online: Новини | Політика

Телеграмна служба новин - Україна

Резидент

Araz News (Az)
Güneydən xəbər veririk
Araz News; Azərbaycan Milli Dirəniş Təşkilatının xəbər kanalı
Bizimlə əlaqə saxlayın:
@ArazNews_Admin

TGlist rating
0
0
TypePublic
Verification
Not verifiedTrust
Not trustedLocation
LanguageOther
Channel creation dateAug 28, 2019
Added to TGlist
Nov 14, 2024Records
18.01.202523:59
748Subscribers30.03.202523:59
200Citation index10.03.202500:47
4.5KAverage views per post16.03.202523:59
4.5KAverage views per ad post18.03.202523:59
18.60%ER18.03.202501:56
622.79%ERRGrowth
Subscribers
Citation index
Avg views per post
Avg views per ad post
ER
ERR
the media content
04.04.202519:52
"Urmiyə Türkündür, Türkün qalacaq!"
Bu gün Traktor matçları Güney Azərbaycanda sadəcə bir idman hadisəsi deyil. İran İslam Respublikasında siyasi və ictimai haqların, insanların toplaşmaq, etiraz etmək, mitinq keçirmək kimi fundamental hüquqlarının məhdudlaşdırıldığı bir şəraitdə bu matçlar mübarizə meydanına çevrilib.
Traktor azarkeşləri stadionları milli tələblərin səsləndiyi bir tribunaya çevirərək, panfarsist və terrorçu qruplaşmaların koordinasiyası ilə Güney Azərbaycanın tarixi torpağı olan Umiyəyə qarşı irəli sürülən iyrənc ssenarilərə qarşı açıq şəkildə etiraz edirlər.
Azərbaycan Türk milləti isə bu təhlükəli planlara qarşı Traktor matçlarını bir birlik və dirəniş platformasına çevirərək layiqli və qətiyyətli cavab verir.
▪️@ArazNews_az

06.04.202511:36
Güney azərbaycanlı milli fəal 5 il həbs üçün Evin həbsxanasına köçürülüb
Azərbaycanlı türk fəal Salar Tahir Əfşar, Tehranın 33-cü dairəsinin Ümumi və İnqilab Prokurorluğunun 1-ci Hökm İcra Şöbəsinə çağırıldıqdan sonra, beş il azadlıqdan məhrumetmə cəzasını çəkmək üçün Evin həbsxanasına köçürülüb.
Tehran Prokurorluğunun Hökm İcra Şöbəsi tərəfindən Salar Tahir Əfşara göndərilən çağırış vərəqəsinə əsasən, o bu məhkəmə orqanına müraciət etdikdən sonra həbs cəzasının icrası üçün Evin həbsxanasına təhvil verilib.
O, 2024-cü il mayın 22-də Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsində, hakim Əbulqasım Salavatinin sədrliyi ilə keçirilən məhkəmədə “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

30.03.202517:50
Təbriz Lale Parkında Azərbaycan rəqsi
Təbriz bələdiyyəsi tərəfindən təşkil olunan Ramazan bayramı şənliyi Lale Parkında vətəndaşların böyük marağı ilə keçirildi.

25.03.202519:34
Buna baxmayaraq, günlərlə aparılan geniş təbliğata rəğmən mitinqə cəmi 5 minə yaxın insan qatıldı. Havadan çəkilən görüntülərdən bu rəqəmi müəyyən etmək mümkündür. Terror qrupları iştirakçı sayının 100 min olduğunu iddia etsələr də, görüntülər bu iddianın doğru olmadığını açıq şəkildə sübut edir.
Mitinqin təşkilində Urmiyənin kürd millət vəkili Hakim Məməkan və şəhər şurasının üzvləri Sadiq Təvəkküli Mehr və Sasan İbrahimzadə aktiv rol oynadılar. Bu şəxslərin PKK/PEJAK-a simpatiya bəslədikləri və İranşəhrçi dairələrlə yaxın əlaqələrinin olduğu məlumdur. Xüsusilə, Hakim Məməkanın narkotik qaçaqmalçılığı ilə tanınan Zindəşti ilə çoxsaylı şəkillərinin olması və onun keçmişdə “Nojin Birliyi”ndə PEJAK-ın tanınmış simaları ilə birlikdə fəaliyyət göstərməsi diqqət çəkmişdi.
Bu mitinq Güney Azərbaycan ictimaiyyətində böyük narahatlıq və reaksiyaya səbəb oldu. Bu reaksiya xüsusilə sosial mediada açıq şəkildə müşahidə edilmişdir. Həmin günün axşamı Urmiyənin “Park-e Cəngəli” adlanan meşə parkında bir qrup azərbaycanlı gənc etiraz aksiyası keçirmiş və mitinq əleyhinə şüarlar səsləndirmişdir.
PKK düşərgələrini Qərbi Azərbaycan dağlarına yerləşdirməklə, Zindəşti və Simko kimi kürd mafiya qruplarının önünü açmaqla və Qərbi Azərbaycana kürd valilər təyin etməklə kifayətlənməyən İran rejimi bu mitinq vasitəsilə bir daha Türkiyəyə, eləcə də Azərbaycan cumhuriyyətinə mesaj verməyə və PKK kartını önə çıxarmağa çalışmışdır. İran rejiminin bu hərəkəti təbii ki uzun zamandan bəri uyğulamaya çalışdığı “Qərbi Azərbaycanda cəmiyyət tərkibini dəyişdirmək” siyasvtinə də uyğun hərəkət idi.
22 Martda Urmiyənin mərkəzi küçələrində, xalq arasında “Bazar Ağzı” olaraq tanınan İmam-Ətayi dörd yolunda Həzrət Əlinin qılıncla vurulduğu 21 Ramazan günü üçün matəm mərasimi təşkil olunacaqdı. Əslində, bu mərasim hər il bir çox şəhərdə keçirilir və mahiyyətcə yeni bir hadisə deyil. Yalnız bu il rejim bunu Urmiyədə fərqli şəkildə keçirərək Türkiyəyə “kürd mesajı” ilə bərabər “şiəlik yaxud ələvilik mesajı” da vermək istədi. Yəni Urmiyənin həm etnik, həm də məzhəb baxımından Türkiyədən fərqli olduğunu və Türkiyənin burada təsirinin ola bilməyəcəyini göstərməyə çalışdı.
Bu məqsədlə, bu ilki təziyə mərasiminə “Urmiyə ələvilərinin - Ələviyyun - böyük toplaşması” adı verildi və yer olaraq isə şəhər mərkəzi təyin edildi. Şəhər daxilində və sosial mediada bu tədbir üçün geniş reklam aparıldı. “Ələviyyun” adının seçilməsi isə açıq şəkildə Suriyədəki və Türkiyədəki ələvi toplumlarına bir işarə idi. Yoxsa hamı bilir ki Azərbaycan Tüürkləri əsasında ələvi yox şiə kimi tanınırlar. Eyni zamanda, bir sıra şəxslərə bu tədbiri “Azərbaycan torpaqlarına göz tikənlərə cavab” kimi təqdim etməsinə də izin verildi.
Bununla da rejimin ikinci bir hədəfi mövcud idi: ölkə daxilində Türk-kürd qarşıdurmasını müəyyən dərəcədə artırmaq. Çünki İranda millətlərarası problemlərin müxalif qüvvələri parçalamaq üçün istifadə edilməsi rejimin maraq dairəsinə daxildir və müxalif qüvvələri basdırmasını xeyli asanlaşdırır. Bu şəsxlərin çağırışları eyni zamanda tədbirə iştirakı müəyyən dərəcədə artıracaqdı, çünki son illərdə məzhəbi tədbirlərə iştirak kəskin şəkildə azalıb.
Ardı 👇

25.03.202519:33
Urmiyədə baş verən olaylar İranın son zamanlardakı gedişatının içində və onun bir parçası kimi analiz edilməlidir. Qafqazda (Quzey Azərbaycan və Ermənistan), Qəzzə, Lübnan, İraq, Yəmən və Əfqanıstanda təsir imkanlarını böyük ölçüdə itirən İran rejimi üçün Suriyanın itirilməsi sarsıdıcı zərbə oldu. İran rejimi Suriyadakı məğlubiyyətindən Türkiyəni məsul görür.
Xarici siyasətdə mövqelərini itirən İran rejimi eyni zamanda daxildə ciddi iqtisadi və siyasi böhranla qarşı-qarşıyadır. Bütün bunlarla bərabər, ABŞ-nin maksimum təzyiq siyasəti və hava hücumu ehtimalı İran rejimini çətin vəziyyətə salıb və onu daha da aqressivləşdirib.
Suriyə olaylarından sonra İranla Türkiyənin əlaqələrinin gərginləşməsinin bir neçə səbəbi var:
• İran Suriyada məğlub olmasında Türkiyəni məsul görür.
• ABŞ-ın İrana qarşı iqtisadi və hərbi tədbirlərində Türkiyənin ABŞ ilə işbirliyi etmə ehtimalı rejim içindəki güc mərkəzlərini narahat edir.
• İran rejimi və ümumiyyətlə fars millətçiləri düşünürlər ki, İranda bir otoritet boşluğu yaranarsa, Türkiyə İran içindəki Türklərlə maraqlana bilər. Bu isə İranda mövcud olan fars hegemonluğuna ağır zərbə olacaq.
Türkiyəyə Suriyada kürdlər və ələvilər vasitəsilə cavab vermək cəhdləri uğursuz olan İran rejimi eyni taktikadan Qərbi Azərbaycanda istifadə etməyə çalışdı. Lakin burada da uğursuz oldu.
İran rejimi Qərbi Azərbaycanda iki həssas yerdə Kürdlərin Novruz tədbiri adı altında terror qruplarına mitinq keçirmək üçün icazə verdi.
Birinci tədbir 28 fevralda Araz çayı sahilində, Naxçıvan sərhədində yerləşən Poldəşt şəhərinin Zakirli kəndində keçirildi. Zakirli kəndi Qarasu bölgəsində, Türkiyə və Azərbaycan sərhədlərinin birləşdiyi yerə yaxın yerləşdiyi üçün seçilmişdi. Bu səbəbdən mitinqin əsas məqsədlərindən biri Quzey Azərbaycan və Türkiyəyə siyasi mesaj göndərmək idi.
İkinci tədbir isə 18 martda Urmiyə şəhərinin kənar məhəllələrindən birində, “Tir Meydanı”nda keçirildi. İran rejimi adətən Kürd bölgələrində tədbirlərə yalnız şəhərdən uzaq kəndlərdə icazə versə də, bu dəfə Urmiyə şəhərinin kənar məhəlləsində icazə verməsi diqqətçəkən məqam idi. Qərbi Azərbaycanın yerli məsullarının bu mitinqlə razı olmamasına baxmayaraq, Tehrandan mitinqin keçirilməsinə dair qəti təlimat gəldiyi barədə məlumat yayıldı.
Eyni gün bəzi yaxın bölgələrdə Kürdlərin Novruz tədbirləri ləğv edildi ki, Urmiyədə keçirilən mitinqdə iştirak daha çox olsun. Lakin Urmiyədə təşkil olunan tədbir sırf Novruz bayramı ilə bağlı deyil, tamamilə siyasi mitinq xarakteri daşıyırdı. PKK/PEJAK terror qruplaşmalarının geyimlərini geyinən şəxslər mitinq zamanı rəqs edir, siyasi mahiyyətli kürdcə mahnılar səsləndirirdilər. Bütün kürd terror qruplaşmalarına bağlı media qurumları bu mitinqi dəstəkləyirdi.

27.03.202511:53
Qaşqay Türkləri Türkiyənin qəlbində Novruz bayramını qeyd edib
25 mart tarixində İstanbul Universiteti baharın gəlişi münasibətilə türklərin coşqulu bayramına ev sahibliyi etdi.
Bu bayram təkcə bir ənənəvi mərasim deyil, eyni zamanda türk dünyasının həmrəyliyinin, kimliyinin və tarixi bağlarının bir rəmzidir.
Qırğızlar, uyğurlar, qazaxlar, türkmənlər və digər soydaşlarımızla yanaşı, qaşqay türkləri da bu bayramda qürurla iştirak etdilər.
Qaşqayların stendi müqəddəs bayraqları və özünəməxsus milli geyimləri ilə bu xalqın qədim və zəngin mədəniyyətini nümayiş etdirdi.
Türk dünyasının təbiətin yenilənməsini birlikdə qeyd etdiyi bu gündə, qaşqaylar da soydaşlarının sırasında şərəflə yer aldılar və göstərdilər ki, sərhədlər onları ayırsalar da, qəlblərdə və ruhda həmişə bir və bərabər qalıblar.

29.03.202513:23
Əhməd Nəqibzadənin fikrincə, Qərb xüsusilə ABŞ və İsrail böyük və klassik bir müharibəyə girmək əvəzinə mərhələli, ağıllı və hədəfli bir strategiya izləyir. Bu strategiyanın məqsədi ölkəni tamamilə məhv etmək deyil, əsas qərarvericiləri təsirsiz hala gətirmək, rejimin strateji infrastrukturunu zəiflətmək və İran İslam Respublikasını elə bir çıxılmaz vəziyyətə salmaqdır ki, klassik müharibə olmadan süquta uğrasın, Sovet İttifaqında olduğu kimi.
İran İslam Respublikasının Sovet modeli ilə dağılmasına dair Nəqibzadənin təhlilinə görə, İran İslam Respublikasının açıq şəkildə Sovet İttifaqına bənzədir. O qeyd edir ki, "Mən əvvəllər də demişəm ki, İran İslam Respublikasının dağılması Sovet İttifaqına bənzər şəkildə ola bilər. O vaxtdan bəri onlar daim ‘Ayətullah Qorbaçov’u axtarmaqdadırlar…”
Siyasi elmlər eksperti həmçinin İslam Respublikasının idarə üsulu kommunist rejimlərə bənzədiyini irəli sürüb. "İslam Respublikasının fəaliyyəti kommunist rejimlərə çox bənzəyir… İnsan hakimiyyətin zirvəsinə çıxmaq üçün yoldaşlarının üzərinə basaraq irəliləyir və zirvəyə çatdıqda istədiyini edir.” -deyə Nəqibzadə bildirib.
İranlı ekspert həmçinin bildirib ki hakimiyyətin bütün gücünün bir şəxsin əlində cəmlənməsi dəyişikliklərin aparılması üçün böyük maneə təşkil edir.
“Mənim gördüyüm budur ki, ölkədə hər kəs danışıqların tərəfdarıdır və bir nəfərdən başqa hamı anlayıb ki, başqa yol yoxdur… O da Əli Xameneidir.” -deyə, ekspert vurğulayıb.
Nəqibzadə hökumət ilə xalq arasında misli görünməmiş bir məsafənin yarandığını irəli sürüb və bildirib ki bu məsələ hakimiyyətin legitimliyini olduqca aşındırır.
Əli xamenei və onun müşavirlərinin Qərb ilə danışıqlardan çəkinməsi məsələsinə toxunan ekspert deyib ki, hakimiyyət danışıqlar nəticəsində daxili müxalifətin dilinin uzanmasından qorxur. Belə ki, danışıqlar nəticəsində Qərbin istəklərinə təslim olmaq İran rəhbərliyinin nüfuzunun azalmasına gətirib çıxaracaq. Beləcə "onlar müharibədə məğlub olmağa və məhv olmağa üstünlük verirlər."
Tehran Universiteti Siyasi Elmlər professoru yaxın gələcəkdə rejimin tam çıxılmaz vəziyyətə düşəcəyini proqnozlaşdırıb. “Düşünürəm ki, bir il sonra bu vaxtlar İran İslam Respublikası ən çıxılmaz vəziyyətində olacaq və onun baza və strateji mərkəzləri hədəfə alınacaq.” -deyə, o, qeyd edib.
Nəqibzadə həmçinin Moskovanın İranla Qərb arasında hər hansı sazişə təsiri haqqında da diqqət çəkən məqamlara toxunub. O, Rusiyanın İranda dəyişikliklərin qarşısını almaq və Qərbə yaxınlaşmanı əngəlləmək üçün ciddi nüfuzu olduğunu bəyan edib.
“Moskva, İranla Qərb arasında münasibətləri yaxşılaşdırmaq niyyətində olan hər kəsi səhnədən uzaqlaşdırır… İranla Qərb arasında məsələ Rusiyanın vasitəsi ilə əsla həll olunmayacaq.”-deyə, o, əlavə edib.

Lakin tədbir günü hadisələr planlanandan fərqli inkişaf etdi. Bir neçə min iştirakçı gözlənilirdi, ancaq kürd terror qruplarının fəaliyyətlərindən olduqca qəzəbli olan şəhər əhalisi tədbir yerinə axın etdi və tədbirdə minlərlə yox, on minlərlə insan iştirak etdi. Sadəcə “Bazar Ağzı” deyil, İmam xiyabanı boyunca Mərkəz (Vilayət-i Fəqih) meydanından Əyalət (İnqilab) meydanına qədər böyük izdiham yarandı. Gələn insanlar milli şüarlar səsləndirməyə başlayınca “Ələviyyun” tədbiri böyük xalq izdihamının arasında sönük qaldı və tədbir böyük bir milli mitinqə çevrildi. Tədbirdə yüz minlərlə Urmiyə əhalisi iştirak etdi ki havadan çəkilən görüntülərdən bunu hesablamaq mümkündür. Bir milyon əhalisi olan Urmiyə şəhərində 100 minlərlə insanın toplaşması gözlənilməz dərəcədə böyük rəqəm sayılır və hər kəs üçün sürpriz oldu.
Mitinqdə çox sayda milli şüarlar səsləndirilsə də, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Urmiyə Türkündür, Türkün qalacaq”, “Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz” şüarlarının sıxlıqla təkrarlanması xüsusi diqqət çəkdi.
Mitinq fars mediası tərəfindən ümumiliklə təxribata məruz qalsa da, Quzey Azərbaycan və Türkiyə mediasında müəyyən dərəcədə öz gerçək əksini tapdı. Bununla bərabər, mitinq sosial mediada və ictimaiyyatda böyük əks-səda yaratdı.
Bu mitinq bir daha rejim daxilində “Türk məsələsi” ilə bağlı dərin baxış ayrılığını ortaya qoydu. Çünki İranşəhrçilər yaxud fars milliyyətçiləri mitinqi pantürkistlərin təxribatı kimi qələmə verib hücum etsələr də, rejimin içindəki Türk kökənli kadrlar səssiz qalmağı və ya dəstək verməyi tərcih etdilər.
Urmiyənin “anti-terror mitinqi” Güney Azərbaycan tarixində milli mitinqlərin ən böyüklərindən, bəlkə də məhz ən böyük mitinqi oldu. Beləcə də İran rejiminin Azərbaycan və Türkiyəyə Qərbi Azərbaycanda kürd-şiə mesajı vermək planı tamamilə tərsinə döndü və rejimin planı tam anlamı ilə uğursuz oldu.
Urmiyənin “anti-terror mitinqi” Azərbaycan Türk milləti üçün tarixi zəfər olarkən, terror qruplarına və İran rejimini ələ keçirən anti-Türk Şuubi-İranşəhrçi qüvvələrə böyük dərs oldu.
Bizlər Güney Azərbaycan təşkilatları olaraq bu vasitə ilə millətimizə dərin fərasət, uzaq görənlik və milli həssaslığından dolayı təşəkkür edərək bildiririk ki, Azərbaycan Türk milləti vətənimizdə yaşayan bütün azlıqlara qarşı sayğı, sevgi və qardaşlıq duyğuları bəsləməklə bərabər və onların demokratik haqlarını tanımaqla birgə, istər terror qruplarının istər iranşəhrçi-şuubyəçi qrupların təxribatlarına əsla imkan verməyəcək və lazım olan zamanda tam gücü ilə meydanda olacaqdır. Eyni şəkildə Azərbaycan Türk Milləti Güney Azərbaycan torpaqlarından qardaş Quzey Azərbaycan və Türkiyə əleyhinə təxribat aparmağa imkan tanımayacaqdır.
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı - Dirəniş
Güney Azərbaycan Demokrat Partiyası – GADP
25/03/2025
————————-
Bəyanat Azərbaycan Milli Dirəniş Təşkilatının rəsmi saytında dərc edilib:

🌐 https://diranish.com/?p=6655

06.04.202507:41
İran Yəməndən qüvvələrini geri çəkir və Husilərə dəstəyini dayandırır
İran Yəməndəki hərbi qüvvələrini geri çəkmək və Husilərə verdiyi dəstəyi dayandırmaq qərarına gəlib.
Daily Telegraph qəzetinin məlumatına görə, bu addım, ABŞ-ın Husi hədəflərinə qarşı həyata keçirdiyi intensiv hava hücumlarından sonra atılıb. İranın yüksək səviyyəli rəsmisi bildirib ki, bu qərar İranın ABŞ-la birbaşa qarşıdurmadan qaçınmaq məqsədilə qəbul edilib.
ABŞ Prezidenti Donald Tramp İranı Husilərə silah və kəşfiyyat məlumatları verməkdə ittiham edərək, bu dəstəyin davam etməsi halında ciddi nəticələrlə qarşılaşacağını bildirib. Tramp qeyd edib ki, Husilərin hücumlarını İranın hərəkətləri kimi qiymətləndirir və buna uyğun cavab verəcək.
Husilər isə ABŞ-ın hücumlarına cavab olaraq Amerika gəmilərini hədəfə alacaqlarını və əməliyyatlarını genişləndirəcəklərini bəyan ediblər.
İran Yaxın Şərqdəki proksi qüvvələr üzərində nəzarətini tədricən itirdikcə, bölgədəki strateji təsir gücü də zəifləyir.

26.03.202514:08
1979-cu il İslam İnqilabından bəri Güney Azərbaycanda yaşayan türklərin vəziyyətinin davamlı şəkildə pisləşdiyi qeyd olunur. Ana dilində təhsilin qadağan olunması, mədəni repressiyalar, iqtisadi resursların talanması və bölgənin məqsədli şəkildə inkişafdan saxlanılması yazıda xüsusi vurğulanır. Türk fəallar illərlə sistematik ayrı-seçkilikdən, dil və mədəniyyətlərinin sıxışdırılmasından danışıb.
Məqalədə həmçinin Güney Azərbaycanla müstəqil Azərbaycan Respublikası arasındakı fərqlər müqayisə olunur. Bildirilir ki, Arazın o tayında yaşayan türklər dini və mədəni azadlıqlara sahibdir və İsraillə sıx münasibətlərə malikdir. Halbuki İranda yaşayan türklər İran İnqilab Keşikçiləri Korpusunun təzyiqləri altında yaşayır. Şimalda yəhudi cəmiyyəti azad fəaliyyət göstərir və ivrit dili tədris olunur. Bu, iki tam fərqli idarəçilik modelini əks etdirir: biri azad və sekulyar Azərbaycan Respublikası, digəri isə avtoritar və teokratik İran rejimidir.
Geosiyasi baxımdan məqalədə bildirilir ki, Güney Azərbaycanın müstəqilliyi İranda digər etnik azlıqlar – kürdlər, bəluclar, ərəblər və türkmənlər – üçün də nümunə ola bilər. İsrail üçün bu, həm regiondakı ən böyük düşmənini zəiflətmək, həm də sərhəddə yeni və müttəfiq bir türk dövləti qazanmaq fürsətidir.
Yazıda qeyd olunur ki, türk fəallar Güney Azərbaycan xalqının İran rejimi ilə heç bir ortaq yönü olmadığını və İsrailin İranın nüvə obyektlərinə qarşı hava hücumlarını tam dəstəklədiklərini bildirirlər. Gənc türklər İsraili təbii müttəfiq olaraq görür və ayətullahların zülmünə qarşı duruşunu alqışlayırlar.
Məqalənin sonunda vurğulanır ki, İsrailin Güney Azərbaycanın müstəqilliyini dəstəkləməsi təkcə etik və humanitar deyil, eyni zamanda strateji cəhətdən də ağıllı addımdır. Bu dəstək, həm İran rejimini zəiflədə, həm də bölgədə yeni bir müttəfiq dövlətin yaranmasına şərait yarada bilər.
Nəticə olaraq, müəllif qeyd edir ki, əgər İsrail Yaxın Şərqdə güc balansını dəyişmək və İranın təhdidlərini neytrallaşdırmaq istəyirsə, Güney Azərbaycan xalqının azadlıq istəyini dərhal dəstəkləməlidir.

29.03.202512:21
Sky News Donald Trampın Əli Xameneiyə ünvanladığı məktubun mətnini yayımladı
Bu məktubun mətni ərəb dilində ilk dəfə olaraq Məhəmmədsaleh Sidqian tərəfindən "X" sosial şəbəkəsində (əvvəlki Twitter) paylaşılmış və daha sonra Sky News Ərəbcə tərəfindən dərc edilmişdir.
Məktubun məzmunu hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Araz News bu məktubun Azərbaycan türkcəsində tərcüməsini dərc edir.
👇👇👇
https://t.me/araznews_az/1307

26.03.202512:50
🔰 Niyə Azərbaycan türkləri silahlı kürd təşkilatlarının fəaliyyətlərindən narahatdır?
Detallar 👇👇👇
https://t.me/araznews_az/1298
Detallar 👇👇👇
https://t.me/araznews_az/1298
06.04.202515:02
📚Mənbələr
UNHCR (1991). The State of The World's Refugees 1991: In Search of Solutions. United Nations High Commissioner for Refugees.
UNHCR (1992). Report of the United Nations High Commissioner for Refugees.
Migration Policy Institute (2006). Turkey: A Transformation from Emigration to Immigration.
Time Magazine (April 22, 1991). What Price Safety? Special Report on Kurdish Refugees.
The New York Times (April 1991). Kurds Flee Iraq Into Turkey and Iran Amid Fear of Reprisals.
JSTOR Database (1992). Articles on forced migration of Iraqi Kurds after the Gulf War.
Doctors Without Borders (Médecins Sans Frontières). Field Reports from Iran and Turkey – April 1991.

05.04.202516:38
Keçmiş Ticarət Palatası rəhbəri yeni ildə İranda dollar və inflyasiya ilə bağlı proqnoz verib
Araz News: İran mediasında dərc olunan məlumata əsasən, Hüseyn Səlahvərzi, İran və Yaponiya Ticarət Palatasının rəhbəri deyib ki, Əvvəlki proqnozlar bu idi ki, 2025-ci ilin ilk aylarında dolların məzənnəsi 100 min tümən həddinə çatacaq və nəhayət bu da baş verdi.
Bununla belə, yeni ildə Trampın qayıdışı və "maksimum təzyiq" siyasətinin güclənəcəyi ehtimalı, İranın neft satışının gündəlik bir milyon bareldən aşağı düşməsi, valyuta gəlirlərinin azalması və bazarda valyuta həcminin azalması fonunda, dollar məzənnəsinə əlavə təzyiq göstərəcək.
Ekspert bildirib ki, bu vəziyyətin nəticəsi inflyasiyanın artması və iqtisadi artımın azalması olacaq. Hətta 2025-ci ildə iqtisadi artım mənfi olmasa belə, ən yaxşı halda sıfır faiz olacaq. Halbuki inflyasiya göstəricisi, nikbin yanaşma ilə belə, 50 faiz səviyyəsində qalacaq və xüsusilə maaşla dolananların alıcılıq qabiliyyəti ciddi şəkildə azalacaq.

25.03.202512:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Beştəpə Prezident Kompleksində Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında vurğulayıb: “Son həftələrdəki qızğın müzakirələr göstərdi ki, Avropanın təhlükəsizliyi Türkiyə olmadan mümkün deyil.”
Ərdoğan bildirib: “Bu gün açıq şəkildə etiraf olunur ki, Avropa təkcə təhlükəsizlik baxımından deyil, iqtisadiyyatdan diplomatiyaya, ticarətdən sosial məsələlərə qədər bir çox sahədə ölkəmizə ehtiyac duyur.”
O, əlavə edib: “Türkiyə, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət çərçivəsində Avropa ölkələri və Avropa İttifaqı ilə əlaqələrini inkişaf etdirməyə hazırdır.”
Ərdoğan çıxışının başqa bir hissəsində deyib: “Cənab Trampın ikinci prezidentlik dövründə Türkiyə-Amerika münasibətləri fərqli bir dinamika qazana bilər.”
O qeyd edib: “Cənab Trampla səmimi söhbətimizdə 100 milyard dollarlıq ticarət hədəfi önündəki bütün maneələrin aradan qaldırılması da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə etdik.”
Ərdoğan Çanaqqala savaşına da toxunaraq bildirib: “Suriyadan Qəzzəyə, Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər mənəvi coğrafiyamızın dörd bir yanından olan şəhidlər Çanaqqalada yanaşı uyuyurlar.”
O əlavə edib: “Çanaqqala ruhu bu həmrəyliyin və bu ortaq taleyin təcəssümüdür.”
Mənbə: Anadolu Agentliyi

Log in to unlock more functionality.