Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Лёха в Short’ах Long’ует
Лёха в Short’ах Long’ует
ŞEDEVR + avatar
ŞEDEVR +
ŞEDEVR + avatar
ŞEDEVR +
11.03.202515:53
⚡️Ermənistan hökuməti BRİKS-də müşahidəçi statusu almaq istəyir.

t.me/shedevrplus
11.03.202511:18
Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpüdə son tamamlanma işləri gedir.

t.me/shedevrplus
11.03.202506:45
Bakıda sürücülər arasında dava olub, xəsarət alan var.

t.me/shedevrplus
10.03.202517:41
⚡️Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff:

Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndərib və ondan üzr istəyib.

t.me/shedevrplus
10.03.202515:03
⚡️Səni yarı yolda qoymur! Çünki 5 günə qədər enerji saxlayır.

Eşitmək istəmədiyin bütün səslər səndən uzaq olacaq! Çünki səsizolyasiyası ilə sadəcə musiqini eşidəcəksən.

Hər şeyi qutucuqdan idarə edəcəksən!

Üstəlik, bütün bu lüks funksiyalar cibinə uyğundur!

Euroacs
Zəmanətli telefon aksesuarları!
10.03.202510:20
Əgər hərbi münaqişələr, geopolitik hadisələr və dünya səhnəsindəki hərbi balansı öyrənmək istəyirsinizsə, Ormilitarism kanalı tam sizin üçündür!

🌍 Müasir dünyada baş verən bütün hərbi münaqişələrdən ən dəqiq xəbərlər!
🧠 Dərin təhlillər və maraqlı müzakirələr!
🚨 Aparılan əməliyyatlar, yeni hərbi texnologiyalar və strateji analizlər!

https://t.me/Ormilitarism
11.03.202513:46
⚠️ Trampın andiçmə mərasimində iştirak edən milyarderlər İlon Mask, Ceff Bezos və Mark Zukerberq o vaxtdan bəri 209 milyard dollar itiriblər.

Bu milyarderlərin sərvətlərinin arxasında duran şirkətlər isə həmin gündən bəri ümumilikdə 1,39 trilyon dollar bazar dəyərini itirib.

t.me/shedevrplus
Səudiyyədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır.

t.me/shedevrplus
11.03.202506:13
⚡️Bu səhər Moskvaya ilin ən böyük hücumu edilib, ölən və yaralananlar var.

PUA hücumu ilə əlaqədar Moskvanın Şeremyetyevo və Vnukovo hava limanlarının fəaliyyətində fasilə yaranıb.

Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 69 pilotsuz təyyarənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb.

t.me/shedevrplus
Reposted from:
CSSC Baku avatar
CSSC Baku
10.03.202517:26
Aİ-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri

Avropada ABŞ-dən “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-nin, həm də Aİ-nin qarşılıqlı maraqları var. Lakin Aİ-nin strateji muxtariyyəti məsələsi Aİ-nin öz təşəbbüsü deyil, prezident Tramp dövründə ABŞ-nin siyasətinə reaksiyadır.

Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ ilə tam koordinasiyada olan Aİ artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında Aİ-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir.

Görünür, Aİ-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Vaşinqtonun müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır. Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə Aİ danışıqlar prosesində olacaq. Aİ-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək.

Bu gün Aİ liderləri belə mövqe tuturlar ki, ABŞ və Rusiya Ukraynada atəşkəsə nail ola bilsələr və Ukrayna rəhbərliyini atəşkəs şərtlərini qəbul etməyə sövq edə bilsələr belə, Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv edilməyəcək. Aİ ölkələrinin məqsədi Rusiyanı daha da zəiflətmək və çəkindirici vasitə kimi Ukraynanı gücləndirməkdir. Yəni, Aİ-nin Rusiya ilə münasibətləri qısa müddətdə normallaşmayacaq.

Beləliklə, strateji muxtariyyət kontekstində Aİ xarici siyasət fəaliyyətinin digər sahələrində ABŞ ilə bir araya gəlməməlidir. Məsələn, Çinlə münasibətlərdə Aİ-nin ABŞ-dən fərqli olan öz prioritetləri ola bilər. Bu kontekstdə Aİ-nin Rusiya və ABŞ-dən yan keçərək Çinlə əlaqə saxlaması vacib olacaq. Məlum olduğu kimi, Avropadan Çinə gedən quru yollarına Rusiya, dəniz ticarət yollarına isə ABŞ nəzarət edir. Bu nəzarətdən kənar Avropadan Çinə yeganə marşrut Türkiyə, Cənubi Qafqaz regionu, İran və Mərkəzi Asiya ölkələrindən keçəcək. Yəni, Orta Dəhliz yenidən aktuallıq qazana bilər.

Mərkəzi Asiya regionu Aİ siyasətinin digər bir sahəsinə çevriləcək. Aİ-Mərkəzi Asiya sammitinin aprelin əvvəlində keçirilməsi planlaşdırılır və bu sammiti Bakıda diqqətlə izləməyə dəyər. Mərkəzi Asiyaya yol Gürcüstan və Azərbaycandan keçir. Nəqliyyat məsələsi yeganə məsələdir ki, Aİ yüklərin həcmini regional marşrutlara yönləndirməklə Cənubi Qafqazda konstruktiv rol oynaya bilər.

Əgər Aİ Ermənistan üzərindən kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman o, Bakının işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasının maliyyələşdirilməsində iştirak etmək üçün təkliflər hazırlamalı olacaq. Bakı ilə əlaqə qurmağın başqa yolu yoxdur. Ermənistana kömək etmək üçün Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək. Çünki Aİ-Cənubi Qafqaz formatını rəsmiləşdirməyin vaxtı çatıb.

Aİ-Mərkəzi Asiya və Aİ-Cənubi Qafqaz formatlarında müzakirə olunan bütün bu təşəbbüslər təhlükəsizlik çətirinə malik olmalıdır, burada Türkiyənin Aİ üçün rolu mübahisəsizdir.

Göründüyü kimi, strateji muxtariyyət perspektivləri Aİ üçün qonşu və mühüm regionlarla əlaqələrin inkişafı baxımından çoxlu imkanlar yaradır.
Bu kontekstdə Aİ üçün yeganə təhlükə, lazımi siyasəti həyata keçirə bilməyən lider ölkənin yanlış seçimidir. Məsələn, Fransanın Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələrdə mənfi təcrübəsi var. Parisin Gürcüstan hökuməti ilə münasibətləri də mürəkkəbdir.

@cssc_cqtm
10.03.202514:19
⚡️Milli Şuranın üzvü Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

t.me/shedevrplus
10.03.202509:45
Bakıda həbsdə olan və separatçı rejimin “prezidenti” olmuş Arkadi Qukasyan:

“Böyük Ermənistan” ideyası nağıldır. Çoxdandır nağıllara inanmıram. Mən real həyatda yaşayıram".

t.me/shedevrplus
Reposted from:
Operativ Media avatar
Operativ Media
11.03.202512:41
⚡⚡Ermənistan aprel ayında Azərbaycana qarşı müharibəyə başlamağı planlaşdırır. (Caliber)
11.03.202508:19
🔴 Çin mühəndisləri tam avtonom işləyən, sərbəst qərarlar qəbul etməyi və insan iştirakı olmadan çətin tapşırıqları yerinə yetirməyi bacaran dünyanın ilk süni intellekt agenti “Manus”u təqdim ediblər.

“ChatGPT”, “Gemini” və ya “Grok” kimi komanda gözləyən çat-botlardan fərqli olaraq, “Manus” özü qərar qəbul edir və göstəriş olmadan işləyir.

t.me/shedevrplus
Rakka şəhərinin əhalisi tarixi razılaşmanı qeyd edir.

t.me/shedevrplus
10.03.202517:01
Azərbaycan və Britaniya arasında siyasi məsləhətləşmələr keçirilib.

t.me/shedevrplus
10.03.202513:42
⚡️Bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir. (MN)

t.me/shedevrplus
10.03.202508:21
⚡️Türkiyə İsrailin NATO hərbi təlimində iştirakına veto qoyub.

t.me/shedevrplus
11.03.202511:23
Şimali Makedoniya və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün viza tələbi ləğv edilir.

t.me/shedevrplus
11.03.202506:55
⚡️Dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar. (DİN)

t.me/shedevrplus
10.03.202519:11
⚡️⚡️Suriyanın müvəqqəti prezidenti Əhməd Şəraa ilə YPG/PYD lideri Mazlum Abdi arasında anlaşma imzalandı.

Anlaşmaya görə, YPG/PYD yeni Suriya hökumətinə qatılacaq və nəzarətindəki bütün əraziləri, həmçinin mülki və dövlət qurumlarını, sərhəd-keçid məntəqələrini, hava limanlarını, neft və qaz bölgələrini də Suriya hökumətinə təhvil verəcək.

t.me/shedevrplus
10.03.202516:57
⚠️ Putin Milli Məclisin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

t.me/shedevrplus
10.03.202510:45
⚡️İran hökuməti, Suriyadakı hadisələrə görə Türkiyənin də məsuliyyət daşıdığını bildirib.

t.me/shedevrplus
10.03.202508:10
⚡️Lerik rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.

t.me/shedevrplus
Shown 1 - 24 of 1149
Log in to unlock more functionality.