Bu şəkil Hacı Qasim Süleymaninin dünyada yayılmış ən məşhur şəklidir. Bura İŞİD-lə ən yaxın nöqtədir və Hacı Qasimin xarici jurnalların üz qabığına çevrilən bu şəkli illər əvvəl mediaya Əkrəm Hacızadə tərəfindən təqdim olunub. Amma o, özünü bu şəkildən silib. Çünki "mən Hacı Qasimlə ən ön cəbhədə, İŞİD-ə ən yaxın nöqtədə birlikdə idim" demək kimi bir dərdi olmayıb. Mən, Əkrəm Hacızadənin düşmənə ən yaxın nöqtələrdə Hacı Qasimə verdiyi hesabatlarda hansı böyüklükdə İŞİD karvanına nələr etdiyini öz qulağımla eşitmişəm, gözümlə görmüşəm. O videolar da vaxt gələcək nə vaxtsa yayımlanacaq. Hacı Qasim haqqında İranda çap olunan əksər kitabların üz qabığında da bu şəkil var. Biz dəfələrlə Əkrəmlə birlikdə kitab dükanlarına girəndə bu şəkilə baxanda gözlərinin necə parıldadığını görmüşəm. Hansı insan bu illər boyu belə bir şəklini gizləyər? İndi bunu niyə sizinlə bölüşürəm? Çünki vaxtilə Hacı Qasimin yanında adı çəkiləndə, Şeyx Orxan Məmmədovdan filankəs sizə salam deyib sözünü eşidəndə Hacı Qasimin "onun adını bir də yanımda çəkməyin" dediyi şəxs müxtəlif feyk profillərə yazdırırlar ki, Əkrəm Hacızadə və digər müqavimətdə olan ruhanilər, həmçinin Hüseyniyyun Suriyada döyüş görməyib. Bunu bilirsiz niyə yazırlar? Çünki bilirlər ki, o cür videoların yayımlanması icazəli deyil. İndiyə qədər Seyyid Həsən Nəsrullahdan tutmuş Cihad Muğniyəyə qədər hansı Hizbullah şəhidinin döyüş kadrlarını görmüsüz? Bunların əksəriyyəti hərbi sirr olduğu üçün yayımlana bilməz. Bunu bildikləri üçün də belə yalanlara əl atırlar. Vaxt gələr Əkrəm və digər qardaşların orda həftələrlə çimmədən, toz-torpaq içində necə səhrada əziyyət çəkdiyini Allah bir yolnan sizlərə göstərər... Onlar səhrada yatanda belə silahla yatarkən həmin vaxtı beytül-malı yeməklə məşğul olanlar indi yayırlar ki, Əkrəmin və digər Şeyxlərin mənsub olduğu müqavimət təşkilatının adı başqadır, Hüseyniyyun deyil. Lap tutaq ki, siz deyən kimidir. Adı başqadır. Tutaq ki, onlar avropalı, əfqan, yaxud ayrı görüntü ilə cəbhədə olublar, ləqəbləri bir başqa olub. Əsas odur ki, vahid müqavimət cəbhəsinin bir qolunda olublar. Bəzi şeylər hərbi məsələdir, necə uyğun görülürsə o cür də yerinə yetirilir. Əkrəm sabah bilinsə ki, Hüseyniyyun yox, Hizbullah üzvüdür, bu, nəyisə dəyişəcək?
Ömürlərini ofisdə keçirənlər, tanınmış şəxslərlə ofislərdə çəkdirdikləri şəkilləri hər kəsə göstərib özlərini o pak şəxslərə nisbət ki, verirlər, adamın yadına İmam Əlinin (ə) bu hədisi düşür;
الدَّهْرُ انْزَلَنِی ثُمَّ انْزَلَنِی، ثم انْزَلَنِی حَتَّى یُقال معاویة وَ عَلى!
Ruzigar məni o qədər aşağıladı, aşağıladı, sonra yenə aşağıladı ki, axırda belə dedilər; Müaviyə və Əli... (yəni adımızı birgə çəkdilər).
Özünü Azərbaycanın rəhbəri sayan və otaqda sağa-sola gəzişərək mən Azərbaycanın Seyyid Həsəniyəm dediyi üçün öz ailə üzvləri arasında məsxərə obyektinə çevrilənlər bilməlidir ki, ofisdə Seyyid Həsən olmur adam. Dindarları feyk hesablarla söydürməklə Seyyid Həsən olmur adam.