Mən tək özüm videolarımı və yazılarımı səhifələrimdə paylaşıram, amma istədiyim nəticəni görmürəm. Elə hiss edirəm ki, bu paylaşımlar ehtiyacı olan insanlara gedib çatmır. Fikirləşirəm bəlkə lazımı və ehtiyac olan mövzularda az videolar çəkmişəm və ya az danışmışam deyə çox adamın xəbər yoxdur.
Ona görə də belə bir müraciət yazmaq qərarına gəldim. Bu savabı olan işdə, qısa-qısa videolarımın keyfiyyətli çəkilməsində, sosial şəbəkələrdə yayılmasında, montaj olunmasında və çəkiliş üçün lazım olan avadanlıqlarla dəstək olmaq istəyənlər olsa, mənə yazıb bildirsinlər. İnanıram ki, qruplarımda elə insanlar var ki, bu işdə kömək ola bilərlər.
Əlaqə nömrəsi: 050 721 91 17
İlahiyyatçı, psixoloq Ramil Əmirov