Prioritetlərə əməl etmək və əsas məsələləri cüzi məsələlərdən ayırmaq.
Əgər diqqətiniz yayındı, xəbərsiz oldunuz və diqqətinizi itirib başqa şeylərlə məşğul olsanız, qarşı tərəfdəki şəxsin nə edəcəyini öncədən təxmin edə bilməzsiniz – bu halda mütləq düşmən zərbə vuracaq, çünki o yatmır, tam oyanıqdır. Əgər siz diqqətinizi itirsəniz və öz vəziyyətinizdən xəbərsiz olunarsa, bu, qarşıdakı düşmənin də diqqətinin yayındığı mənasına gəlməz; o, bəlkə də tam diqqətini cəmləyib zərbə vura bilər. Buna görə də diqqətimiz tam cəmlənməlidir.
Biz bu məsələyə dair fikirlərimizi həm məsul şəxslərə, həm də xalqa çatdırmaq, tövsiyə və vurğulamaq istəyirik: Özünüzü cüzi məsələlərlə məşğul etməyin. Eyni zamanda, mətbuat, media, qəzetlər və bugünkü populyar internet saytlarına da davamlı tövsiyə edirik ki, insanların zehniyyətini yayındıran, səhv və yalan məlumatları daxil etməsinlər; insanların zehni mühitini qoruyun, çünki bu, cəmiyyətin sağlamlığının təmin olunmasında vacibdir.
Təəssüf ki, bu elektron və internet media vasitələri insanların bir-birinə qarşı sorğusuz-sualsız danışmasına və pis sözlər deməsinə səbəb olub. Ölkə məsul şəxsləri bu barədə də bir cür tədbir görməlidirlər, lakin əsas məsələ budur ki, biz insanlar özümüzü İslam əxlaqına və qanuna uyğun olaraq məhdudlaşdırmalıyıq. Bu sözüm bəzi insanların gedib inqilabçı gəncləri sərt gənclər kimi qınamaları və tənqid etmələri üçün bəhanə olmasın; xeyr, mən ölkənin bütün qeyrətli gənclərini, mömin inqilabçı gəncləri öz övladlarım hesab edirəm və onların arxasında dururam; mən inqilabçı, mömin və qeyrətli gəncləri dəstəkləyirəm; amma hamıya tövsiyə edirəm ki, davranışlarında İslam əxlaqı ilə hərəkət etsinlər; qanuna riayət etsinlər. Hamı qanuna riayət etməlidir. İnqilabın təcəssümü İslam Cümhuriyyəti qanunundadır.
İran xalqı uzun əsrlər boyu həmişə ya özləri, ya əcdadları qılınc gücünə hakimiyyəti ələ almış, silaha güvənərək onu övladlarına ötürmüş hakimlər görmüşdür. Xalqa hakimiyyət haqqı xalqın istəyi, meyli və seçimi olmadan hakimlərin şəxsi malı kimi övladlarına, nəvələrinə və bir neçə nəsillərinə irs çatırdı. Son dövrlərdə, yəni Qacarlar dövrünün ortalarından Pəhləvi dövrünün sonuna qədər ölkə hakimiyyətinə başqa bir çirkin ünsür də daxil oldu. O ünsür əcnəbi müdaxiləsi idi. İngilislər Rza xan Pəhləvini hakimiyyətə gətirdilər və himayə etdilər. Sonra onun oğlunu hakimiyyətə gətirdilər. 19 Avqust çevrilişindən sonra İranda əsas amil və hakimiyyətin sahibi amerikalılar idilər. Bizim xalqımız heç bir rola malik deyildi, ən əsaslı məsələlərdə -təlim-tərbiyədə, iqtisadiyyatda, siyasətdə, beynəlxalq əlaqələrdə və adi yaşayış tərzində heç bir ixityara sahib deyildi. Onun taleyinə və bütün bu insanlara elə şəxslər hakim olmuşdular ki, bu vəzifəyə yiyələnmək üçün xalqdan heç zaman icazə almırdılar. Biz qısa bir dönəmdən başqa heç zaman xalqın seçkilərdə iştirakını təcrübə etməmişdik. Bu İslam inqilabı, xalqın mübarizəsi və fədakarlığı, Böyük İmamın misilsiz şəxsiyyəti və əzəməti Allah lütfünə və mərhəmətinə zəmin yaratdı və İran xalqına bu böyük hədiyyə verildi.
Başqaları, xaricilər, düşmən media orqanları bir şəxs və ya şəxslər haqqında danışaraq iddia edirlər ki, onlar filan yerdə xəyanət etmişlər və ya filan yerdə səhv etmişlər; biz də həmin şeyi yayımlayırıq; bu zülmdür, bu qəbul edilə bilməz. Düşmən mediasının bizimlə səmimi olub olmadığı məlumdur? Onlar nə vaxt istəyiblər ki, həqiqətləri aydınlaşdırsınlar ki, bu barədə həqiqəti söyləsinlər? Onlar sözlər danışırlar, iddialar edirlər. Bunların şəffaflıq olduğunu söyləmək olmaz. Bu şəffaflıq deyil, bu, mühitin bulanıqlaşdırılmasıdır. Şəffaflıq deməkdir ki, İslam Cümhuriyyətində məsul şəxslər öz fəaliyyətlərini açıq şəkildə xalqla bölüşsünlər; şəffaflıq bu deməkdir və bunu etməlidirlər; amma biz gəlib birinin haqqında təsdiqlənməmiş şeyləri götürərək ona böhtan və ya başqa şeyləri yapışdırsaq, bu şeylərin doğru ola biləcəyinə baxmayaraq, təsdiqlənmədiyi müddətcə onu ifadə etməyə haqqımız yoxdur. Bu biri o birini ittiham edər, o biri də bunu ittiham edər; düşmən mediası, düşmən İngiltərə mediası buna şahid gətirər, sonra biri çıxıb bütün sistemi İslam Cümhuriyyətinə yaraşmayan şeylərlə, sistemin şərəfi ilə uyuşmayan şeylərlə ittiham edər; bu ittiham onlar üçün daha çox uyğundur. Bir şəxsə böhtan atmaq günahdır, İslam Cümhuriyyəti sisteminə və bir cəmiyyətə böhtan atmaq daha böyük bir günahdır.
Bu'günlər qəmli günlərimizdir. Bu'gün Müqavimət mehvərinin, Müsəlman dünyasının hətta azad insanların tanıdığı və qəbul etdiyi iki böyük şəxsiyyəti (Şəhid Seyyid Həsən Nəsrullahı və Şəhid Səfiəddini) müvəqqəti son mənzilə yola saldıq. Milyonlarla insan bu iki əzəmətli və uca kəslərin dəfn mərasiminə qatıldı, göz yaşları tökdü.
Bəs niyə müvəqqəti sözünü işlətdim.? Yəqinim var ki, Allahın iznilə bu parlaq simalar əziz İmamımızın (ə.f) zühuru ərəfəsində rəcət etməklə yenidən aramızda olacaq və daha məsuliyyətli və ağır işləri öhdələrinə götürəcəklər.
Böyük işlərə hazır olaq...Biraz çətinlik və sonu baldanda şirin olan səadət...
Bəziləri - istər mətbuat, istərsə də müxtəlif ünsürlər - nəsihət qəbul etmirlər; onlar bizdən nəsihət istəmirlər; bəlli deyil ki, bəzi bu qurumların, qəzetlərin və medianın siyasətlərini kim müəyyən edir və harada müəyyən olunur - onların çörəyi ixtilaf yaratmaqdan çıxır. Lakin ölkənin mənafeyini istəyən və həqiqətləri üstün etmək istəyənlərə mənim tövsiyəm budur ki, bu cüzi və əsas olmayan ixtilaflardan əl çəksinlər. Şayiə yaratmaq və şayiə yaymaq düzgün deyil. İnsan görür ki, açıq-aşkar və aşkar şəkildə ölkə məsul şəxslərinə - ölkənin yüklərini çiyinlərində daşıyanlara - böhtan atırlar, onlara qarşı şayiələr yaradırlar; fərqi yoxdur, istər prezident olsun, istər məclis sədri olsun, istər məsləhət şurasının sədri olsun, istərsə də məhkəmə hakimiyyətinin rəhbəri olsun; bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri elə şəxslərdir ki, onlara bir işin idarə olunması tapşırılıb; xalq onlara etimad etməli, hüsnü-zənn bəsləməlidir; şayiə yaymaq olmaz. Düşmən bunu istəyir; düşmən şayiə yaymaq istəyir; o, qəlbləri bir-birinə və məsul şəxslərə qarşı bədgüman etmək istəyir.
Pəhləviləri hakimiyyətə gətirməklə İranı təhqir etmək
Mənim əzizlərim! Sizin bəziləriniz tarixlə yaxşı tanışsınız. Mən də tarixlə tanışam, ötən yetmiş ilin və ondan qabaqkı dövrün tarixini sətir-sətir oxumuşam. Biz həqiqətən qlobal güclərin istismarı altında olan ən məzlum xalqlardan biri olmuşuq. Mən Hindistan yarımadası barədə geniş araşdırmalar aparmış və kitab yazmışam. İranın vəziyyətini Hindistan yarımadası ilə müqayisə edəndə görürəm ki, orada ingilislərin birbaşa müstəmləkəsi olsa da, dünyanın şeytan güclərinin bir ölkəyə insani təzyiqi baxımından bizim vəziyyətimiz onlardan pis olmuşdur. Onlar özününkülər və həmvətənləri tərəfindən xəyanətə, nifaqa, fəsada və asılılığa məruz qalmamışlar. Bir qrup ingilis o ölkəyə daxil olmuşdu. Onların özününküləri isə bunlar idilər: Qandi, Nehru, Mövlana Məhəmməd Əli, Mövlana Şövkət Əli, Cinah və sair. Onlar ingilislərlə vuruşdular və böyük zəhmətlərə qatlandılar. Bizim vəziyyətimiz isə belə deyildi. İngilislər Rza xanı öz adamları kimi hakimiyyətə gətirdilər ki, onların istədiyi işi görsün. Bu söz inkar oluna bilməz. Həm də bu mənim sözüm deyil, aydın tarixi həqiqətdir; həm jurnalistlər yazmışlar, həm də 30-40 ildən sonra nəşr olunmuş sənədlərdə mövcuddur. Bir neçə gün bundan öncə belə sənədlərin birində oxuyurdum ki, Seyid Ziyanın, Rza xanın və İngiltərə məmurlarının iştirak etiyi bir iclasda Rza xan deyib ki, mən siyasətdən bir şey anlamıram, siz nə əmr etsəniz, yerinə yetirəcəyəm. Doğrudan da belə idi. Lakin itaətkarlıq halının bir qədər zəiflədiyini və həqiqi müstəqilliyə sarı yox, Hitler Almaniyasına sarı meylləndiyini duyduqları anda təbii ki, Rza xan Hitlerə baxdıqda vəcdə gəlirdi - onu kənarlaşdırıb, oğlunu hakimiyyətə gətirdilər. Bunlar faktlardır.
Həzrət Əlinin (ə) məzlumluğundan biri bu idi ki, əks-təbliğat nəticəsində həmin dövrün camaatı dövrün İmamını (ə) bi'namaz bilirdilər. Həzrət (ə) şəhid edildikdən sonra dedilər ki, "Əli (ə) namaz qılırdı.?"
Əgər diqqətsiz olub hər deyilən sözə inansaq aqibətimiz həmin insanların aqibəti kimi olacaq. Bu'gün Azərbaycan Şiə Xalqının və müsəlmanların qeyrətini çəkən ruhanilərimizin müdafiəsinə qalxmasaq sonra çox peşman olacağıq. Bu qısa bir xatırlatmadır...
Dostlar, son bir neçə gündə baş verən bəzi şeylər həqiqətən ürəyimi çox yandırır. Deyək ki, düşməni başa düşdük ki, düşməndir. Bəs dostlara nə olur.? Niyə lazım olan yerdə haqq əhlini müdafiə etmirik.? Niyə tez düşmən təbliğatının təsirinə düşünürük.? Niyə aldanırıq.?!
Mühiti əxlaqi bir mühit etmək lazımdır. Əgər biz cəmiyyəti islah etmək istəsək, bu islah sadəcə insanların qeybətini etməklə deyil; başqa yollar da var. İndi mən qeybət barədə deyirəm, hələ iftira və böhtandan keçdim.
Bir dəfə mən bir münasibətlə ümumi bir söhbətdə insanlara dedim ki, Quran Kərim buyurur: "Nə üçün onu eşitdiyiniz zaman mömin kişilər və mömin qadınlar özləri haqqında yaxşı zənn etmədilər?" Yəni ifki eşitdiyiniz zaman, nə üçün bir-birinizə hüsnü-zənn etmədiniz? Yəni əvvəldən ifki rədd edin; əgər gəlib birinə böhtan atdılar, bir şey dedilər, indi ya böhtan şəklində, ya da qeybət şəklində, nə üçün qəbul edirsiniz? Görün, bu "ləvla" sözü Quran və ərəb dilində çox geniş bir məna daşıyır, yalnız "nə üçün" mənasında deyil ki, biz deyək niyə bunu etmədiniz; vurğulu "nə üçün"dür; yəni ah, vay, niyə; "ləvla"nın mənası budur; xəbərdarlıqdır. "Nə üçün onu eşitdiyiniz zaman mömin kişilər və mömin qadınlar özləri haqqında yaxşı zənn etmədilər?" Yəni nə üçün bir-birinizə yaxşı zənn etmirsiniz, nə üçün bir-birinizə hüsnü-zənn etmirsiniz? Elə ki, biri gəldi, siz dərhal deyirsiniz bəli, düzdür; hətta doğruluğu ehtimal edilsə belə, insan onu yəqin kimi bilməməli və yaymamalıdır. Bu düzgün deyil, bu qadağandır.
Şəxslər, siyasi simalar, dini simalar, inqilabçı simalar, elmiyyə hövzələrinin mötəbər şəxsləri və hətta alimlərdən və ruhanilərdən hörmətliləri təxribat hədəfinə çevirirlər. Bu nə işdir?! Bu iş nə şəriət məntiqinə, nə də ağıl məntiqinə uyğundur; nə şəriət bu işlə razıdır, nə də ağıl. Əgər həqiqətən insan filankəsin və ya filankəslərin müəyyən bir istiqamətdə olduğunu düşünərək narazıdırsa, yolu insanları təhqir etmək və təxribat aparmaq deyil; yolu bu və ya o şəxsin adını çəkmək deyil; yolu təbyindir (izah etməkdir). Əvvəldən, inqilab hərəkatı təbyin (izah) əsasında meydana gəldi və həqiqətlər təbyin edildi. İnsan bir yerdə işığı təqdim edəndə, qaranlıq özü-özünə tanınacaq. Eybi yoxdur, qaranlığı da müəyyən etsinlər. Şəxslərin adını çəkmək, hörmətli və mötəbər simaları təxribat etmək, məntiqi əsaslı deyil. Əgər bəzilərinin məqsədi azğın bir xətti dayandırmaq və dağıtmaqdırsa, yolu bu deyil; bu, o məqsədi hasil etməz. Şəriət baxımından da məlumdur. Belə işlər adətən istəmədən iftira, istəmədən yalan və istəmədən biliyə əsaslanmayan sözlərdən uzaq deyil. Quran bizə deyir: "Nə üçün onu eşitdiyiniz zaman mömin kişilər və mömin qadınlar özləri haqqında yaxşı zənn etmədilər?" Nə üçün bir-birinizə hüsnü-zənn etmirsiniz? Nə üçün düzgünə yozmursunuz? Yaxşı, siz birini qəbul etmirsiniz, onun qəbul edilməsinə aid nəticələri tətbiq etməyin; amma insanın gəlib təxribat aparması çox pis bir işdir.
Bizim yığıncağımızda əsas və vacib olan söz budur ki, çox mühüm, ağır və dəyərli olan öz məsuliyyətimiz haqqında düşünək; onu qoruyub saxlayaq və öhdəsindən gələk. Səylərimiz bu istiqamətdə olmalıdır və bu yalnız Allahın təqvasına riayət etməklə mümkündür. Əgər təqvaya riayət etsək, işimiz düzgün şəkildə yerinə yetiriləcək və hər hansı işdə fitnə və pozğunluqdan qaynaqlanan şübhələr və maneələrdən uzaq olaraq lazımi şərtlərlə irəliləyəcək və nəticələrini verəcəkdir. Təqva bizə həm yaxşı və düzgün anlamağa, həm də düzgün bəyan etməyə və əməl etməyə səbəb olur. İnsan düzgün anlayıb, düzgün əməl edib və izah etdikdə, uğur qəti və qaçılmazdır. Elə buna görədir ki, Quranda və rəvayətlərdə möminlərə ən çox təqva tövsiyə edilir. Biz hamıdan daha çox təqvaya ehtiyacımız var; çünki məsuliyyətimiz ağırdır və milli qüdrətin bir hissəsi bizim ixtiyarımızdadır. Əgər təqva olmasa, millətə aid olan və bu yığıncaqda hazır olan hər bir fərdin əlində olan bu qüdrət bəlkə də düzgün yolda və yerdə istifadə olunmaya bilər. Buna görə də bizim üçün ən vacib məsələ təqvadır.
İslam ədəbini cəmiyyətdə yayımlayın, əzizlərim. Çox mühüm məsələlərdən biri, təəssüf ki, bu gün sosial medianın yayılması ilə İslam ədəbini danışıqda qorumaq getdikcə azalır. Pis danışıq, pis söz və bu kimi şeylər cəmiyyətdə yığışdırılmalıdır. Bu gün bəziləri bunu yaymağa çalışır və ya diqqətsiz davranır, bu cəmiyyətdə, xüsusən bəzi mediada - səsli və görüntülü mediada və xüsusən sosial mediada yayılmaqda davam edir. Sizlər öz nitqinizdə və iş üsulunuzda elə hərəkət etməlisiniz ki, pis danışıq və pis sözlərin yayılması olmasın. Əimmə məktəbi (əleyhimussəlam) və Əli və Fatimə məktəbi bu şeylərdən uzaqdır.
Fatimə Zəhra (salamullahi əleyha) iki mühüm xütbə vermişdir; bir xütbə məsciddə, dolu kişilər arasında, digəri isə Mədinənin qadınlarına yönəlmişdir ki, çox mühüm məzmuna malikdir və İslamın mühüm məfhumlarına etiraz və xəbərdarlıq edir. Lakin bu iki mühüm və böyük xütbədə bir təhqiramiz və nalayiq söz yoxdur; bütün sözlər möhkəm və etibarlı, nitqlər dərin və möhkəmdir. Bu cür hərəkət etməlisiniz; danışıqda, söhbətlərdə biliyə əsaslanmayan sözlər olmamalıdır, qeybət olmamalıdır, iftira olmamalıdır və pis sözlər olmamalıdır. Bunları xalqa öyrədin, həm dildə, həm də əməldə öyrədin və görün bu nə qədər vacibdir. Əmirəlmöminin buyurmuşdur: "Mən sizlərin nalayiq söz deməyinizi xoşlamıram." Əmirəlmöminin ordusunda bəziləri Müaviyənin ordusuna pis sözlər dedikdə, Həzrət buyurdu: "Nalayiq söz deməyin, pis danışmayın, mən bunu xoşlamıram." Bu, Fatimə və Əlinin əxlaqıdır.
Quruluşu təşkil edən ən əsas element islamçılıqdan, İslam və Quranın güclü əsaslarından ibarətdir. Çoxları olduqca təsirli olan bu həqiqəti unutdular, lakin inqilabın qələbə rəmzi bu idi. Çünki İran xalqı İslama ürəkdən inanır, iman bəsləyirdi və indi də belədir. Əksər müsəlman xalqlar belədirlər; qarşılarındakı maneə götürülsə, İslama güclü imanları aşkara çıxar. Buna görə xalq imamın əlində İslam bayrağını görən kimi, onun İslamın əzəmətini dirçəltmək və İslam quruluşu yaratmaq üçün mübarizə apardığına inanan kimi ətrafına toplaşdılar. Sonra inqilab qələbə çalanda da həmin həvəslə könüllü şəkildə təhlükəli işlərə atıldılar. Çünki onların İslama imanı güclü idi.
Özlərini görkəmli şəxsiyyətlər, elita, siyasi partiyalar, düşüncə və siyasətə dair fikir sahibləri sırasında görən bəzi şəxslər bundan xoşlanmırdılar. İslama etiqadı olmayanlar heç, bəzilərinin isə İslama etiqadı vardı, amma İslam quruluşunu qəbul etmirdilər. Buna görə də inqilabın əvvəlindən imamın xəttinə paralel bir cərəyan peyda oldu. Bu cərəyan xalqı İslam rəngi və pərdəsi altında olan və Qərb quruluşlarından örnək götürülmüş laik bir quruluşa dəvət edirdi. Adı İslam idi, əslində isə belə deyildi; İslam quruluşu idi, amma istiqaməti qeyri-islami idi. Əlbəttə, onlar belə bir quruluşu xalqa qəbul etdirməkdən ötrü onun kənarında hörmətli bir ruhaninin olmasını da istəyirdilər; çünki xalq İslamı sevirdi. Bu quruluşu xalqa İslam quruluşu kimi göstərmək üçün onda hörmətli bir ruhaninin olmasına pis baxmırdılar. Həmin ruhani orada olsun, dövlət rəsmiləri də quruluşu özləri istədikləri qeyri-islami şəkildə və əslində dünya supergüclərinin qəbul etdiyi şah rejiminin yeni formasında idarə etsinlər. Zahirdə din rənginin olması xalqı cəlb etmək baxımından lazım idi.
Bu'günlər qəmli günlərimizdir. Bu'gün Müqavimət mehvərinin, Müsəlman dünyasının hətta azad insanların tanıdığı və qəbul etdiyi iki böyük şəxsiyyəti (Şəhid Seyyid Həsən Nəsrullahı və Şəhid Səfiəddini) müvəqqəti son mənzilə yola saldıq. Milyonlarla insan bu iki əzəmətli və uca kəslərin dəfn mərasiminə qatıldı, göz yaşları tökdü.
Bəs niyə müvəqqəti sözünü işlətdim.? Yəqinim var ki, Allahın iznilə bu parlaq simalar əziz İmamımızın (ə.f) zühuru ərəfəsində rəcət etməklə yenidən aramızda olacaq və daha məsuliyyətli və ağır işləri öhdələrinə götürəcəklər.
Böyük işlərə hazır olaq...Biraz çətinlik və sonu baldanda şirin olan səadət...
Həzrət Əlinin (ə) məzlumluğundan biri bu idi ki, əks-təbliğat nəticəsində həmin dövrün camaatı dövrün İmamını (ə) bi'namaz bilirdilər. Həzrət (ə) şəhid edildikdən sonra dedilər ki, "Əli (ə) namaz qılırdı.?"
Əgər diqqətsiz olub hər deyilən sözə inansaq aqibətimiz həmin insanların aqibəti kimi olacaq. Bu'gün Azərbaycan Şiə Xalqının və müsəlmanların qeyrətini çəkən ruhanilərimizin müdafiəsinə qalxmasaq sonra çox peşman olacağıq. Bu qısa bir xatırlatmadır...
Firon'xislətli rəhbərlərin xasiyyəti budur ki, həm xalqını alçaldar, həm'də xalqın dili ilə haqq əhlini söydürər. Amma kimsə özünə qarşı bir cürət edib artıq bir söz deyə bilməz. Hələ, Allahlıq iddiasına'da düşərlər.! Əllərində olan pul, sərvət və zahiri güc. Qısa sözlə qudurğan bir nəfs... Necədə mənfəətpərəst və alçaq kəslərdir bu kəslər.!
Dostlar, son bir neçə gündə baş verən bəzi şeylər həqiqətən ürəyimi çox yandırır. Deyək ki, düşməni başa düşdük ki, düşməndir. Bəs dostlara nə olur.? Niyə lazım olan yerdə haqq əhlini müdafiə etmirik.? Niyə tez düşmən təbliğatının təsirinə düşünürük.? Niyə aldanırıq.?!
Təəssüf ki, bu elektron və internet media vasitələri insanların bir-birinə qarşı sorğusuz-sualsız danışmasına və pis sözlər deməsinə səbəb olub. Ölkə məsul şəxsləri bu barədə də bir cür tədbir görməlidirlər, lakin əsas məsələ budur ki, biz insanlar özümüzü İslam əxlaqına və qanuna uyğun olaraq məhdudlaşdırmalıyıq. Bu sözüm bəzi insanların gedib inqilabçı gəncləri sərt gənclər kimi qınamaları və tənqid etmələri üçün bəhanə olmasın; xeyr, mən ölkənin bütün qeyrətli gənclərini, mömin inqilabçı gəncləri öz övladlarım hesab edirəm və onların arxasında dururam; mən inqilabçı, mömin və qeyrətli gəncləri dəstəkləyirəm; amma hamıya tövsiyə edirəm ki, davranışlarında İslam əxlaqı ilə hərəkət etsinlər; qanuna riayət etsinlər. Hamı qanuna riayət etməlidir. İnqilabın təcəssümü İslam Cümhuriyyəti qanunundadır.
Əlbəttə, ümid nöqtələri çoxdur; onlardan biri budur. Ümid nöqtələrimizdən biri də qarşımızdakı cəbhənin köhnəlməsidir. Mən qətiyyətlə deyirəm - əlbəttə, bəzi insanlar dərhal izah etməyə, təfsir etməyə, inkar etməyə və bu kimi şeylərə başlayırlar, lakin mən bunu qətiyyətlə deyirəm və bunu sübut da edə bilərəm, amma indi vaxtı deyil - bu gün Qərb sivilizasiyası tənəzzülə uğrayır, yəni həqiqətən də məhv olmaq üzrədir: "عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ"; bir uçurumun kənarındadır; vəziyyət belədir.
Əlbəttə, cəmiyyətlərin hadisələri və dəyişiklikləri tədricən baş verir; yəni tez hiss olunmur. Hətta Qərb düşünürləri bunu hiss ediblər və dilə gətirirlər və deyirlər; bu da bizim ümid nöqtələrimizdən biridir. Qərb sivilizasiyası, bizim qarşımızda duran maddi sivilizasiya, köhnəlməyə doğru gedir. Bu da ümidverici nöqtələrdən biridir. Və sonra da Allahın dönməz vədi ki, "Əgər Allaha yardım etsəniz, O da sizə yardım edər" (إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ). Yaxşı, "Allahdan daha doğru danışan kimdir?" ("وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا"). Kimin vədəsi Allahın vədəsindən daha dəqiqdir.? Allah buyurur: "Əgər Allaha yardım etsəniz, O da sizə yardım edər"; yəni əgər siz Allaha yardım etsəniz, İslam sivilizasiyasına və İslam cəmiyyətinin qurulmasına və Allahın dininin həyata keçirilməsinə doğru irəliləsəniz, Allah da sizə yardım edəcəkdir; beləliklə, üçüncü ümid elementi, yəni ümid nöqtəsinin varlığı mövcuddur.
Əmirəlmömininin üç cür xüsusiyyəti var. Onlardan biri elə mənəvi, ilahi xüsusiyyətlərdir ki, bizim tərəfimizdən ölçülməsi mümkün deyil. Digər bir qrup xüsusiyyətlər onun üstün insani xüsusiyyətləridir; bu xüsusiyyətlərdir ki, müsəlman və qeyri-müsəlman, xristian və qeyri-xristian, dinsiz və dindar hər kəsi cəlb edir.
Əmirəlmömininin üçüncü xüsusiyyəti isə hökumətçilik xüsusiyyətləridir ki, bu da imamət məsələsinin nəticəsidir; imamət bu cür hökumət etmə deməkdir. Hökumətçilik xüsusiyyətləri arasında "ədalət", "insaf" və "bərabərlik" var... O, haqqı və həqiqətləri insanlara izah edirdi; siz Nəhcul Bəlağədəki xütbələrə baxın, onların çoxu həmin dövrdə cəmiyyətdə mövcud olan həqiqətlərin təfsiridir, xütbələr, habelə məktublar da Nəhcul Bəlağədə yer alır. O məktublar adətən Peyğəmbərin (s) etiraz etdiyi şəxslərə yazılırdı; ya düşmənlər idi, məsələn, Müaviyə və ona bənzərlər, ya da öz əməlləri idi ki, Peyğəmbər (s) onlara irad tuturdu; adətən belə idi. Bəziləri isə tövsiyə, təlimat və əmrlər idi, məsələn, Malik Əştərə olan vəsiyyət. Bütün bunlarda həqiqətləri izah edirdi, bunları insanlara bəyan edirdi və Əmirəlmömininin işlərindən biri də bu idi.
İran xalqı uzun əsrlər boyu həmişə ya özləri, ya əcdadları qılınc gücünə hakimiyyəti ələ almış, silaha güvənərək onu övladlarına ötürmüş hakimlər görmüşdür. Xalqa hakimiyyət haqqı xalqın istəyi, meyli və seçimi olmadan hakimlərin şəxsi malı kimi övladlarına, nəvələrinə və bir neçə nəsillərinə irs çatırdı. Son dövrlərdə, yəni Qacarlar dövrünün ortalarından Pəhləvi dövrünün sonuna qədər ölkə hakimiyyətinə başqa bir çirkin ünsür də daxil oldu. O ünsür əcnəbi müdaxiləsi idi. İngilislər Rza xan Pəhləvini hakimiyyətə gətirdilər və himayə etdilər. Sonra onun oğlunu hakimiyyətə gətirdilər. 19 Avqust çevrilişindən sonra İranda əsas amil və hakimiyyətin sahibi amerikalılar idilər. Bizim xalqımız heç bir rola malik deyildi, ən əsaslı məsələlərdə -təlim-tərbiyədə, iqtisadiyyatda, siyasətdə, beynəlxalq əlaqələrdə və adi yaşayış tərzində heç bir ixityara sahib deyildi. Onun taleyinə və bütün bu insanlara elə şəxslər hakim olmuşdular ki, bu vəzifəyə yiyələnmək üçün xalqdan heç zaman icazə almırdılar. Biz qısa bir dönəmdən başqa heç zaman xalqın seçkilərdə iştirakını təcrübə etməmişdik. Bu İslam inqilabı, xalqın mübarizəsi və fədakarlığı, Böyük İmamın misilsiz şəxsiyyəti və əzəməti Allah lütfünə və mərhəmətinə zəmin yaratdı və İran xalqına bu böyük hədiyyə verildi.
Şəxslər, siyasi simalar, dini simalar, inqilabçı simalar, elmiyyə hövzələrinin mötəbər şəxsləri və hətta alimlərdən və ruhanilərdən hörmətliləri təxribat hədəfinə çevirirlər. Bu nə işdir?! Bu iş nə şəriət məntiqinə, nə də ağıl məntiqinə uyğundur; nə şəriət bu işlə razıdır, nə də ağıl. Əgər həqiqətən insan filankəsin və ya filankəslərin müəyyən bir istiqamətdə olduğunu düşünərək narazıdırsa, yolu insanları təhqir etmək və təxribat aparmaq deyil; yolu bu və ya o şəxsin adını çəkmək deyil; yolu təbyindir (izah etməkdir). Əvvəldən, inqilab hərəkatı təbyin (izah) əsasında meydana gəldi və həqiqətlər təbyin edildi. İnsan bir yerdə işığı təqdim edəndə, qaranlıq özü-özünə tanınacaq. Eybi yoxdur, qaranlığı da müəyyən etsinlər. Şəxslərin adını çəkmək, hörmətli və mötəbər simaları təxribat etmək, məntiqi əsaslı deyil. Əgər bəzilərinin məqsədi azğın bir xətti dayandırmaq və dağıtmaqdırsa, yolu bu deyil; bu, o məqsədi hasil etməz. Şəriət baxımından da məlumdur. Belə işlər adətən istəmədən iftira, istəmədən yalan və istəmədən biliyə əsaslanmayan sözlərdən uzaq deyil. Quran bizə deyir: "Nə üçün onu eşitdiyiniz zaman mömin kişilər və mömin qadınlar özləri haqqında yaxşı zənn etmədilər?" Nə üçün bir-birinizə hüsnü-zənn etmirsiniz? Nə üçün düzgünə yozmursunuz? Yaxşı, siz birini qəbul etmirsiniz, onun qəbul edilməsinə aid nəticələri tətbiq etməyin; amma insanın gəlib təxribat aparması çox pis bir işdir.
Bizim yığıncağımızda əsas və vacib olan söz budur ki, çox mühüm, ağır və dəyərli olan öz məsuliyyətimiz haqqında düşünək; onu qoruyub saxlayaq və öhdəsindən gələk. Səylərimiz bu istiqamətdə olmalıdır və bu yalnız Allahın təqvasına riayət etməklə mümkündür. Əgər təqvaya riayət etsək, işimiz düzgün şəkildə yerinə yetiriləcək və hər hansı işdə fitnə və pozğunluqdan qaynaqlanan şübhələr və maneələrdən uzaq olaraq lazımi şərtlərlə irəliləyəcək və nəticələrini verəcəkdir. Təqva bizə həm yaxşı və düzgün anlamağa, həm də düzgün bəyan etməyə və əməl etməyə səbəb olur. İnsan düzgün anlayıb, düzgün əməl edib və izah etdikdə, uğur qəti və qaçılmazdır. Elə buna görədir ki, Quranda və rəvayətlərdə möminlərə ən çox təqva tövsiyə edilir. Biz hamıdan daha çox təqvaya ehtiyacımız var; çünki məsuliyyətimiz ağırdır və milli qüdrətin bir hissəsi bizim ixtiyarımızdadır. Əgər təqva olmasa, millətə aid olan və bu yığıncaqda hazır olan hər bir fərdin əlində olan bu qüdrət bəlkə də düzgün yolda və yerdə istifadə olunmaya bilər. Buna görə də bizim üçün ən vacib məsələ təqvadır.
İslam ədəbini cəmiyyətdə yayımlayın, əzizlərim. Çox mühüm məsələlərdən biri, təəssüf ki, bu gün sosial medianın yayılması ilə İslam ədəbini danışıqda qorumaq getdikcə azalır. Pis danışıq, pis söz və bu kimi şeylər cəmiyyətdə yığışdırılmalıdır. Bu gün bəziləri bunu yaymağa çalışır və ya diqqətsiz davranır, bu cəmiyyətdə, xüsusən bəzi mediada - səsli və görüntülü mediada və xüsusən sosial mediada yayılmaqda davam edir. Sizlər öz nitqinizdə və iş üsulunuzda elə hərəkət etməlisiniz ki, pis danışıq və pis sözlərin yayılması olmasın. Əimmə məktəbi (əleyhimussəlam) və Əli və Fatimə məktəbi bu şeylərdən uzaqdır.
Fatimə Zəhra (salamullahi əleyha) iki mühüm xütbə vermişdir; bir xütbə məsciddə, dolu kişilər arasında, digəri isə Mədinənin qadınlarına yönəlmişdir ki, çox mühüm məzmuna malikdir və İslamın mühüm məfhumlarına etiraz və xəbərdarlıq edir. Lakin bu iki mühüm və böyük xütbədə bir təhqiramiz və nalayiq söz yoxdur; bütün sözlər möhkəm və etibarlı, nitqlər dərin və möhkəmdir. Bu cür hərəkət etməlisiniz; danışıqda, söhbətlərdə biliyə əsaslanmayan sözlər olmamalıdır, qeybət olmamalıdır, iftira olmamalıdır və pis sözlər olmamalıdır. Bunları xalqa öyrədin, həm dildə, həm də əməldə öyrədin və görün bu nə qədər vacibdir. Əmirəlmöminin buyurmuşdur: "Mən sizlərin nalayiq söz deməyinizi xoşlamıram." Əmirəlmöminin ordusunda bəziləri Müaviyənin ordusuna pis sözlər dedikdə, Həzrət buyurdu: "Nalayiq söz deməyin, pis danışmayın, mən bunu xoşlamıram." Bu, Fatimə və Əlinin əxlaqıdır.
Əziz Telegram istifadəçiləri! Aşağıdakı kanallardan faydalı məlumatlar almaq üçün linkǝ keçid edin. 𝐃𝐢𝐧𝐢 , 𝐬𝐢𝐲𝐚𝐬𝐢 , 𝐡ə𝐫𝐛𝐢, 𝐱ə𝐛ə𝐫, 𝐦𝐮𝐪𝐚𝐯𝐢𝐦ə𝐭 və bu kimi maraqlı paylaşımları izləmək üçün kanallara üzv olun.
16.02.202519:51
İslam inqilabın qələbə rəmzi