🔹Bu gecə Rəcəb ayının 26-dan 27-ə keçən gecədir. Bu gecəyə Besət (Məbəs)gecəsi deyilir. Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir.
Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.
Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi.
Məbəs bayramı ən böyük bayramlardan biridir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyə yetişdiyi gündür.
🔹Müqəddəs Quran Peyğəmbərin besətini Allah taala tərəfindən nur və hidayət olaraq tanıtdırıb buyurur:
" يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ ال لّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ "
Ey əhli kitab! Sizə (səmavi) kitabda (Tövratda və İncildə) gizlətdiyiniz bir çox həqiqətə aydınlıq gətirən və bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan Peyğəmbərimiz gəldi. (Bəli) Allah taala tərəfindən sizə tərəf bir nur və açıq-aydın bir kitab (Qurani-Kərim) gəldi.
📚Maidə surəsi, ayə 15.
📜 İmam Cavad (əleyhissəlam) buyurub :
"Rəcəb ayında elə bir gecə var ki, həmin gecə Günəşin üzərinə saçdığı bütün yaranmışlardan daha xeyirlidir və o, Rəcəb ayının 27-ci gecəsidir.
Daha sonra buyurdu: Həqiqətən bu gecənin savabı bizim şiələr üçün altmış ilin savabına bərabərdir".
Mənbə: 📚 Şeyx Tusi, Misbah kitabı.
🔻MƏBƏS GECƏSİ mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır.
✅ Şeyx Tusi "Misbah" kitabında İmam Cavadın (ə) belə buyurduğu nəql edir:
“Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur saçdığı hər şeydən daha yaxşıdır. Həmin gecə Rəcəb ayının 27-ci gecəsidir ki, onun səhərində Peyğəmbər (s) məbus olmuşdur. Bizim davamçılarımızdan hər kim bu gecənin əməllərini yerinə yetirsə, 60 il əməlin əcrini aparar”. Soruşurlar ki, bu əməllər hansılardır?
Buyurur: “İşa namazından sonra gecə yarısından əvvəl ayağa qalx, 12 rükətli namaz qıl ki, 2-rükətli altı namaz olur. (Hər bir rükətdə “Həmddən” sonra qısa və ya geniş surələrdən oxumaq). Namaz bitəndən sonra “Həmd” surəsini 7 dəfə, “Nas” və “Fələq” surələri 7 dəfə, “Tövhid” və “Kafirun” surələrini 7 dəfə, “Qədr” və “Ayətül-kürsü”nü 7 dəfə oxu və bundan sonra bu duanı oxu.
اَلْحَمْدُ لِلّهِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً وَ لَمْ یَكُنْ لَهُ شَریكٌ فى الْمُلْكِ وَ لَمْ یَكُنْ لَهُ وَلِىُّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبیراً اَللّهُمَّ اِنّى اَسئَلُكَ بِمَعاقِدِ عِزِّكَ عَلَى اَرْكانِ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَ
سْمِكَ الاْعْظَمِ الاْعْظَمِ الاْعْظَمِ وَ ذِكْرِكَ الاْعْلىَ الاْعْلىَ الاْعْلى وَ بِكَلِماتِكَ التّامّاتِ اَنْ تُصَلِّىَ عَلى مُحَمَّدٍ وَ آلِهِ وَ اَنْ تَفْعَلَ بى ما اَنْتَ اَهْلُهُ .
Əlhəmdlilləh, əlləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil-mulki və ləm yəkun ləhu vəliyyun minəzzilli və kəbbirhu təkbira. Əllahummə inni əs’əlukə biməaqidi izzikə əla ərkəni ərşikə və muntəhər-rahməti min kitəbikə və ismikəl-ə’zəm, əl-ə’zəm, əl-ə’zəm, və zikrikəl-ə’la, əl- ə’la, əl- ə’la, və bikəlimətikə əttəmməti ən tusalliyə əla Muhəmmədin və alih. Və ən təf’ələ bi mə əntə əhluh.
Bundan sonra Allaha dua et”.
✅ Qüsl etmək.
✅ Həzrət Əmirəl-möminini (ə) və Həzrət Peyğəmbəri (s) ziyarət etməkdir.
✅ Çoxlu salavat göndərmək.
✅ Quran oxumaq.
🔻 MƏBƏS GÜNÜN ƏMƏLLƏRİ
Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün bəzi əməlləri vardır ki, onlara işarə edək:
✅ Qüsl.
✅ Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.