Bəqərə surəsinin 58-ci ayəsi
وَإِذْ قُلْنَا ادْخُلُوا هذِهِ الْقَرْيَةَ فَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ رَعْداً وَادْخُلُوا الْبَابَ سُجَّداً وَقُولُوا حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَايَاكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ
"(Yada salın) O zaman ki, dedik: "Bu kəndə (Beytül-Müqəddəsə) daxil olun və onun bol nemətlərindən nə istəyirsinizsə, ləzzətlə yeyin. Qapıdan (Beytül-Müqəddəs məbədi) səcdə edən və xaşe halda daxil olun və deyin: "Hittə" (günahlarımızı tök), Biz də sizin xətalarınızı bağışlayaq. Biz yaxşı əməl sahiblərinə artıq əvəz verəcəyik."
Ayətullah Möhsün Qiraətinin "Nur təfsiri" kitabında, cild 1, səhifə 98 və 99-da bu ayənin müyüm nöqtələri içində bir nöqtə diqqətimi çəkdi;
Xalqın ehtiyacının təmini onlara ibadət əmrindən öndə gəlir. كُلُواْ...سُجَّدًا
Hədəfi böyük olan dostlar bu nöqtəni bir yerdə qeyd edin və saxlayın. Bu, Quranın dövlət idarəçiliyinə aid ən mühüm nöqtələrindən biridir deyə düşünürəm...