Мир сегодня с "Юрий Подоляка"
Мир сегодня с "Юрий Подоляка"
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Труха⚡️Україна
Труха⚡️Україна
Николаевский Ванёк
Николаевский Ванёк
Лёха в Short’ах Long’ует
Лёха в Short’ах Long’ует
İslam Fədailəri avatar

İslam Fədailəri

أُذِنَ لِلَّذِینَ یُقَـٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُوا۟ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِیرٌ.
TGlist рейтингі
0
0
ТүріҚоғамдық
Растау
Расталмаған
Сенімділік
Сенімсіз
Орналасқан жері
ТілБасқа
Канал құрылған күніБер 16, 2024
TGlist-ке қосылған күні
Черв 13, 2024

Рекордтар

10.01.202523:59
781
Жазылушылар
30.09.202423:59
900
Дәйексөз индексі
15.11.202423:59
813
1 жазбаның қамтуы
15.11.202423:59
780
Жарнамалық жазбаның қамтуы
13.02.202523:59
6.67%
ER
16.11.202423:59
117.15%
ERR

İslam Fədailəri танымал жазбалары

09.02.202519:52
İranı "yeni animasiya hazırlayıb düşməni qorxudacaqlar" deyib ələ salan Azərbaycan mediaları bir'gün Fransaya, bir'gün Rusiyaya başqa bir'gün isə başqa ölkəyə söz atırlar. İran, sizin təbirinizcə desək həm animasiya hazırlayırdı, həm'də eyni zamanda bunu əməli surətdə həyata keçirirdi.

Başda Aztv və digər telekanallar olmaqla siz nə edirsiniz.? Gündəminizdə dünən İran olur, bu'gün Fransa, sabah Rusiya... Eyni üsullar, eyni "təhdidlər"...

Telman Cəfəri.

https://t.me/fadayaneislam
Əziz izləyicilər !
Biri-birindən möhtəşəm 𝐃𝐢𝐧𝐢 və 𝐗ə𝐛ə𝐫 kanallarını sizlərə təqdim edirik.Seçdiyiviz linkə vurub kanallara abunə olun, faydalanın.
05.02.202504:33
Yusuf 12:21

وَٱللَّهُ غَالِبٌ عَلَىٰۤ أَمۡرِهِۦ وَلَـٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا یَعۡلَمُونَ.

Allah öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların əksəriyyəti (bunu) bilməz!


https://t.me/fadayaneislam
22.02.202520:48
Həzrət Əlinin (ə) məzlumluğundan biri bu idi ki, əks-təbliğat nəticəsində həmin dövrün camaatı dövrün İmamını (ə) bi'namaz bilirdilər. Həzrət (ə) şəhid edildikdən sonra dedilər ki, "Əli (ə) namaz qılırdı.?"

Əgər diqqətsiz olub hər deyilən sözə inansaq aqibətimiz həmin insanların aqibəti kimi olacaq. Bu'gün Azərbaycan Şiə Xalqının və müsəlmanların qeyrətini çəkən ruhanilərimizin müdafiəsinə qalxmasaq sonra çox peşman olacağıq. Bu qısa bir xatırlatmadır...


https://t.me/fadayaneislam
23.02.202520:38
Bu'günlər qəmli günlərimizdir. Bu'gün Müqavimət mehvərinin, Müsəlman dünyasının hətta azad insanların tanıdığı və qəbul etdiyi iki böyük şəxsiyyəti (Şəhid Seyyid Həsən Nəsrullahı və Şəhid Səfiəddini) müvəqqəti son mənzilə yola saldıq. Milyonlarla insan bu iki əzəmətli və uca kəslərin dəfn mərasiminə qatıldı, göz yaşları tökdü.

Bəs niyə müvəqqəti sözünü işlətdim.? Yəqinim var ki, Allahın iznilə bu parlaq simalar əziz İmamımızın (ə.f) zühuru ərəfəsində
rəcət etməklə yenidən aramızda olacaq və daha məsuliyyətli və ağır işləri öhdələrinə götürəcəklər.

Böyük işlərə hazır olaq... Biraz çətinlik və sonu baldanda şirin olan səadət...

https://t.me/fadayaneislam
24.02.202517:27
Ayətullah Xameneinin etdiyi mühüm çıxışlardan...

https://t.me/fadayaneislam
19.02.202508:59
Digər toxunmaq istədiyim məsələ bundan ibarətdir ki, heç bir qiyam, zülm əleyhinə mübarizə itkisiz başa çatmır. Bu, Peyğəmbərin (ə) dövründədə belə idi, İmamların dövründə'də bu'cür idi, İmam Xomeyninin'də (r.ə) dövründə bunları müşahidə etdik.

Yəni biz, bu zülmdən xalqa nicat vermək istəyiriksə gərək şəhadət və zindanı gözə alaq. İndi bəzi din cildində olan qərəzli kəslər xalqın dilinə bu sözü atırlar ki, "filankəslər danışmasa xalq həbs olunmazdı." Yaxud "qıraqda danışmaqdansa gəlin daxildə öz sözünüzü deyin" kimi cümlələri xalqın zehninə salıblar.

İki nümunə çəkib sözümü yekunlaşdırmaq istəyirəm. İlkin olaraq yaxın tarixə nəzər salası olsaq İmam Xomeyninin (r.ə) başçılığı altında İranda qiyam qığılcımları oyananda hökumət xalqa divan tuturdu. Onlarla insanı həbsə saldırır, şəhid edir yaxud sürgün elətdirirdilər. Yaxud biz Peyğəmbərin (s.ə) mübarək mübarizə həyatını izlədikdə 3-ilə yaxın bir müddətdə iqtisadi blokadaya düşdüklərini heç kimin onlarla ticarət etmədiyini, onlara satılan malların isə baha qiymətə satıldığını və gələn yardımların gizli yollarla min bir əziyyətlə onlara yetişdiyini görürük. Bu qısa misal əslində bütün Əimmənin (ə) həyatını əhatə edir. Yəni, biz İmamların (ə) həyatına nəzər salsaq haqq sözünü ucaltdıqları üçün təqib və təhdid olunduqlarını, hətta şəhid edildiklərini və öz yaxınlarının həmçinin haqqsevər insanların necə zülm və əziyyət içində yaşadıqlarını görə bilərik.

Digər bir məsələ bundan ibarətdir ki, Peyğəmbər (s.ə) Məkkə daxilində vəziyyətin yaxşı olmadığını görüb Mədinəyə hicrət etdi. Mədinədən, Məkkə daxilində ki, məsələləri idarə etdi, zehinlər üzərində işlədi və inqilab üçün zəmin yarandı. İmam Xomeyninin'də (r.ə) ömrü tamamilə buna bənzər bir şəkildə keçdi. Sürgün'də olmasına baxmayaraq qıraqdan, daxildə olan vəziyyəti idarə etdi və inqilab üçün lazımi şərait həll oldu. Bəs Peyğəmbər (s.ə) bu mübarizəsini Məkkə daxilində aparsa idi necə olardı.? Tarixin başqa bir səhifəsini vərəqləyəndə görürük ki, İmam Hüseynin (ə) qiyamından qabaq Kufədən minlərlə məktub yazılıb, İmama (ə) göndərilmişdi ki, bu qılınclar sənin qiyamına hazırdır və əleyhdarlarına qalxıb. Amma bunun əksi baş verdi və İmamın (ə) nümayəndəsi Kufədə təklənib şəhadətə yetirildi.

Telman Cəfəri.

https://t.me/fadayaneislam
12.02.202520:38
Firon'xislətli rəhbərlərin xasiyyəti budur ki, həm xalqını alçaldar, həm'də xalqın dili ilə haqq əhlini söydürər. Amma kimsə özünə qarşı bir cürət edib artıq bir söz deyə bilməz. Hələ, Allahlıq iddiasına'da düşərlər.! Əllərində olan pul, sərvət və zahiri güc. Qısa sözlə qudurğan bir nəfs... Necədə mənfəətpərəst və alçaq kəslərdir bu kəslər.!

Telman Cəfəri.

https://t.me/fadayaneislam
04.02.202521:06
Azərbaycanda olan dindarların ən böyük problemlərindən biri bilirsiniz nədir.? Bir az hədə-qorxu görəndə və təşvişə düşəndə, təhdid ediləndə özünü məsləhət verirmişcəsinə zənn edənlər söyləyirlər ki, "biraz yumşaq ol, onlarla (düşmənlə) yumşaq rəftar et." Bir sözlə insanları yumuşaqlığa və uyğunlaşmaya dəvət edirlər. Bu məsələ özünü ən çox ruhani və tələbələrin arasında göstərir.

Halbu ki, "Cihade Təbyin" kitabında Ayətullah Xameneinin bir xütbəsində gətirilir ki, "Peyğəmbəridə (s) bu'cür yumuşaqlığa dəvət edirdilər." Biz Peyğəmbərin (s) həyatına baxanda görürük ki, ona edilən dəvətin əksinə Peyğəmbər (s) öz yolunda qəti və iradəli idi. Cihad və dəvət meydanında Peyğəmbər (s) sarsılmırdı, müqavimət göstərirdi. Sarsılmamaq və müqavimət amili səbəb olur ki, həmin dövrdə Peyğəmbərin (s) bərəkəti və zəhmətləri nəticəsində İslam dünyası qələbə çalır və qüdrətə çevrilir.

Telman Cəfəri.

https://t.me/fadayaneislam
Көбірек мүмкіндіктерді ашу үшін кіріңіз.