💌"Həftəlik keçirilən Kumeyl duası mərasimlərində Məsuməni görürdüm. Sonuncu dəfə onu İbrahim Əqilin şəhadətindən və Zahiya bölgəsinə hücumdan əvvəl gördüm. O gün Məsumə hər zamankı kimi deyildi, mərhəmətli və enerjili siması narahatlıq içində idi, Livan xalqı üçün nigaran idi. Deyirdi: «İndi Livan xalqı yenidən evlərini tərk edib köçkün düşməlidir. 18 il zəhmət çəkib qurduqları evlərini itirəcəklər. Amma bilirəm ki, onlar o qədər güclüdürlər ki, nə baş verirsə-versin, “Seyyid Həsən Nəsrullah üçün fəda olsun” deyəcəklər.»"
📚 "Məsumə çox yaxşı oxuyan bir tələbə idi və məzun olduqdan sonra Livana getdi. Əvvəlcə bir şirkətdə kompüter sahəsində işləyirdi. O qədər yaxşı işləyirdi ki, ona icazə vermirdilər ki, məzuniyyət götürsün. Mədəni fəaliyyətlərdə və məhdəviyyət mövzusunda çox aktiv idi, məhdəviyyət qrupları təşkil etmişdi. Bununla yanaşı, müqavimət məsələlərində də fəal idi və mənə deyirdi: «Ata, mənim şəhid olmağım üçün dua et.»"
❗ Paylaşımlardan istifadə edərkən, mənbənin qeyd olunması zəruridir