Azərbaycan hakimiyyəti ruhani Hacı Mətləb Bağırovu 12 il müddətinə azadlıqdan mərhum edib.
Düşmən bizim hansı təfəkkürdə olmağımıza, hansı metodla dindarlıq etməyimizə baxmır. Bizim hamımızı özünə təhlükə görür. Bizi vahid bir camiə görür: Şiə camiəsi. Biz özümüz daxildə bölünürük. Birimiz müqavimət yolunu seçirik, birimiz maarif və s. Hacı Mətləb dövlətin bütün qaydalarına riayət edərək, ölkə qanunlarını pozmadan fəaliyyət göstərməyi seçmişdi. Belə bir insanın həbsi dövlətin özü üçün nöqsandır. Çünki dövlət dindarlara sivil, qanunlara riayət edərək ölkə daxilində fəaliyyət göstərməyin bütün qapılarını bağlayır və hətta müqavimət yolunu seçməyənləri də müqavimətə meyllənməyə məcbur edir.
Allah Hacı Mətləbin qapısını açsın yazmayacam. Çünki bu sözü Quranın cuhudlar barədə buyurduğu ayəyə bənzədirəm; "Ey Musa, sən və Allahın gedin düşmənlə döyüşün, biz dayanıb baxaq". Allah, məsuliyyət təyin edəndir. Amma bizlər Allaha məsuliyyət təyin eləməyə başlamışıq. Allah filankəsin qapısını açsın dua deyil, öz vəzifəni Allaha yönləndirməkdir.
Allah bizim şiə camiəsinə vəhdət nəsib eləsin ki, hərəkət edək. Hərəkət edəndə isə qapılar açılır. Həzrət Yusif qapıya tərəf hərəkət etdi ki, qapılar açıldı. İlkin hərəkətimiz isə vəhdət olmalıdır. Bu vəhdəti pozan, dindarlar arasında söyüş, təhqir ənənəsini yaradan hər kəsi dindarlar özləri islah eləməli, islah olmasalar camiə içində ağılları başlarına gələnə və islah olana qədər təcrid etməlidirlər.