🔴Mütləq oxuyun və mümkün qədər paylaşın ki, imansız namərdlər layiqli cəzalarını alsınlar!
🔴Bir neçə gün əvvəl, İranın Qum şəhərində yaşayan azərbaycanlılardan ibarət cinayətkar qrup, öz məzhəb yoldaşlarına qarşı dəhşətli cinayət, yəni TERR@R törədiblər. Beləki, İranın Qum şəhərində yaşayan və kəriməçilərin lideri kimi tanınan molla Tohid İbrahimov, öz yaxın qohumlarından ibarət cinayətkar dəstə yaradaraq İranda yaşayan azərbaycanlını öldürməyə cəhd edib! Cinayətkar dəstənin üzvləri:
1) Tohid İbrahimovun kiçik QAYNI Əlimürsəl Axundzadə!
2) Tohid İbrahimovun kürəkəni!
3) Tohidin qaynı Əlimürsəlin əmisi oğlu!
Hadisənin təfərrüatı:
🔴İlkin versiyaya görə, Rusiyada yaşayan şiə dindarlar, İranda yaşayan əslən Gəncəli dostlarına 2500 dollar pul yollayıblar ki, ailəsi ilə birgə İranda güzəranını keçirsin, ev icarə edib ailəsi ilə rahat yaşasın. Necə olursa Tohid İbrahimovun Qumda meydan sulayan və azərbaycanlıları təzyiq altında saxlayan quldur dəstəsi bundan xəbər tutur. Sonra da gəncəli oğlanı söhbətə çağırırlar ki, “niyə Rusiyadan gələn pullar şeyxlərə deyil, sənə verilib?!” Oğlan isə pulu ona yaxın dostlarının verdiyini deyərək, o pulun şeyxlərə aidiyyatı olmadığını və bir dost kimi ona verildiyini cinayətkar dəstə üzvlərinə başa salmağa çalışıb. Amma onlar bunu qəbul etməyib, pulun şeyxlərə verilməsini tələb ediblər. Beləliklə mübahisə yaranıb və gəncəli balası sözü gedən dəstənin və “şeyxlər” adı ilə Azərbaycan ictimaiyyətinə sırınanların maxinasiyaalrı barədə bildiklərini cinayətkarlara danışıb və deyib ki, əgər ona qarşı təzyiqlərə son qoyulmasa, bu məlumatları İranın lazımi orqanlarına ötürəcək! Mübahisə bir təhər sakitləşib və cinayətkarlar çıxıb gediblər.
🔴Amma gəncəlı oğlanın dediklərinin yayılma qorxusu onları bərk narahat edib. Buna görə də bir yerdə çörək yedikləri və İranın keçirdiyi təlimlərdə birlikdə iştirak etdikləri gəncəli dindarı aradan götürmək qərarına gəliblərvə bundan ötrü plan cızıblar: qabaqcadan əlbir olaraq, oğlanı planlaşdırılmış şəkildə öldürüb, aradan götürmək və izi itirmək qərarına gəliblər.
🔴Cinayətkar dəstə üzvləri planlı şəkildə maşının nömrəsini çıxarıblar, həmin oğlanı evinin yanında gözləyiblər ki, gəlsin və onu öldürsünlər. Oğlan da öz həmyerlisinin anasının dəfn mərasiminə ya gedərkən, yaxud qayıdarkən onu təkləyərək, çəkiclə başına ölümcül zərbələr endirtiblər. Oğlanın kəllə sümüklərinin parçalandığını və husunu itirdiyini görüb, onun öldüyünü zənn edərək namərdcəsinə qaciblar.
🔴Amma Allah oğlanı qoruyub, bir müddət yerdə huşsuz halda uzanandan sonra ayılıb, dostuna zəng edib. Dostu gəlib onu xəstəxanaya çatdırıb. Hadisəni görənlər olub və bu cinayət kameraya da düşüb. Xoşbəxtlikdən oğlan sağ qalıb və bu xəbər cinayətkar kəriməçilərə çatıb. Kəriməçilərin rəhbərlərindən bir neçə nəfər xəstəxanada gedərək onu təhdid ediblər ki, xəstəxanadan çıxsın və polisə şikayəty etməsin, yoxsa daha da pis olacaq və onu ailəsi də öldürməklə hədələyiblər. Kimsəsiz qaldığını görən gəncəli qorxudaraq xəstəxanadan zorla və müalicəsini yarımçıq qoyaraq çıxarıblar. Həkim təkid edib ki, bu zərbə çox ağır zərbədir və xəstə hər an ölə bilər. Amma kəriməçilərin rəhbərləri həkimə əhəmiyyət vermədən oğlanı zorla evinə aparıblar. Evə gələndən sonra oğlanın vəziyyəti pisləşib və ailəsi onu yenidən xəstəxanaya çatdırıb.
🔴Bu dəfə cinayətkar dəstəni müdafiə edən kəriməçi rəhbərlər orda olmadığı üçün, oğlan xəstəxananın təhlükəsizlik xidmətinə və polisə şikayət edib. Polis məsələyə qarışandan sonra bu cinayət ictimailəşib və hazırda istintaq gedir.
🔴Göründüyü kimi, özlərini “haqq cəbhəsi”, “müqavimət dəstəsi” və s. kimi adlarla bəzəyən kəriməçilər arasında, insan öldürməkdən və öz həmyerlilərinə qarşı terror törətməkdən belə çəkinməyən imansız ən qatı cinayətkarlar da var!
🟢P.S. Hələlik əlimizdə yalnız zərərçəkənin başına dəyən zərbələrin şəkilləri var və onları təqdim edirik. İnşaallah sabah zərbələrin videosunu da əldə edib təqdim edəcəyik!