🤲🤲
©️ İnsanın başqa birisi ilə dostluq əlaqəsi olduğu zaman həmin dostu ona hər hansı bir məsələdə güvənsə, amma bu şəxs dostuna xəyanət etmiş olsa mütləq ilahi əzaba tutulacaqdır.
📌 Bəzən bəzi dostlar səmimiyyət adı ilə öz ailələri ilə birlikdə bir süfrə arxasında əyləşirlər...bu həddə qədər (naməhrəm olan şəxslər) bir-biri ilə qaynayıb qarışırlar. (dostluğun həddləri qorunmalıdır və əgər bu həddlər aşılsa, başqa fəsadlara səbəb olacaq) .
📌 Hər bir halda şeytan insanı öz dostunun həyat yoldaşına baxmağa, yaxud qadının səsinin onun qəlbinə yatıb ləzzət almasına təhrik edir. Şeytan daim insanı azdırıb sapdırmaq üçün proqram cızır. Məsələn əgər həmin dost müəyyən iqtisadi fəaliyyətlər üzündən müflisləşib zindana düşsə, şeytan insanı vəsvəsə edir ki, "dostun artıq zindana düşüb, elə bir iş gör ki, onun həyat yoldaşı ondan boşansın". Odur ki, öz dostunun həyat yoldaşını ərinin zindandan çıxacağından ümidsiz edir və bu yol ilə onu ərindən boşanmağa məcbur edir və sonra özü o qadınla evlənir. Bir halda ki, mütləq bu iş xəyanət sayılır .
🔻 Bu, şeytanın şəri vasitəsilərlə nüfuz etdiyi yollardan biridir. Odur ki, insan özündə fəsad və xəyanət zəminələrini məhv etməsə, mütləq qeyri-şəri yollardan istifadə edəcəkdir .
📚 Hüquq risaləsinin şərhi, "Dostun haqqı", səh. 606
#huquq_risaləsi